15 apr 13:10gundem

Samir Abasovu özündən çıxaran incə məqam

Samir Abasovu özündən çıxaran incə məqam
“Sumqayıt”ın çalışdırıcısı bir futbolçuya görə özünü “yandırmamalıydı”
Ölkə kubokunun ilk yarımfinal qarşılaşmasında Samir Abasov növbəti dəfə hakim qəzəbinə tuş gələrək texniki zonadan uzaqlaşdırıldı. Xatırladaq ki, “kimyaçılar”ın baş məşqçisi 2017/18 “futbol ili”ndə artıq ikinci dəfə belə halla üzləşir. Samir bəy ilk dəfə premyer-liqanın 16-cı turu çərçivəsində “Neftçi”ylə keçirilən matçda “radara düşmüşdü”. Həmin qarşılaşmada Abasov hakimin qərarına sərt etiraz edib, topu nümayişkəranə şəkildə meydana vurmuşdu. Sonradan özü də mətbuata açıqlamasında səhvə yol verdiyini, daha səbirli davranmalı olduğunu etiraf etmişdi. Ancaq görünür, Abasov çılğınlığından əl çəkə bilmir. 40 yaşlı mütəxəssis “Keşlə” ilə görüşdə də hisslərini cilovlaya bilmədiyindən və bir neçə dəfə texniki zona qaydalarını pozduğundan ən azı cavab qarşılaşmasını tribunadan izləmək məcburiyyətində qalacaq.
Oyundan sonra təşkil olunan mətbuat konfransında yaşananlara münasibət bildirən Abasov hakimə etirazını bununla əsaslandırıb: “Bu gün “Keşlə”nin 6-7 futbolçusu sarə vərəqə limitində idi. Çox güman, məndən əvvəl referiyə bu haqda məlumat verilmişdi. Bir-iki epizodda rəqib futbolçular bizimkiləri açıq çəkildə əllə tutub saxlasalar da, hakim vərəqə göstərmədi. Mənim narazılığım buna görə idi. “Niyə vərəqə vermirsiz” sualına görə məşqçini tribunaya göndərmirlər. Söyüş söymədim, təhqir etmədim, haqqımı tələb edirdim”. Bəs görəsən, Abasov “Keşlə”nin 6-7 futbolçusu dedikdə kimləri nəzərdə tutur və həqiqətənmi həmin futbolçular srağagün keçirilən qarşılaşmada vərəqə almalıydılar? Bu suallara cavab tapmaq üçün bir qədər geriyə qayıdıb, paytaxt təmsilçisinin ölkə kuboku çərçivəsində keçirdiyi matçlara diqqət yetirməyi lazım bildik. Onu da qeyd edək ki, Əsasnaməyə görə premyer-liqadan fərqli, kubokda passivində 2 vərəqə olan oyunçu növbəti qarşılaşmanı buraxır.
1/8 finalda “Keşlə”nin rəqibi MOİK olub. Bir oyundan ibarət qarşılaşmada elita təmsilçisinin heyətində Pərdis Fərcad-Azadla Murad Qayalı qarşısında “sarı” görüb ki, ikincinin adı “Sumqayıt”la ilk dueldə iştirak ərizəsinə salınmayıb. 1/4 finalda paytaxt təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib. İki oyundan ibarət bu mərhələnin ilk qarşılamasında Tərlan Quliyev, Adrian Skarlatake, Slavik Alxasov, Fuad Bayramov və qışda “Zirə”yə üz tutan Mirsahib Abbasov görüşün baş hakimi Rauf Cabbarov tərəfindən sarı vərəqə ilə “mükafatlandırılıb”. Gəncədə baş tutan cavab oyununda isə qonaqların heyətində Emil Əliyev hakimin qəzəbinə tuş gəlib ki, o da “kimyaçılar”la görüşdə heyətə salınmayıb.
Kiçik araşdırmadan sonra məlum oldu ki, Samir bəy 6-7 futbolçu deyərkən Alxasov, Quliyev, Skarlatake, Bayramov və Pərdisi nəzərdə tutub. Adını çəkdiklərimizdən hansısa yarımfinalın ilk oyununda qarşısında vərəqə görsəydi, aprelin 18-də “Kapital Bank Arena”da keçiriləcək cavab qarşılaşmasını buraxmalı olacaqdı. Təbii ki, bu da “Sumqayıt”ın işinə yarayacaqdı. Ancaq Rəhim Həsənov bu futbolçuların heç birini cəzalandırmadı. Abasovu özündən çıxaran da məhz bu məqam olub. Ancaq necə deyərlər, arzular başqadı, reallıq başqa. Samir bəy komandasının işini asanlaşdırmaq üçün bu incə məqamdan yapışıb, hakimə irad tuta, idarəçilikdən narazı qala bilər. Lakin irad bildirmək üçün əldə əsas olmalıdı. Aprelin 12-də baş tutan oyuna baxdıqda Rəhim Həsənovun vərəqə limitində olan futbolçulardan yalnız Fuad Bayramova güzəşt etdiyini söyləmək mümkündü. O birilər isə vərəqəyə layiq qayda pozuntusuna yol vermədilər. Bayramov yalnız ilk hissədə 3-4 dəfə meydanın mərkəzində cərimə etməklə yadda qaldı ki, bunun ikisində qonaq komandanın perspektivli hücumunun qarşısı alındı. Hakim Bayramova sarı vərəqə verməli idi. Ancaq nədənsə Həsənov əlini cibinə atmadı. Belədə Yuri Maksimov cavab qarşılaşmasında da meydana optimal heyət çıxara biləcək. “Sumqayıt”ın çalışdırıcısı isə bir futbolçuya görə özünü “yandırmamalıydı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar