13 apr 23:03gundem

“Keşlə” Avroliqaya vəsiqə qazansa da, Maksimov Bakıda qalmayacaq

“Keşlə” Avroliqaya vəsiqə qazansa da, Maksimov Bakıda qalmayacaq
Samir Abasov: “Gələn dəfə mən də rus dilində qışqıracam, bəlkə belədə başa düşməzlər məni”
Oyunsonrası mətbuat konfransının yetərincə maraqlı alınacağına şübhə etmirdik. Xüsusilə Samir Abasovun “partlayacağı” gözənilən idi. Sən demə, Yuri Maksimovun da deyəcəkləri varmış. Artıq neçənci dəfədi klub rəhbərliyinin ünvanına atmacalar atan ukraynalı çalışdırıcı bu dəfə də öz ampluasında idi.
Öncə Samir bəy matçla bağlı fikirlərini səsləndirdi, daha sonra sualları cavabladı: “Uduzmağımız bəlkə də xeyirlisi idi. Xeyli vaxtdı məğlub olmurduq, havalarda idik. Hansı qəzetə, sayta baxırdın, “Sumqayıt”, “Sumqayıt”... Bu, bizim adımıza futbol yox, biabırçılıq idi. Cavab görüşündə də belə oynasaq, finala layiq komanda “Keşlə” olmalıdı. Uçurduq, göylərdə idik, yaxşı ki, bizi yerə endirdilər. Rəqib qapısı önündə təhlükəli qol imkanları yarada bilmədik. Bəlkə də Cavid İmamverdiyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə kimi aparıcı futbolçuların yoxluğuna görəydi. Ancaq bu da məğlubiyyətə bəhanə ola bilməz”.
- Sanki “Neftçi”ylə oyundan sonra futbolçularda yorğunluq vardı...
- “Neftçi”ylə oyundan dörd gün keçib. Bu da bərpa üçün yetərincə vaxtdı. Məşqçilər heyəti və tibbi personal olaraq bacardığımızı etməyə çalışdıq. Ola bilsin, bəzi futbolçular havalardadı, fikirləri başqa komandalardadı. Ya da özünün xəbəri yoxdu, amma onu calayırlarsa, özünü ulduz sayıb hazırlaşmırsa, bu, mənim problemim deyil. Yaxşı ki, uduzduq, başımız daşa dəydi.
- Tribunaya göndərilsəz də, sizi tribunada görmədik.
- Meydandan paltardəyişmə otağına gedən yolda – tuneldə dayanıb baxırdım.
- Artıq neçənci dəfədi emosional davranışlarınıza görə hakimlərin cəzasına məruz qalırsız. Sizə elə gəlmir ki, avrokuboklarda iştirak baxımından sizin yaxşılığınız üçün edirlər. Çünki avropalı referilər də üzərinə hücum çəkən məşqçiləri bağışlamır.
- Bu gün “Keşlə”nin 6-7 futbolçusu sarı vərəqə limitində idi. Çox güman, məndən əvvəl referiyə bu haqda məlumat verilmişdi. Bir-iki epizodda rəqib futbolçular bizimkiləri açıq şəkildə əllə tutub saxlasa da, hakim vərəqə göstərmədi. Mənim narazılığım buna görəydi. “Niyə vərəqə vermirsiz” sualına görə məşqçini tribunaya göndərmirlər. Söyüş söymədim, təhqir etmədim, haqqımı tələb edirdim. Tribunaya göndərilməyim tapşırıq əsasındaydı.
- Kim verib o tapşırığı?
- Yəqin kimlərsə “yuxarıdan” tapşırıq verir də. Hakimlər Komitəsi var... Bilmirəm... Bizə deyirlər, danışmayın, sakit oturun, belə şey yoxdu. Öz oyunçumun üstünə qışqırmalıyam da, danışmalıyam da, irad da tutmalıyam. Bəzən hakimə təzyiq də göstərməliyik. Mənə qarşı haqsızlıq idi.
- Əlinizdə imkan olsaydı, Fərhad Vəliyevə daha neçə il oynamaq şansı verərdiz?
- Mövsümün sonunda baxarıq, inşallah.
- Sizə elə gəlmir ki, “Sumqayıt” iddialı komandaya çevriləndən sonra sizə münasibət dəyişib.
- Siz hiss edirsiz?
- Sanki emosionallıq artıb...
- Avrokuboklara vəsiqə verən yerlər uğrunda oynayırıqsa, normaldı. Kimsə sakit durmağımı istəyirsə, belə şey olmayacaq. Ömrümün sonuna qədər dəyişməyəcəm. Yenə deyirəm, verilən qərar haqsız idi. Texniki zonadan qovulmağım mənim yox, hakimin səhvi idi. Ona qalsa, ilk hissədə rəqibin baş məşqçisi də qışqırırdı. Gələn dəfə mən də rus dilində qışqıracam, bəlkə belədə başa düşməzlər məni.
- Bəzi oyunçularla bağlı şübhəli olduğunuzu hiss etmək çətin deyil. Konkret kimlərin olduğunu bilirsiz?
- Bəlkə də özləri danışıq aparmır. Amma mətbuatda hərəsinin adının bir klubla yanaşı çəkilməsi futbolçularda eyforiya yarada bilər. Ola bilsin, futbolçuların heç xəbəri də yoxdu. Amma adları çəkilir.
Maksimov da həmkarı kimi öncə 90 dəqiqəni dəyərləndirdi: “Qalib gəlmək istəyirdik. “Sumqayıt” xeyli vaxtdı uduzmurdu, biz də neçə müddətdi öz meydanımızda qələbə qazana bilmirdik. Uğursuz nəticələrdən sonra qələbəyə ehtiyacımız vardı. Son dəqiqələrdə olsa belə, bunu bacardıq. Klubun bu vəziyyətində meydanda sona qədər döyüşüb qalib gəldiklərinə görə hər bir futbolçuya təşəkkür edirəm”.
- Uzun müddətdi yenilginin nə olduğunu bilməyən “Sumqayıt”ı məğlub etməyi bacardız. Sizə elə gəlmir ki, cavab matçı ərəfəsində arının yuvasına çöp soxduz.
- Rəqibin kimliyindən asılı olmayaraq, evdə qələbəyə ehtiyacımız vardı. Bu qədər azarkeş gəlmişdisə, onları sevindirməyə borclu idik.
- Məğlubiyyətlərdən sonra kefsiz olmağınız başadüşüləndi. Bu gün nə olub, nədən narahatsız?
- Bu qələbə hələ heç nə demir. Qarşıda cavab matçı da var. Bu gün həlledici oyunda qalib gəlsəydik, gülərdim.
- Qazanılan qələbədən sonra Zaur Axundov paltardəyişmə otağına baş çəkib, sizi və futbolçuları təbrik etdi?
- Xeyr, mən heç kimi görmədim.
- İkinci hissədə komandanın ehtiyatlı oynamasının səbəbi nə idi?
- 90 dəqiqə boyunca pressinq etmək, işləmək çətindi. Bəzi oyunçular var ki, çox qaçmırlar, amma həlledici anda səhnəyə çıxırlar. Ona görə də bəzən ehtiyatlı görünməyimiz başadüşüləndi. Eyni tempi sona qədər saxlamaqda hardasa ustalıq səviyyəsi də çatmır. Əsas odu, ikili mübarizələrdən qalib ayrılırdıq.
- Qarşıdakı bir həftə ərzində “Sumqayıt”la daha iki dəfə qarşılaşacaqsız. Çempionatdakı oyunda heyət baxımından hansısa dəyişiklik etməyiniz mümkündü?
- “Sumqayıt” mübarizəni hər iki “cəbhə”də davam etdirir, biz isə gözümüzü kuboka dikmişik. Ona görə də çempionat görüşündə az oynayanlara şans verəcəm. Amma bunu indi deməyim düzgün deyildi (gülür). Bu dəqiqə məni narahat edən meydana kimlərin çıxacağı yox, komanda daxilindəki ab-havadı. Futbolçuları oyuna kökləmək çox çətindi. Bir aydan sonra klubla anlaşmasının müddəti başa çatan oyunçular var. Lakin gələcəkləri qaranlıqdı, hansısa həvəsləndirici para yoxdu. Müqavilə müddəti başa çatırsa və sənə klubdan təklif yoxdusa, özünü zədədən qorumağa, gələcəyin haqda düşünməyə borclusan.
- Futbolçularla yanaşı, sizin də klubla müqavilənizin müddəti bitir. Hansısa planınız var?
- Bu komanda sabah olacaq, ya yox – heç bu sualın cavabı bilinmir. Avrokuboklara vəsiqə qazanmasaq, gələcəyin necə olacağı naməlumdu. Halbuki avrokuboklara vəsiqəni təmin etməyin özü çətin görünür. Bəlkə də klub yaşayacaq, amma maliyyə... Hədəfləri yüksək olan klubda gələcək adına işlər bir neçə ay əvvəldən görünür. Danışıq aparılır, yeni müqavilə şərtləri təklif olunur. Uşaqları həvəsləndirmək üçün bilmirəm nə deyim. Əlacsızlıqdan deyirəm ki, yaxşı oynayın, heç olmasa, başqa komandalar sizi bəyənsin. Bilirəm, bu onların işidi, müqavilə müddətinin son gününə qədər can qoymalıdılar. Amma futbolun yazılmamış qanunları və məsələnin psixoloji tərəfi var.
- “Keşlə” avrokuboklara vəsiqə qazansa və şərtlər yaxşıya doğru dəyişsə, yeni müqaviləyə imza atacaqsız?
- Birbaşa deyirəm, xeyr. Avrokuboklara vəsiqə qazansaq belə, gedəcəm, burda qalan deyiləm. Prezidentin özü də gələcəyin necə olacağından xəbərsizdi. İndi başa düşürəm ki, biz kimdənsə asılı adamlarıq, özümüz heç nə edə bilmirik. Sabah nə olacağını heç kim bilmir. “Qarabağ”la “Qəbələ” sağ olsun, futbola maliyyə yatırırlar, amma qalanları... Futbolçu var, əvəzetmədən oyuna daxil olur, ayda 300 manat maaş alır. O necə inkişaf edəcək, nədən həvəslənəcək? İndi qadın öz əri ilə pulsuz yatmır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar