09 apr 23:31gundem

Milli türk tələbələrə şans vermədi

Milli türk tələbələrə şans vermədi
Alesio mükafatlandırmaya qatılmadı
Azərbaycan – Türkiyə 9:2 (7:1)
Azərbaycan: 12. Rövşən Hüseynli (k), 7. Ramiz Çovdarov, 8. Fərid Atakişiyev, 9. Oktay Rüstəmli, 14. Nihad İsmayılov; 1. Kamran Hacıyev, 2. Oruc Baxşəlizadə, 3. İbrahim Zeynalov, 6. Adil İsmayılov, 10. Kənan Manafov, 13. Elşən İbrahimxəlilov, 18. Emin Abbasov.
Baş məşqçi: Joze Alesio da Silva.
Türkiyə: 12. Sərkan Mutlu, 3. Tuqay Şahin, 17. Yavuz Çolak, 7. Mehmet İpək, 10. Talha Vordov (k), 1. Emirhan Kılınc (q), 2. Əmrə Gursəs, 4. Sezər Yezigün, 6. Əli Bora, 8. Abulbasit Tuncay, 9. Furkan Şahin, 11. Melih Kaon Özkül.
Baş məşqçi: Yücəl Ocak.
Qollar: F.Atakişiyev, 4 (1:0). R.Çovdarov, 6 (2:0). K.Manafov 7 (3:0). E.İbrahimxəlilov, 9 (4:0). R.Çovdarov, 14 (5:0). A.Tuncay, 15 (5:1). R.Çovdarov, 17 (6:1). K.Manafov, 20 (7:1). O.Rüstəmli, 31 (8:1). K.Manafov, 33 (9:1). T.Şahin, 38 (9:2).
Vərəqələr: N.İsmayılov, 21. A.İsmayılov, 39. E.Gursəs, 37 – sarı.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov.
7 aprel. Bakı. Texniki Universitetin idman zalı.
Şənbə günü Bakıda təşkil olunan Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) çərçivəsində Azərbaycan və Türkiyə futzal milliləri üz-üzə gəldi. Söz yox, bu sırf qanı qanımızdan, canı canımızdan olan oyunçulardan qurulmuş komandadı. Yəni milli təyini kənanlara, ramizlərə, rövşənlərə daha çox uyğun gəlir, nəinki Tyaqoya, Eduardoya. Bununla belə, yaşı 28-ə qədər olan futzalçılarla Türkiyəni darmadağın etməklə öyünə bilmərik. Niyəsini bir kəlmə ilə anladıb keçim təşkilatçılıq və oyunla bağlı qeydlərə. Məsələ burasındadı ki, millimizin üzvlərinin hamısı peşəkarlardı. Bir çoxu premyer-liqada, qalanları da aşağı liqalarda top qovanlardı. Halbuki Türkiyə tərəfi Bakıya sırf tələbələri gətirmişdi…
“Politexnik”in idman zalı bir çox göstəricilərinə görə “ABU Arena”nı üstələsə də, texniki zonanın olmaması məşqçiləri və ehtiyat oyunçuları tribunaya qalxmağa vadar etmişdi. Bununla belə, çəkiliş həyata keçirmək üçün imkan var. Yeri gəlmişkən, “İdman Azərbaycan” oyunu canlı yayınladı. Görüşü yüksək liqanın oyunlarındakından çox tamaşaçının izləməsi də təsadüfi deyil. Hər halda, bu, adi çempionat oyunu deyil. Hərçənd tribunaların az qala yarısını təqaüddə olan polkovnik, sabiq futzal kuratoru kimi tanıdığımız Rüfət Əmirovun dəvətinə əsasən gələn Müdafiə Nazirliyinin zabit heyəti doldurmuşdu. Bundan başqa, görüşü AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Türkiyə Tələbə İdman Federasiyasının prezidenti Kamal Temel, Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov və başqaları da izləyirdi.
Millimiz meydana Hüseynli – Çovdarov – Atakişiyev - Rüstəmli - İsmayılov “5-liy”i ilə çıxdı ki, premyer-liqanın təcrübəlilərində o qədər də yaxşı alınmadı. Düzdü, ilk qolu 4-cü dəqiqədə Fərid, ikincini bir qədər sonra Ramiz vurdu. Amma xüsusilə vaxtilə böyük futbolda çıxış edən, “Neftçi”nin yetirməsi Kənan Manafovun oyuna qoşulması müsbət mənada təsirini göstərirdi. Komandamız ilk hissədə rəqibini 7 dəfə meydanın mərkəzinə dəvət etdi ki, fasilədən sonra məhsuldarlıq aşağı oldu. İlk 20 dəqiqədə Çovdarov het-trik, Manafov dubl etdisə, Kənan ikinci hissədə daha bir dəfə fərqləndi. Fasiləyə qədər Fəridlə yanaşı, Elşən də qol vurdusa, komandamızdan sonuncu fərqlənən Oqtay oldu. Beləliklə, 9:2 hesabıyla qalib gələn futzal millisi Universiadanın qalibi oldu. Qarşılaşma başa çatdıqdan sonrra mükafatlandırma mərasimi keçirildi. Türkiyə komandasına gümüş medalları və kuboku Türkiyə Tələbə İdman Federasiyasının prezidenti, FİSU İdarə heyətinin üzvü Kamal Temel, millimizə qızıl medalları və kuboku isə Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov təqdim etdi.
Mükafatlandırma mərasiminə Alesionun qatılmaması diqqətimizdən yayınmadı. Zalın giriş qapısı tərəfə çəkilən braziliyalı komandanın sevincini ordan müşahidə etdi. Görünür, braziliyalı qeyr-peşəkarlar üzərində qələbə ilə qürrələnməyin ədalətli olmadığını anlayırdı. Baş məşqçilərin fikrini öyrənmək istəyərkən də onu xeyli axtarmaq lazım gəldi.
Yücəl Ocak: “Hər zaman deyirik, bir millət iki dövlətik. Türk dünyasını bir araya gətirmək, ölkəmizi burda təmsil etmək çox gözəldi. Bizim üçün yaxşı oyun oldu. Heyətimizi universitet tələbələrindən qurmuşuq. Türkiyədə 200-ə yaxın universitet var. Çalışdıq ki, bütün bölgələr bu komandada təmsil olunsun, Azərbaycanı tanısınlar, festivalda iştirak etsinlər. Erkən qollar buraxdıq. Bundan sonra oyun sistemimiz pozuldu. Azərbaycan yığması daha dəyərli, güclü bir komandadı. Qələbə münasibəti ilə təbrik, təşkilatçılıqda əməyi keçən hər kəsə təşəkkür edirik“.
Joze Alesio da Silva: “Qısa vaxt ərzində bir yerdə məşq etməyimizə baxmayaraq, turnirə yaxşı hazırlaşmışdıq. Uşaqlar çox istəkliydilər və sona qədər mübarizə apardılar, oyun intizamından qopmadılar. Nə istəyirdiksə, onu da əldə etdik. Uşaqlar yaxşı oyun nümayiş etdirdilər. Bu matç göstərdi ki, Azərbaycanda gənc, istedadlı uşaqlar var. Sadəcə, onlarla çox işləmək, diqqət göstərmək lazımdı. Qısa vaxt ərzində komanda bu cür oyun nümayiş etdirəcək səviyyəyə çatıbsa, deməli, onlarla işi davam etdirmək lazımdı ki, gənclərdə inkişaf olsun”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar