05 apr 22:35gundem

“Qəbələ” İtaliyada hakim haqsızlığı ilə üzləşib

“Qəbələ” İtaliyada hakim haqsızlığı ilə üzləşib
Nail Kərimov: “Uşaqların necə pis olduğunu, göz yaşı axıtdığını görmək çox ağır idi”
Ötən sayımızda “Qəbələ”nin U-13 komandasının İtaliyada keçirilən Qallini Dünya Kubokuna qatıldığını və Namiq Əliyevin yetirmələrinin sonda 4-cü olduğunu xəbər vermişdik. Onu da xatırladaq ki, qrup mərhələsini uğurla başa vuran “qırmızı-qaralar” 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” klubuna minimal hesabla uduzub. Turnirin qalibi isə “Udineze” olub.
“Qəbələ” dünən vətənə dönüb. İtaliyadakı turnirlə bağlı təəssüratları öyrənmək üçün “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla söhbətləşdik. Nail bəy tunirboyu bir neçə dəfə haqsızlıqla üzləşdiklərini bildirdi: “Əvvəlcə onu bildirim ki, İtaliyaya Gürcüstandan yollandıq. Çünki bizimlə müqayisədə qonşu ölkədə təyyarə bileti daha ucuz və sərfəlidi. Qrupun ilk iki oyunundakı rəqiblərimiz o qədər də güclü deyildi. Bu üzdən komandamız böyükhesablı qələbə qazandı. Qrup mərhələsinin son oyununda daha bir İtaliya təmsilçisi “Ankona” ilə üz-üzə gəldik və onları da yendik. Ancaq bu oyundan sonra artıq bizə münasibət dəyişdi. Turnirin reqlamentinə əsasən komandanın heyətində yer alan hər bir oyunçu meydana çıxmalı idi. Biz də buna riayət etdik. Ancaq matç başa çatandan sonra hakim bizə yaxınlaşıb qaydalara əməl etmədiyimizi bildirdi. Onun sözlərinə görə, biz eyni futbolçuları müxtəlif nömrələr altında meydana buraxmışıq. Heç şübhəsiz, bu hakim tərəfindən bizə atılan böhtan idi. Sonradan təşkilatçıların müdaxiləsindən sonra duruma aydınlıq gəldi. 1/8 finalda isə Xorvatiya “Hayduk”u ilə üz-üzə gəldik. Bu oyun turnirdə keçirdiyimiz ən gözəl matç kimi xatırlanacaq. Komanda 0:2 hesabı ilə geridə olsa da, uşaqlar özlərində güc tapıb geridönüş etməyi bacardılar. Sonda 3:2 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada hələ bir penaltidən də yararlana bilmədik. Növbəti mərhələdə İsveçrə klubu ilə qarşılaşdıq. Həmin matçı da qalib kimi başa vurub yarımfinala yüksəldik. Burda rəqibimiz İngiltərənin “Uimbldon” klubu oldu. Məhz həmin görüşdə bizə qarşı çox böyük haqsızlıq oldu. Təsəvvür edin ki, hər biri 20 dəqiqə davam edə oyunun birinci hissəsinə 5, ikinci yarıya isə hakim 7 dəqiqə əlavə etdi. Referi əlindən gələni etdi ki, finala biz yox, ingilislər vəsiqə qazansın. “Uimbldon” ikinci hissəyə əlavə olunmuş 7-ci dəqiqədə bərabərlik qolunu vurub matçı penalti seriyasına daşıdı. Həmin vaxt uşaqların necə pis olduğunu, göz yaşı axıtdığını görmək çox ağır idi. Bir tərəfdən fikirləşdim ki, bu uşaqların günahı nə idi ki, onlara qarşı belə haqsızlıq etdilər. Digər tərəfdən də böyümək, bərkə-boşa öyrəşmək üçün belə təcrübənin də vacib olduğunu düşündüm. Üçüncülük uğrunda qarşılaşmda isə əsasən ehtiyatda qalan futbolçulara daha çox oynamaq şansı verdik. Çünki artıq bizim üçün 3-lə 4-cü yerin heç bir fərqi yox idi. Turnirdən sonra uşaqlar Venetsiyanı gəzdilər, italyan mətbəxi ilə yaxından tanış oldular. Geri qayıdarkən Avropada radarlar sıradan çıxdığından təyyarələrin uçuşunda ləngimələr oldu. Demək olar ki, 35 saata yaxın yollarda olduq. Buna baxmayaraq, İtaliya səfərindən ümumən razı qaldığımızı söyləyə bilərəm”.
Nail bəy bizimlə söhbətdə akademiyanın başqa yaş qruplarının da beynəlxalq turnirlərə qatılacağını bildirdi: “Bizdə bütün işlər plan üzrə gedir. Artıq U-12 komandamız Türkiyəyə yollanıb. Onlar “Neftçi” və “Vətən”lə yanaşı, ölkəmizi “İzmir Cup”da təmsil edəcəklər. Mayın sonlarında U-17 Xorvatiyada “Split” klubunun keçirəcəyi yarışa qatılacaq. İyunda isə U-16 Çexiyada təşkil olunacaq çox güclü turnirdə iştirak edəcək. Yalnız U-15-lə bağlı məsələ açıq qalıb. Əslində onlar üçün səfər planlaşdırılmışdı. Həmin yarış da Çexiyada baş tutmalıydı. Ancaq son anda təşkilatçılar yaş qrupunu dəyişməyə qərar verdilər. Ancaq bu yöndə işlər davam etdirilir və yəqin ki, yaxın vaxtlarda U-15-in hansı turnirə qatılacağına aydınlıq gələcək. Akademiya rəhbərliyi olaraq çalışırıq ki, bütün yaş qruplarımız mövsüm ərzində ölkə xaricinə çıxsınlar, hansısa beynəlxalq tunirdə iştirak etsinlər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar