04 apr 17:43gundem

Rəşad Sadıqov 1 xalı da qənimət sayır

Rəşad Sadıqov 1 xalı da qənimət sayır
“Kosovo ilə görüş finala bərabər oyun olacaq”
Premyer-liqanın 21-ci turunda “Qarabağ” “Keşlə”ni qəbul etdi. Rəqibin ciddi müqaviməti ilə üzləşən “köhlən atlar” yalnız bir xal qazana bildi. İlk yarıda Slavik Alxasov gözəl qolla hesabı açdısa, ikinci hissədə Riçard Almeyda hesaba tarazlıq gətirdi. Yetərincə baxımlı alınan oyunda qarşılıqlı qollarla yanaşı, qırmızı vərəqələr də oldu. Maraqlıdı ki, aqressiv görünən futbolçulardan biri Rəşad Sadıqov idi. O ilk yarının sonlarında Sezar Meza Kolliyə qarşı kobud oyuna görə qarşısında “sarı” gördüsə, final fitindən sonra Pərdis Fərcad-Azadla mübahisə etdi, hətta az qala futbolçular arasında qarşıdurma da yaşanacaqdı. Odu ki, “Qarabağ”ın kapitanının oyundan sonra jurnalistlərin əhatəsinə düşməsi gözlənilən idi.
- Matçla bağlı nə deyə bilərsən?
- Oyunun ağır olacağını öncədən bilirdik. Çünki "Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə ciddi müqavimət göstərir. Cəmi iki oyunda məğlubiyyətləri vardı və son dəqiqələrdə qollar buraxmışdılar. Digər tərəfədən, uzun müddət idi komandamız bir yerdə deyildi. Millinin toplanışlarından sonra həmişə problemlər yaşayırıq. İlk yarı bizim üçün çox ağır keçdi. Demək olar, heç nə alınmırdı. Amma fasilədən sonra toparlandıq və öz oyunumuzu sərgiləməyə başladıq. Əslində qolu da yaxşı vaxtda vurduq. Lakin təəssüf ki, bundan sonra fərqlənə bilmədik. Yetərincə qol imkanımız var idi. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Azarkeşlər üçün maraqlı oyun oldu. Fikirləşirəm ki, bir xal da bir xaldı.
- Maksim Medvedev bir müddət əvvəl belə bir açıqlama vermişdi ki, Qurban Qurbanov millinin baş məşqçisi olduğuna görə rəqib futbolçular "Qarabağ”la oyunlarda özlərini ona göstərmək üçün ikiqat əzmlə çıxış edirlər. Bu gün də "Keşlə”nin oyunçuları əvvəlkindən də istəkli idi. Bu fikirlə razısan?
- Təbii ki, elədi. Millinin baş məşqçisinin qarşısında oynamaq hər futbolçu üçün stimuldu. Yığmanın son toplanışı üçün açıqlanan heyətdən hamı gördü ki, özünü yaxşı tərəfdən göstərənlər dəvət alacaq. Ona görə də hamı bundan istifadə etmək istəyir. Görürsən ki, motivasiya ilə oynayırlar.
- Matçın gedişində səndə də aqressivlik hiss olunurdu. Bu nə ilə bağlı idi?
- Məğlubiyyətlə. Oyun alınmırdı, uduzurduq. Belə hallarda həmişə bu cür olmuşam.
- Oyundan sonra Pərdis Fərcad-Azada əsəbləşdin. Aranızda nə baş verdi?
- Əslində əsəbləşdim, amma bu, kobud formada deyildi. Millidə bir yerdə oynamışıq.
- U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirdiyi iki oyundan sonra telekanalda açıqlama versən də, mətbuata danışmamısan. Xüsusən İrlandiya ilə səfər matçında rəqibin qələbə qolunu 90+9-cu dəqiqədə vurması diqqəti çəkdi, müzakirələrə səbəb oldu. Niyə buna etiraz etmədiz?
- Etiraz etməyin mənası yox idi. Məğlub olduğumuz üçün təəssüf hissi keçirirəm. Uşaqlar çox yaxşı oynamışdılar və ən azı bir xal götürməyə layiq idilər. Yaxşı əks-hücumlarımız oldu. Qol vurub, qələbə də qazana bilərdik. Təəssüf ki, alınmadı. Məni sevindirən odu ki, uşaqlar istək və inamla oynayırdılar. Rəqibin heyətində tanınmış futbolçular vardı. Lakin onlardan çəkinmirdilər, ürəklə oynayırdılar. Ən vacibi budu. Düşünürəm ki, qalan şeylər də düzələr.
- Əsas millidə görüləsi iş daha çoxdu, yoxsa U-21-də?
- Çətin sualdı. Bu gün işlər bütün millilərin düzəlməsi yönündə gedir. Ciddi, sistemli şəkildə iş aparılmalıdı ki, yavaş-yavaş aşağıdan futbolçu çıxsın. İstəyirik ki, milli səviyyəsinə gələndə futbolçular taktiki baxımdan savadlı olsunlar. Yığmaya gələn futbolçu 2-3 gün ərzində matça çıxır. Bu cür işlər aşağı yaş qruplarından başlayır. Bir çox başqa ölkələrin millilərində belədi. Kosovo bizimlə oyun üçün iki gün məşq etmişdi. Amma meydanda Avropada yetişən futbolçuların hesabına oynayırdılar. Biz də çalışıb aşağı yaş qruplarında elə oyunçular yetişdirməliyik ki, əsas milliyə gələndə Qurban Qurbanovu yarım sözdən başa düşsünlər.
- Qurban Qurbanov bildirdi ki, lazım olsa, Rəşad Sadıqov milliyə qayıdacaq. Yəqin ki, son qərarı özün verəcəksən.
- Bu gün gündəmdə olan söhbət deyil. Yığma karyeramı bitirən zaman, hələ Qurban müəllimin baş məşqçi postuna təyinatından da öncə demişdim ki, milli karyeramı başa vururam. Hamı deyir ki, komandada stopper problemi yaşanır, yalnız Ruslan Abışovla Bədavi Hüseynov var. O zaman da demişdim ki, yaxşı formada olsam, hər zaman kömək etməyə hazıram. Mən o cümləni demişəm. Qurban müəllim də eyni cümləni deyib. Yəni birdən lazım olaramsa, dönüşüm baş verə bilər. Amma hazırda gündəmdə deyil.
- Millətlər Liqasında vəziyyət pis olsa, qayıdacaqsan?
- Vəziyyət pis olmasın, ehtiyac olsa, qayıda bilərəm. İnanıram ki, ehtiyac olmayacaq. Uşaqlar yaxşı formadadılar. Oyundan-oyuna “artırırlar”. Bu, sevindirici amildi. Düzdü, matçlara az qalıb və bu müddət ərzində 2-3 yoldaşlıq görüşü olacaq. İlk matçımız Kosovoya qarşıdı. Finala bərabər oyun olacaq. Çünki son görüşümüz də onlarla səfərdə baş tutacaq. Onlar evdə çox aqressiv və istəklidilər. Heyətlərində Avropada çıxış edən təcrübəli futbolçular var. Maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar