Yazarlar
Həbib
46 yaşınız mübarək!Amal
Bizə Hüseyn lazımdı?
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...

Budaq Nəsirov yayda klubunu dəyişə bilər
15 mar 23:17gundem
Mehman Yunusovun deməyə sözü yoxdu

Hüseyn Məhəmmədov: “Milli Məclisin İdman şöbəsinin üzvüyük”
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan, parlament komandaları arasında keçirilən beynəlxalq yarışda bizimkilərin yol verdiyi saxtakarlıqdan xəbərdarsız. Sırf turnirin qalibi olmaq üçün Milli Məclisə heç bir dəxli olmayan futbol veteranlarının komandada yer almasına ad vermək çətindi. Hərçənd deputatlar bunu normal qarşılayır. Dəyərli, daim dürüstlüyü ilə seçilən millət vəkili Fazil Mustafanın Musa Qurbanov, Əli Abışov, Vasif Haqverdiyev, Mehman Yunusov və Hüseyn Məhəmmədovun heyətdə yer almasına səbəb kimi onların parlamentdə müqavilə əsasında çalışmasını deməsi vəziyyətdən çıxmaq cəhdindən başqa bir şey deyil. Bu məsələnin axırına kimi getmək qərarına gəldik. Görəsən, adı çəkilən futbol veteranları Milli Məclislə hansı səviyyədə əməkdaşlıq edirlər? Olmaya bizim bilmədiyimiz hansısa texniki işlə məşğuldular?
Bu məsələni dəqiqliyə qovuşdurmaq üçün onlarla danışmaq qərarına gəldik. Onlardan yalnız ikisi ilə danışa bildik. Ancaq Mehman Yunusov sualımızı dinlədikdən sonra bunları söyləməklə kifayətləndi: “Məni üzürlü sayın. Artıq bu mövzuda jurnalistlərin heç bir sualını cavablamayacam. Məsələ ilə bağlı daha danışmaq istəmirəm”.
Deputatlardan ibarət komandanın qapısını qorumuş Hüseyn Məhəmmədov isə özündə cəsarət tapıb, bir neçə kəlmə söylədi: “Milli Məclisdə İdman şöbəsi var. Həmin şöbənin üzvüyük. Milli Məclisin idmanla bağlı bütün tədbirlərində iştirak edirik. Təcrübəmizdən istifadə edirlər. Ancaq ordan maaş almırıq. Artıq neçə ildi belə futbol tədbirlərində iştirak edirik. Türkiyədəki yarışa da yollanmışdıq. Türkiyənin, Ukraynanın və Polşanın heyətində də sabiq futbolçular var idi. Amma onların indi deputat kimi fəaliyyət göstərib-göstərmədiyini bilmirəm. Finalda mənə qol vuran (Oleq Osuxovskini nəzərdə tutur – S.) peşəkar futbolçu olub, “Şaxtyor”da çıxış edib. Valentin Xodukin onun məşqçisi olub. Ukraynalılar bizə heyətlə bağlı narazılığını bildirmədi. Oyundan sonra da birgə oturduq, bir az söhbət etdik”.
Yalançının ünvanına bir-iki “xoş” söz demək olardı. Amma buna ehtiyac görmürəm. Çünki bu saxtakarları nə qədər ifşa etsən də, Osuxovskinin “Şaxtyor”da çıxış etdiyini tutuquşu kimi təkrarlamaqdan çəkinmirlər. Adam, Osuxovski heç Donetsk klubunun kandarında da görünməyib axı... Böyük bir səhvə qol vermisiz, heç olmasa, abrınıza qısılın da... Düzdü, sizdə abır varsa...
SƏRXAN
Şərh yaz