13 mar 01:00gundem

Fərid Nəbiyevin xoşagəlməz halla üzləşməsinin günahkarı kimdi?

Fərid Nəbiyevin xoşagəlməz halla üzləşməsinin günahkarı kimdi?
Tural Əsgərov: “Bütün suallar “Slaviya” rəhbərliyinə ünvanlanmalıdı”
Ötən saylarımızın birində Çexiyada legioner həyatı yaşayan U-21-in üzvü Fərid Nəbiyevin üzləşdiyi problem barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, istirahət üçün vətənə gələn Nəbiyev yenidən “Slaviya”nın düşərgəsinə dönərkən hava limanında saxlanılıb. Ona bildirilib ki, işçi vizası olmadığından bu ölkəyə giriş edə bilməz. Onu da xatırladaq ki, “Qəbələ”nin yetirməsi ötən yay Praqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. Məsələ ilə bağlı qəzetimizə açıqlma verən futbolçunun agenti Vaqif Heydərli Çexiya qanunlarının bir qədər fərqli olduğunu, oturum izni olduğu halda ayrıca işçi vizası almağa ehtiyac olmadığını bildirmişdi. Vaqif bəy yaşananlarda nə özünü, nə də müştərisini günahkar billr. Futbolçunun agenti məsələ ilə bağlı klubu əvvəlcədən xəbərdar etdiyini söyləyib.
Bəs görəsən, Vaqif Heydərlinin həmkarları yaşananlar haqda nə düşünür? Fəridin futbolsuz qalmasında kimi suçlu sayırlar? Bu suallara cavab tapmaq üçün öncə Tural Əsgərovla əlaqə saxladıq: “Düzünü desəm, bu mənə aid sual deyil. Çünki burda müqavilə, transfer problemi yaranmayıb ki, nəsə fikir bildirim. Lap mənə aid olsa da, detallardan xəbərsiz olduğumdan heç nə deyə bilmirəm. Amma ümumi baxsaq, futbolçuya ölkəyə daxil olmaq üçün viza və yaxud hansısa sənəd lazımdısa, bu cür texniki məsələlər klub tərəfindən yoluna qoyulmalıdı. Futbolçunun müqavilə ilə bağlı olduğu klub rəsmiləri öz ölkələrinin qanunlarından xəbərdardılar. Məsələn, “Slaviya” rəhbərliyi Fəridin Çexiyada oynaması üçün işçi vizası lazım olduğunu bilirdi və bunu vaxtında düzəltməliydilər. Oyunçu və ya agenti hardan bilsin ki, həmin ölkədə legioner həyatı yaşamaq üçün kənardan gələn futbolçudan nə tələb olunur? Məncə, bütün suallar “Slaviya” rəhbərliyinə ünvanlanmalıdı”.
Erkin İbrahimov isə bunları söylədi: “Fəridin problemlə üzləşdiyini sizin qəzetdən oxudum. “Slaviya” Çexiyanın ən köklü, üzdə olan klublarından biridi. Məncə, bu cür klublar belə məsələlərə həssas yanaşırlar. İşin içində olmadan, faktları bilmədən kimlərisə günahkar çıxarmaq düzgün olmaz. Fərid “Slaviya” kimi kluba transfer olunanda hamımız sevinmişdik. Bu klubun həm adı var, həm də regionun rəsmən ən varlı klubudu. Klubun səhmlər paketinin çox hissəsi çinli iş adamlarına məxsusdu. Orda məşhur futbolçular toplaşıb. Onlarla bir arada olmaq, məşq etmək özü belə Nəbiyevin gələcək karyerası üçün böyük addımdı. Doğrudan da fikir bildirməyə çətinlik çəkirəm. Futbolçunun klubla müqaviləsi var. Ortada rəsmi anlaşma olduğu halda necə ola bilər ki, işçi vizası olmasın? Fərid mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərməyi bacarıb, əksər matçlarda start heyətində yer alıb. Qollar vurub, məhsuldar ötürmələr verib. Mənə elə gəlir, ortada bilmədiyimiz hansısa məqamlar var. Avropada sənəd məsələsinə ciddi yanaşır, qanunlara əməl etməyi xoşlayırlar. Bu onlar üçün ən ümdə məsələdi. Belə olan halda ortaya belə problemin çıxması mənim üçün bir təəccüblüdü”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar