13 mar 00:59gundem

Zaur Axundov paltardəyişmə otağında Denis Silvanı təhqir edib

Zaur Axundov paltardəyişmə otağında Denis Silvanı təhqir edib
Maksimovu istefa qərarından təzminat tələbi çəkindirib
Son 10 gündə “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun klubdan ayrılacağı xəbəri gündəmi zəbt edib. İlk dəfə bu söz-söhbət ortaya çıxanda, paytaxt təmsilçisinin rəhbərliyi daş atıb başını tutdu ki, bütün bunlar mətbuatın uydurmasıdı, baş məşqçimizin heç hara getmək fikri yoxdu və mövsümün sonuna kimi “sükan arxasında” olacaq. Ancaq çox keçmədən, daha dəqiq desək, “Neftçi” ilə oyundan sonra yenə bu məsələ aktuallaşdı. Bu dəfə ukraynalı mütəxəssis jurnalistlərə postundan ayrılacağını söylədi: “Bəlkə də Denis Silvanı əvəzləməməliydim. Ancaq gördüm ki, artıq gücü tükənib və dizində ağrı olduğunu bildirdi. İndi emosiyalara qapılıb nəsə demək istəmirəm. Ola bilsin, bu mənim “Keşlə”də sonuncu oyunum idi. Hər birinizə “çox sağ ol” deyirəm”.
Maksimovun bu fikirlərinə klubdan rəsmi münasibət bildirilib. Müşahidə Şurasının sədri Zaur Axundov baş məşqçinin həyəcanlı olduğundan tələsik açıqlama verdiyini söyləyib. Təbii ki, bu sözlər aranı sakitləşdirməyə hesablanıb. “Keşlə” rəsmiləri bulanıq sulara aydınlıq gətirməsə də, əlaqələrimizi işə salıb klubun düşərgəsində nələrin yaşandığını öyrənməyə çalışdıq.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Bakcell Arena”dakı qarşılaşma bitər-bitməz Zaur Axundov paltardəyişmə otağına daxil olaraq, hamının gözü qarşısında Denis Silvanı ağır söyüşlərə “qonaq edib”. Onun fikrincə, braziliyalı bilərəkdən son oyunda zəif oynayıb. Mənbəmiz onu da bildirdi ki, Denisin adı xeyli müddətdi “qara siyahı”dadı, o bir müddət əvvəl “Keşlə”də yaşanan “zəlzələ” zamanı, daha dəqiq desək, Nizami Hacıyev və Mirhüseyn Seyidovla birgə komandadan uzaqlaşdırlmalıymış. Sadəcə, həmin vaxt Silvaya güzəşt olunub. Mənbəmiz baş məşqçinin mətbuat konfransında “bəlkə də Denis Silvanı əvəzləməməliydim” sözlərini də boş yerə səsləndirmədiyini vurğuladı. Sən demə, Denis Maksimovun istəyi ilə yox, oyunu VİP-dən izləyən Axundovun birbaşa göstərişiylə əvəzlənib. Zaur bəyin necə odioz, hər zaman məşqçilərin işinə müdaxilə edən biri olduğunu nəzərə alsaq, deyilənlərin heç də yalan olmadığını düşünmək olar. Axundov futzalda da eyni addımları atmaqla tanınıb. Müşahidə Şurasının sədrinin əvəzləmə ilə bağlı göstərişi, paltardəyişmə otağında baş məşqçi ilə məsləhətləşmədən futbolçunu ağır formada təhqir etməsi Maksimovun narazılığına səbəb olub və bu üzdən jurnalistlərə “indi emosiyalara qapılıb nəsə demək istəmirəm. Ola bilsin, bu mənim “Keşlə”də sonuncu oyunum idi. Hər birinizə “çox sağ ol” deyirəm” açıqlamasını verib.
Ancaq elə həmin gün mətbuatda ukraynalının heç yerə getməyəcəyi və ən azı kubokun yarımfinalına qədər işini davam etdirəcəyi xəbəri yayıldı. Bu yerdə ortaya sual çıxır: Maksimovu postunda qalmağa nə məcbur etdi? Özünə hörmət edən hər bir mütəxəssis bu sözlərdən sonra mütləq istefa verməliydi. Mənbəmiz bunun da səbəbini bizə söylədi. Maksimovun məlum açıqlamasını sonradan eşidən Axundov onunla görüşüb. Və bildirib ki, istefasını bir şərtlə qəbul edir ki, ukraynalı mütəxəssis vaxtından tez postundan getdiyinə görə “Keşlə”yə yarım milyon manat təzminat ödəsin. Mətbuatın təzyiqindən çəkinən Zaur bəy bilərəkdən belə böyük məbləğ tələb edib ki, ukraynalı çalışdırcı fikrindən daşınsın. Yuxarıda qeyd etdiyimiz kimi, onsuz da son günlər idman mediasında Axundovun baş məşqçi ilə yola getmədiyi xəbərləri dolaşırdı və bildirildi ki, yaxın günlərdə Maksimov məhz klub rəhbərinin hərəkətlərindən bezdiyinə görə istefa verəcək. Belə məqamda ukraynalının düşərgədən ayrılması heç şübhəsiz, Zaur bəyin imicinə növbəti zərbə olacaqdı. Mətbuat növbəti dəfə qalmaqallı rəhbərlə bağlı yazıları tirajlayacaqdı ki, Axundov da bunu nəzərə almaya bilməzdi.
Mənbəmiz Axundovun yarım milyon manat tələb etdiyi Maksimovun “Keşlə”də nə qədər maaş aldığını da bizə açıqladı. Söylənilənlərə inansaq, ukraynalının aylıq məvacibi 10 min manat təşkil edir. 47 yaşlı mütəxəssis aldığı maaşdan 1000 manat da özü ilə birgə gətirdiyi, həmyerlisi olan köməkçisinə verir.
Futbolçu kimi Kiyev “Dinamo”su, Almaniya “Verder”ində top qovan, məşqçi kimi Rusiyada “Mordoviya”nı, Qazaxıstanda “Taraz”ı, vətənində Kiyev “Obolon”unu, Donetsk “Metallurq”unu, “Krivbass”ı çalışdıran mütəxəssisn “Keşlə”dəki günlərinin nə vaxt başa çatacağını söyləmək çətindi. Ancaq görünən odu ki, o artıq iki dəfə klubdan ayrılmaq qərarına gəlsə də, müəyyən səbəblərə görə vədinə əməl edə bilməyib. Amma atalar üçdən deyib. Bu gedişlə Müşahidə Şurasının sədriylə növbəti dəfə baş-başa gələcəyi halda heç kim onu Bakıda saxlaya bilməyəcək.
RƏŞAD

Yeri gəlmişkən...
Birgünlük istirahətdən sonra “Keşlə” dünən bir araya gələrək, növbəti oyunun hazırlığına start verib. Dəniz kənarında keçirilən məşqi klubun Müşahidə Şurasının sədri Zaur Axundov da izləyib. Premyer-liqanın 20-ci turu çərçivəsində “Keşlə” martın 13-də “Qəbələ” ilə “İnter Arena”da qarşılaşacaq.
buy cheap cialis online canada
buy cialis
cialis price at walmart pharmacy
<a href="http://cialispaxl.com/">generic cialis</a>
generic viagra or cialis
http://cialispaxl.com/
viagra cialis levitra dosage

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar