09 mar 00:53gundem

Qurban Qurbanov heyəti açıqlamaq üçün son turu gözləyəcək

Qurban Qurbanov heyəti açıqlamaq üçün son turu gözləyəcək
“Rəşadın oynaması niyə bu qədər müzakirə olunur?”
İcraiyyə Komitəsinin dünənki iclasından sonra qurumun üzvü Qurban Qurbanov media nümayəndələrinin əhatəsinə düşdü. Yığmanın baş məşqçisi jurnalistləri maraqlandıran suallara cavab verdi.
- Öncə komitədəki işinizlə bağlı danışmaq istərdik. Mətbuatda belə xəbərlər yayıldı ki, milliyə baş məşqçi təyin olunandan sonra komitədən ayrılacaqsız.
- Düzü, bu mövzu ötən dəfə də müzakirə olundu. Bir az uzaqlaşmaq istəyirdim. Mənə burdakı işimi də davam etdirməyi tövsiyə etdilər. Ona görə İK-dakı işimə hələ ki davam edəcəm. Bu gün bu haqda müzakirə olmadı.
- Köməkçiniz Elçin Rəhmanovu Türkiyəyə Ufuk Budakın oyununu izləməyə göndərdiz. Ancaq Budak həmin qarşılaşmada meydana çıxmadı. Ufukun o biri oyunlarını izləmək üçün orda qalacaq?
- Futbolçunun oyununa stadiondan canlı baxmaq şərt deyil. Həm baxmaq, həm də onunla görüşmək üçün təşkil olunan səfər idi. Ufukun bütün oyunlarına televiziya vasitəsi ilə baxırıq. Ona görə burda ciddi problem görmürəm.
- Elçin Rəhmanovla Ufuk Budaq arasında söhbət olub? Futbolçu milliyə qayıtmağa razılıq verib?
- Ufuk millinin üzvüdü. Bir neçə oyun oynamayıbsa, bu o demək deyil ki, yığmadan kənarda qalmalıdı. O millidə çıxış edib. Məqsədimiz Ufuku dəvət etmək deyildi. Bunu özü də bilir ki, millinin üzvüdü. Ötən toplanışda iştirak edənlərdən kimsə bu toplanışdan kənarda qala bilər. Həmin futbolçuları görməyə bilərsiz. Sadəcə, onunla yaxından tanış olmaq istəyirdik. Ufukla maraqlanmaq, həyat tərzi və iş prinsipləri ilə yaxından tanış olmağı planlaşdırdıq. Meydanda olsaydı, daha yaxşı olardı. Bununla belə, oynamaması bizə problem yaratmadı.
- Almaniyada da legionerlərimiz var. Ora da köməkçilərinizi göndərməyi planlaşdırırsız?
- Biz yavaş-yavaş bu prosesə başlamışıq. Almaniyadan hələ ki Dmitri Nazarovu dəvət edəcəyik. Onunla burda görüşəcəyik. Lazım olsa, başqa görüşlər baş tutacaq.
- Rüfət Dadaşov haqda nə fikirləşirsiz? Aşağı liqada oynasa da, sabit olaraq qollar vurur.
- Onun oyununu mən də izləyirəm. Yaxşı çıxış edir. Son bir ilə baxıb qərar vermək bir qədər düzgün olmaz. Millidə hansı futbolçular olubsa, onlarla maraqlanırıq və bundan sonra da maraqlanacağıq.
- Millinin üzvü Dəniz Yılmazla bağlı Robert Prosineçkinin dönəmində problemlər yaşanmışdı. O da diqqətinizdədi? Dəniz sanki burda oynamaq istəmirdi...
- Qeyd etdiyim kimi, hər bir futbolçumuzla maraqlanırıq. Çalışırıq ki, hamısı ilə daha yaxından tanış olaq. Bir var onun haqda eşitmək, bir də var ki, oyununu izləmək, söhbət etmək və xarakterinə daha yaxından bələd olmaq. Hər biri ilə maraqlanırıq. Sadəcə, Dəniz son vaxtlar müntəzəm oynamır.
- Yığmanın oyunu ilə bağlı çempionatda fasilə yaranacaq. Bu fasilə böyük olduğu üçün klublara təsir etməyəcək? Həmçinin klublar bundan narazılıq etmir?
- Heç bir klub narazılıq etməyib. Buna görə sağ olsunlar. Təkcə bizdə yox, bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, ola bilər ki, bizdə fasilə bir qədər çox olsun. Bu, ilk belə hadisə deyil. İllər boyunca təkrarlanıb. Hər klub çalışır ki, milli üçün öz vəzifəsini yerinə yetirsin.
- Kosovo martda Fransada iki yoldaşlıq oyunu keçirəcək. Afrika klubları ilə qarşılaşacaqlar. Bu ölkəyə köməkçilərinizin getmək ehtimalı var?
- Bəli. Belə istəyimiz var.
- Yığmanın heyətini açıqlamaq üçün çempionatın son turunu gözləyəcəksiz?
- Çox güman, premyer-liqanın son turunun axşamı heyəti açıqlayacağıq.
- "Qəbələ" - "Neftçi" matçını izləmək üçün Qəbələyə səfər etdiz. Həmin oyunda diqqətinizi çəkən futbolçular oldu?
- Həmin oyunda futbolçuların həm yaxşı, həm də pis tərəfini gördüm. Diqqətimi cəlb edən futbolçu vardı. Məni narahat edən məqamlarla da rastlaşdım.
- Son vaxtlar Ramil Şeydayev məsələsi gündəmdədi. Necə düşünürsüz, o milliyə daha çox kömək etmək üçün "Qarabağ"dan getməlidi?
- Hər futbolçunun formasını yaxşılaşdırmaq üçün daim oynaması lazımdı. Futbolda 11 nəfər meydanda olur. Artıq futbolçuları meydana buraxa bilmirik. Belə olan halda hər hansı bir oyunçu istər-istəməz kənarda qalır. Amma istərdim ki, millinin üzvlərinin hər biri daha yaxşı çempionatlarda çıxış etsin. Ən azı əsas heyət üzvlərindən biri yaxşı komandada olsun. Mövsüm ərzində isə oyunların 80 faizində çıxış etsin. Bu, təkcə Ramillə bağlı məsələ deyil. Elə futbolçular var ki, onların oyun təcrübəsinin çox olmasını istəyirəm. Əfsuslar olsun ki, belələri millidən kənarda qalıb. Lakin bu o demək deyil ki, Ramil oynamır. O 4 tur əvəzedici heyətdə çıxış edib. Ən azı oyun performansını qoruyub. Belə probleblər daim olub, var və yenə olacaq.
- Rəşad Sadıqovun futbolçu karyerası son günlər müzakirə olunur. Onun yığmada baş məşqçisi olduğu futbolçuya qarşı klubların oyununda çıxış etməsi nə dərəcədə düzgündü?
- Rəşadın oynaması niyə bu qədər müzakirə olunur? Futbolçunun gücü varsa, oynamağı bacarırsa, ən yaxşılardandısa, niyə oynamasın? Ona klub olaraq, ehtiyacımız varsa, niyə komandadan, futboldan uzaqlaşdırmağa çalışırıq? Rəşadla həmyaşıd olan Ansi Aqollini götürək. Bu iki futbolçunu bütün gənclərə nümunə göstərərdim. Onların peşəkarlıqları, işlərinə yanaşmaları... Belə oyunçuları erkən göndərməli deyilik. Özünüz də dünya futbolunda belə halların şahidi olmusuz. Məsələn, Xavyer Zanetti 38 yaşınadək İtaliya "İnter"inin ən yaxşılarından idi.
- Məsələ yaşda deyil. Söhbət Rəşad Sadıqovun öz futbolçusuna qarşı oynamasından gedir...
- Burda nə problem var? Bu, əksinə, həm Rəşadın özü, həm də futbolçu üçün ikiqat məsuliyyət deməkdi. Düşünürəm ki, bu zaman futbolçular Sadıqova özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Futbol elə bir oyundu ki, burda dəyişikliklər daim olacaq. Yaxşı olanı qoruyub saxlamalıyıq. Yaşa və ya başqa amillərə önəm verməli deyilik.
- Xama Billiatın "Qarabağ"a keçib-keçməyəcəyi dəqiqləşib?
- Hazırda bu məsələ bağlanıb. Çünki qış transfer dövrü bitib. Danışıqlar da dayanıb. Hazırda buna ehtiyac da yoxdu. Lakin transfer siyahımızdakı bir neçə oyunçu arasında onun da adı var. Hazırda "komandamıza gələcək" deyə fikir yoxdu.
- Onun oyununu canlı izləmək fikriniz var?
- Xeyr, buna ehtiyac görmürəm. Onu yaxından tanıyırıq.
- AFFA İcraiyyə Komitəsinin iclasında 1-ci diviziondan 2 klubun danışılmış oyunlarda iştirakına görə kənarlaşdırılması məsələsi müzakirə olundu?
- Danışılmış oyunlar haqda müzakirə getdi. Amma klubların kənarlaşdırılması müzakirə olunmadı.
FARİZ
cialis commercial 2013 actors
buy generic cialis
generic cialis super active (tadalafil) 20mg
<a href="http://cialisgrudj.com/">generic cialis</a>
cialis dose recommendations vs viagra together
http://cialisgrudj.com/
best price for cialis 5 mg

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar