06 mar 14:08gundem

Şalland 2009-da İsveçrədə “ilin məşqçisi” seçilib

Şalland 2009-da İsveçrədə “ilin məşqçisi” seçilib
Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən olan Kosovo sentyabrın 7-də önümüzə yeni məşqçi ilə çıxacaq. Noyabrda işindən ayrılacağı təsdiqlənən Muharrem Sahitinin boşaltdığı posta isveçrəli Bernar Şalland gətirilib. 66 yaşlı mütəxəssislə martın 2-də 2 illik müqavilə imzalanıb. O, bu ay yeni komandasında debüt edəcək. Belə ki, millimizin rəqibi martın 24-də Madaqaskar, 27-də isə Burkina Faso ilə gücünü sınayacaq.
Belə anlaşılır ki, kosovolular çox çək-çevirdən, yüz ölçüb bir biçəndən sonra qərar veriblər. Şallandın təqdimat mərasimində Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri seçimlərini belə izah edib: “Başqa namizədlər də vardı, amma Bernar Şallandı seçməyimizə səbəb yığmamızın bir çox üzvünün İsveçrə çempionatında oynamasıdı. Məşqçimiz onları tanıyır. Bu, bizim üçün üstünlükdü. Futbolun öz sürprizləri var və çox şey yaşıl sahədə görülür. Amma şübhə etmirəm ki, o, mümkün olan işi ən yaxşı şəkildə edəcək. Dediyim kimi, iki və ya üç tanınmış məşqçi ilə danışıqlar apardıq. Onların bəziləri müvafiq təcrübəyə malik olmadı və bəziləri maddi cəhətdən uyğun gəlmirdi”.
Jurnalistlər üçün mətbuat konfransı keçirən Şalland iddialı danışıb. "Kosovo Futbol Federasiyası ilə çalışmaq mənim üçün çox xoşdu. Burdakı insanların futbola olan ehtirasını bilirəm və bu, mənim üçün çox vacibdi. Kosovo müstəqilliyinə 10 ildi qovuşan yeni dövlətdi, milli komanda isə daha gəncdi. Kosovonun bütün matçlarını izlədim və indiyə qədər böyük iş görüldüyünü deməliyəm. İndi daha çox işləmək, təcrübə qazanmaq və tərəqqiyə nail olmaq lazımdı. Komanda yeni qurulur, amma mən bir ailə yaratmaq istəyirəm. İsveçrədə və başqa ölkələrdə çıxış edən bir çox oyunçumuz var. Çox yaxşı komanda formalaşdıracağıq və bu mənim vəzifəmdi. Mənə bütün yaş qruplarına nəzarət etmək tapşırılıb, hər birinin məşqçiləri ilə əməkdaşlıq edəcəm. Ancaq mənim üçün ən önəmlisi milli komandadı. Oyunçuların düşüncələrinə yaxşı bələdəm. Kosovonun İsveçrədə oynayan bir çox oyunçusu ilə çalışdıq. Qalib mentallıqları var və belə futbolçulara rəhbərlik etmək üçün gəldim. Kosovolu futbolçular yaxşı driblinqə malik olurlar, texniki bacarıqları var, fiziki baxımdan seçilirlər. Bir neçə gündən sonra Madaqaskar və Burkina Fasoya qarşı iki yoldaşlıq görüşümüz olacaq".
Şalland şənbə günü millinin texniki heyəti və tibb personal ilə görüşüb, bundan sonra vəzifələr xüsusi olaraq ayrılıb.
Bəs Kosovonun yeni məşqçisi kimdi, onun karyerasında nə kimi uğurları var? Sözsüz ki, Şalland deyəndə ilk növbədə Ermənistan yığması yada düşür. 66 yaşlı mütəxəssis 2014-cü ilin fevralından 2015-ci ilin martına qədər bədnam qonşularımızı çalışdırıb. Baş məşqçi kimi sonuncu iş yeri də elə Ermənistan olub. Düzdü, 2015-ci ildə qısa müddətdə “Bazel”də skaut kimi fəaliyyət göstərib. Onun Ermənistandakı işini fiasko kimi dəyərləndirmək olar. Dığaları 10 oyunda meydana çıxaran isveçrəli bunların 8-də məğlubiyyətə şahidlik edib, cəmi 1 qələbə və 1 heç-heçə ilə yadda qalıb. Yeganə qələbəsi isə BƏƏ ilə yoldaşlıq görüşünə təsadüf edib. AÇ-2016-nın seçmə mərhələsini cəmi 2 xal qazanmaqla qrup sonuncusu kimi başa vuran Ermənistan tsiklin sonunu gözləmədən – 4-cü turdan sonra onu qovmağa qərar verib.
Kosovo Şallandın işləyəcəyi ikinci yığma olacaq. O, karyerasının böyük hissəsini klub məşqçisi kimi keçirib. İsveçrədə 11 klub çalışdırıb ki, aralarında sanballılar – “Sürix” (2007-2010), “Syon” (2010-2011) və “Yanq Boyz” (2013) da var. 1978-dən məşqçiliyə başlayan Bernar İsveçrənin U-17, U-18 və U-21 millilərini də çalışdırıb. Baş məşqçi kimi uğurlarına gəlincə, 2008/09 mövsümündə “Sürix”lə İsveçrə superliqasının qalibi, 2010/11-də isə “Syon”la kubokun sahibi olub. U-21 ilə AÇ-2002-nin yarımfinalçısı olub. 2009-cu ildə İsveçrədə “İlin məşqçisi” seçilib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar