21 fev 14:52gundem

“Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var

“Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var
“Düzəldə bilmirlərsə, klubu bağlasınlar, bizə yazıqları gəlsin”
“Neftçi”də prezidentlər əlcək kimi dəyişir. Sonuncu təyinat isə hələ də müzakirə mövzusudu. “Sumqayıt”ın başqanı Kamran Quliyev “ağ-qaralar”a “transfer edildi”. Futbolçunun, məşqçinin, menecerin bir klubu başqasına dəyişdiyini görmüşdük, amma prezidentin elitanın bir təmsilçisindən digərinə keçməsini ilk dəfə gördük. Yəqin ki, buna yalnız Azərbaycanda rast gəlmək olardı. Bunu da gördük. Artıq bundan sonra bizi heç nə təəccübləndirə bilməz.
Bütün bunların flaqmanın başında çatlaması isə daha acınacaqlıdı. Ölkə futbolunun ən köklü klubu bu vəziyyətə düşməməliydi. Maraqlıdı, komandanın yaxşı günündə də, pis günündə də tribunada olan “Forza Neftçi” prezident dəyişikliyini necə qiymətləndirir? Orxan Hüseynzadənin yerinə gələn Kamran Quliyev “Neftçi”yə əvvəlki əzəmətini qaytara biləcəkmi? Fanklubun rəhbəri Sübhan Əliyevi dinləyək: “Neçə ildi üzülürük. Rəhbərlər gəlir-gedir, amma biz uğur görmürük. “Neftçi” bu gün yaranan klub deyil. Kamran müəllim “Sumqayıt”dan gəlib. Orda yerli futbolçularla gördüyü işi bəyənmişik. Sadəcə, “Neftçi” fərqli klubdu. Burda hər zaman çox adamın marağı olub. Kamran müəllimin burda uğur qazanıb-qazanmayacağını bilmirik. Bizim tələbimiz odu ki, artıq uğur qazanılsın. Artıq nağıllardan doymuşuq. Hər gələn vaxt istəyir. Yəqin ki, Kamran müəllim də “bu komandanı mən yığmamışam” deyəcək. “Transfer pəncərəsi” bağlandığından futbolçu da transfer edə bilməyəcək. Belə çıxır ki, 5-6 ay da boşa getdi. Artıq bütün bunlardan yorulmuşuq. “Neftçi” elə iddialı klubdu ki, burda 2-ci yer uğur sayılmır. Ancaq son illər komanda elə pis vəziyyətə düşüb ki, ardıcıl iki qələbə əldə olunanda elə bilirik ki, böyük uğura imza atıblar. “Neftçi”nin əvvəlki günlərinə qayıtmasını istəyirik. Klub prezidentinin dəyişməsi bizə qaranlıq qaldı. Məncə, klubda böyük dəyişikliklər olmalıdı. “Neftçi” bu gün adına yaraşan yerdə, vəziyyətdə deyil. Baş məşqçi dəyişikliyi də vaxtın uzanması anlamına gəlir. Çünki hər gələn vaxt istəyir. Kamran müəllimdən yeganə xahişimiz odu ki, “Neftçi”ni düzəltsin. Ondan başqa heç nə istəmirik. Bunu necə edəcəklər, özləri bilər. Biz hər zaman tribunadan dəstəyimizi veririk, verəcəyik də”.
Bir neçə il əvvəl Qleyzerlər ailəsi “Mançester Yunayted”in səhmlərini ələ keçirəndə İngiltərə klubunun bir çox azarkeşi buna etiraz əlaməti olaraq “Yunayted of Mançester” adlı komanda yaratdı. 2005-ci ildə “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən əsası qoyulan klub bir neçə liqanın qalibi olaraq yuxarıya qalxıb. Hazırda “Yunayted of Mançester” İngiltərənin 5-ci divizionunda çıxış edir. Bəs görəsən, “Neftçi”nin çoxsaylı azarkeşləri bu və ya buna bənzər addım atmağı heç düşünübmü? Sübhan bəy sualımıza konkret cavab vermədi: “Komandanı bu vəziyyətdə görəndə düşünürük ki, klubu bağlasalar, ürəyimiz bu qədər ağrımaz. Ayrıca klub yaradardıq. Yoxsa belə çox əzab çəkirik. Flaqmanı görün nə vəziyyətə qoyublar. İtirilən illərə adamın heyfi gəlir. Hər gələn “düzəldəcəm” deyib, sonra komandanı atıb gedir. Hamısı gedib, burda qalan biz olmuşuq. Çıxıb getmək asandı. Bir nəfər də gəlsin, bu klubu düzəltsin də. Düzəldə bilmirlərsə, klubu bağlasınlar, bizə yazıqları gəlsin”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Bu gün, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Bu gün, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Bu gün, 20:59 Eddi və Renat qələbəyə sevindi Bu gün, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Bu gün, 20:57 Priştinada həqiqət anı Bu gün, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Bu gün, 20:53 U-19-un son sınağı Bu gün, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Bu gün, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Bu gün, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Bu gün, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Bu gün, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Bu gün, 20:42 U-21 yenə uduzdu Bu gün, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Bu gün, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Bu gün, 20:29 Dedov oynadı, Koçuk baxdı Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar