21 fev 14:48gundem

PFL Gəncədən imtina etdi

PFL Gəncədən imtina etdi
Kubokun finalı Qəbələdə keçiriləcək
Ötən sayımızda yığmanın baş məşqçisi Qurban Qurbanovun şənbə günü PFL-in prezidenti Ramin Musayevlə görüşdüyünü, bəzi məsələlərin müzakirə olunduğunu xəbər vermişdik. Məhz həmin görüşün ertəsi baş tutan “Sumqayıt” – “Neftçi” matçından sonra jurnalistlərin sullarını cavablayan Ramin bəy ölkə kubokunun finalının tarixinin dəyişmədiyini, mövsümün son oyununun Cümhuriyyətin 100 illiyi günü Qəbələdə keçiriləcəyini açıqladı: “Kubokun finalı öncədən də deyildiyi kimi? mayın 28-də olacaq və hamımız birlikdə Qəbələyə gedəcəyik”.
Əldə etdiyimiz məlumata görə, sözügedən toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Ancaq nədənsə PFL-in mətbuat xidməti qurumun saytında Məmmədovun toplantıda iştirak etdiyini xəbər verməyib. Bunun nədən qaynaqlandığına və ölkə kubokunun finalının Qəbələdə keçirilib-keçirilməyəcəyinin tam rəsmiləşməsinə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy öncə şənbə günü keçirilən görüşün detallarını açıqladı: “Əvvəlcə onu bildirim ki, şənbə günü baş tutan toplantının əsas məqsədi heç də ölkə kubokunun finalının tarixinin dəyişdirilib-dəyişdirilməməsi deyildi. Sadəcə, Qurban Qurbanov premyer-liqanın həm növbəti ay, həm də qarşıdakı mövsüm üçün təqvimini PFL prezidenti ilə müzakirə etdi. Həmin görüşdə Elxan Məmmədovun iştirak edib-etməməsindən xəbərsizəm. Onu deyə bilərəm ki, iclasa PFL-in Texniki Departamentinin rəhbəri Zamiq Hüseynov da qatılıb. Millinin yoldaşlıq oyunlarına görə martda keçiriləcək premyer-liqa qarşılaşmalarının bəzilərinin tarixi dəyişəcək. Bundan başqa, aprelin 11-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcəyindən ölkə kubokunun yarımfinal matçlarının da tarixi dəyişdiriləcək. 2018/19 “futbol ili”ndə yığmanı məsul oyunlar gözlədiyindən Qurban müəllimin əsas istəyi o idi ki, ölkə çempionatını təşkil edən qurum kimi PFL təqvimi hazırlayarkən millinin maraqlarını nəzərə alsın. Tərəflər arasında əldə olunan razılalığa əsasən bu cür görüşlər müntəzəm təşkil olunacaq ki, sonradan ortaya hər hansı problem çıxmasın”.
Aslan bəy bizimlə söhbətdə finalın məkanıyla bağlı da fikirlərini bölüşdü: “Düzdü, bir ara finalın Gəncədə keçirilməsi variantı gündəmə gəlmişdi. Ancaq həmin arenada müəyyən problemlər olduğundan Qəbələ variantına üstünlük verməyi lazım bildik. Matçın Qəbələdə keçiriləcəyi də tam məlum deyil. Belə deyək, 99,99 faiz final orda keçiriləcək, ancaq dəyişiklik də ola bilər. Qəbələ variantı açıqlanandan sonra bir çox mətbu orqanlar bizi qınadılar və yazdılar ki, bölgənin eyniadlı komandası finala çıxacağı halda, bu rəqib komandaya qarşı haqsızlıq olacaq. Bu günə kimi kubokun finalının əksər matçları Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və həmin oyunlarda da finalçılardan biri çox vaxt paytaxt təmsilçisi olub. Belə çıxır ki, həmin görüşlərdə bölgə klublarına qarşı düzgün addım atılmayıb? Məncə, bu yanlış yanaşmadı. Mayın 28-də Bakıda Cümhuriyyətin 100 illiyi ilə bağlı mədəni-kütləvi tədbirlər keçiriləcəyindən finalı bölgədə təşkil etmək qərarına gəldik. Bunun nəyi pisdi? Azərbaycan tək Bakıdan ibarət deyil, Qəbələ stadionunun durumu, ordakı şərait hamıya bəllidi. PFL olaraq əsas istəyimiz bölgələrdə yaşayan azarkeşlərimizə də böyük futbolun həyəcanını yaşatmaq olub. Mövsümün son qarşılaşmasında azarkeşlərə bayram ab-havası bəxş etmək üçün əlimizdən gələni edəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar