20 fev 01:58gundem

Ramin Musayev Qurban Qurbanovla məsləhətləşdi

Ramin Musayev Qurban Qurbanovla məsləhətləşdi
Finalın günü dəyişmədi, yeri isə...
Son günlər ölkə futbolunda diqqət çəkən olaylar bir-birini əvəz edir. “Neftçi”də yaşananlar, çempionat matçlarında başverənlər, çarpıcı açıqlamalar... Bu cür gündəmi zəbt edən məsələlərdən biri də ötən həftənin əsas müzakirə mövzusu olan kubokun finalı ilə bağlı idi. Hər şey AFFA-nın yığmaya daha bir sınaqçı-rəqib tapması ilə başladı. Qurumun saytı cümə axşamı millinin mayın 29-da Qırğızıstanla yoxlama matçı keçirəcəyi xəbərini yaydı. Başqa sözlə, kubokun finalının keçiriləcəyi günün ertəsinə yığmanın yoldaşlıq görüşü planlaşdırılıb. Bu isə avtomatik “həlledici görüşün vaxtı dəyişdiriləcəkmi” sualını aktuallaşdırdı. Çünki bir gün öncə finalın, ertəsi yoxlama oyununun keçiriləcəyi bir qədər mübahisəli məqam idi. Əsas məsələ isə başqaydı. Belə ki, bu il Cümhuriyyətin 100 illiyi tamam olur və kubokun finalı da məhz Respublika Gününə - mayın 28-nə nəzərdə tutulub. Hər nə qədər yığmanın maraqları nəzərə alınsa da, bu, Cümhuriyyət dəyərlərindən üstün tutulmamalıdı. Özü də Qırğızıstanla oyuna görə matç gününün dəyişdirilməsinə ad tapmaq çətindi. Axı ortada “bayrama bayram qatacağıq” vədi vardı. Həmçinin bundan öncə də bir neçə dəfə finaldan sonrakı gün yığma yoldaşlıq oyunu keçirib. Ola bilər, baş məşqçi bir neçə futbolçunu sərəncamında görməsin. Ancaq söhbət sınaq görüşündən gedirsə, bu da problem olmamalıdı. Elə finalın vaxtı ilə bağlı müzakirələr gedəndə məsələni qabartdıq, həlledici matçın tarixinin dəyişdirilməsinin heç bir çərçivəyə sığmadığını yazdıq. PFL-dən isə bu məsələ ilə bağlı müzakirə aparıldıqdan sonra qərar veriləcəyi deyildi.
Nəhayət, srağagün təşkilatçı qurum qərarını açıqladı. Yığmanın baş məşqçisi Qurban Qurbanovla PFL-in prezidenti Ramin Musayev arasında görüş keçirilib. İşgüzar görüş zamanı millinin qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Yığmanın mayın 29-da Qırğızıstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, kubokun final görüşünün vaxtında hər hansı dəyişiklik edilməyəcək. Həlledici oyun əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 28-də - Respublika Günündə baş tutacaq. Yalnız millinin mart toplanışı və aprelin 11-də gerçəkləşəcək növbədənkənar prezident seçkisi ilə bağlı təqvimində müəyyən dəyişiklik ediləcək. Bu haqda isə yaxın günlərdə məlumat veriləcək.
Təbii, təqdir olunası qərardı. Cümhuriyyətə verdiyi dəyərə görə PFL-ə alqış düşür. Bu qurumun fikrinə hörmətlə yanaşan Qurban Qurbanova da həmçinin. Ancaq buna nə qədər sevinsək də, Ramin Musayevin növbəti açıqlaması sevincimizi doya-doya yaşamağa imkan vermədi. Belə ki, qurum prezidenti final oyununun böyük ehtimalla Qəbələdə keçiriləcəyini vurğulayıb. Hansı ki, bu şəhərin komandasının şənbə günü keçirdiyi prinsipial qarşılaşmanda stadionun cəmi üçdəbiri dolmuşdu. Bəs “Qəbələ” finala yüksəlsə, məkan seçimi nə qədər ədalətli olacaq? Axı, bu şəhər futbolla yaşamır. Güclə sevgi olur? Digər tərəfdən, “Qəbələ” finala çıxarsa və oyun bu şəhərdə keçirilərsə, digər finalçının haqqı pozulmurmu? Razıyam, “Neftçi” ilə “Qarabağ” arasında Qəbələdə keçirilən finalda tribunalar dolmuşdu. Ancaq bu iki komanda az-çox azarkeşə malikdi. Tutaq ki, “Keşlə” ilə “Neftçi” yarımfinalı uğurla adladı. Onda həlledici görüşdə hansı anşlaqdan danışmaq olar? Halbuki əvvəlcədən Gəncə variantı var idi və Cümhuriyyətin ilk paytaxtı ən uğurlu seçim olardı. Bu şəhərin futbola sevgisi də hamıya bəllidi. Digər tərəfdən, kiminsə haqqı yeyilməzdi. İnanaq ki, Qəbələ variantı elə ehtimal olaraq qalacaq. Əks halda, final statusuna uyğun olmayan ab-havada keçəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar