17 fev 00:16gundem

PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək

PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək
Cümhuriyyətə dəyər verirsizsə, dəyişməyin!
Dünən AFFA-nın saytında yer alan xəbər idman mediasının gündəmini dəyişdi. Belə ki, assosiasiya yığmanın mayın 29-da Qırğızıstanla Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirməklə bağlı qarşı tərəflə razılıq əldə olunduğunu açıqladı. Əslində ilk baxışda burda qeyri-adi bir şey yoxdu. Millinin sınaq matçı keçirməsi normaldı və rəqib də elə komanda deyil ki, bu haqda informasiya gündəmi zəbt etsin. Ancaq başqa bir məqam var. Axı mayın 28-də kubokun final oyunu keçirilməlidi. Mövsümün son qarşılaşması məhz Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu günə nəzərədə tutulmuşdu. Lakin millinin oyununa görə kubokun finalının vaxtı çox güman, dəyişdiriləcək.
Bu məsələyə müxtəlif prizmalardan yanaşmaq olar. Öncə PFL prezidenti Ramin Musayevin kubokun püşkü atılan vaxt finalla bağlı müjdəsini xatırlayaq: “Hər il sürprizlər edirik. Ötən il kubokun finalını Naxçıvanda təşkil etdik. Düzdü, bəzi klub rəsmiləri və bir qism jurnalistlər bundan narazı qalsa da, əksər insanlar həlledici qarşılaşmanın Muxtar Respublikada keçirilməsini alqışladı. Bu il də eyni addımı atmağı planlaşdırırıq. Final bölgələrimizdən birində keçiriləcək. Fikrimdə var ki, bu il həlledici oyunu Gəncədə təşkil edək. Ölkə kubokunun finalını mayın 28-də keçirəcəyik. Bayrama bayram qatmaq fikrimiz var. Qismət olarsa, bir gün finalı Ağdamda təşkil edərik”.
Təbii, bu xəbəri əksəriyyət sevinclə qarşılamışdı. Qurum başqanının da dediyi kimi, bayrama bayram qatılacaqdı. Özü də Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu dönəmdə bunu gerçəkləşdirmək doğrudan da alqışlanası hal idi. Bunu həm də Cümhuriyyətə verilən dəyər kimi qiymətləndirmişdik. Ancaq hər şey birdən-birə dəyişdi. Yığmanın oyununun mayın 29-na salınması finalın vaxtının dəyişdiriləcəyi ilə bağlı şübhələr yaratdı. Görəsən, “bayrama bayram qatmaq” düşüncəsi öz əhəmiyyətini itirib? Həlledici matçın günü dəyişdiriləcək? Öncə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışmaq qərarına gəldik. O hələ ki bu haqda qərar verilmədiyini, müzakirələr aparıldıqdan sonra yekun nəticənin açıqlanacağını söylədi. Lakin çox keçmədən report.az saytı kubokun finalının mayın 28-də keçirilməyəcəyi ilə bağlı informasiya yerləşdirdi. Sözügedən portalda qeyd olunur ki, bu haqda PFL-in baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-nə nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək. Final matçı isə Cümhuriyyətin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika Günündə gerçəkləşməyəcək. Həsənov bunu həmin görüşdən bir gün sonra yığmamızla Qırğızıstan arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O konkret tarixlərlə bağlı qərarın böyük ehtimalla gələn həftə veriləcəyini vurğulayıb.
Günün ikinci yarısında yenidən PFL-ə müraciət etdik. Qurumun Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovla əlaqə saxladıq: “Hələ heç nə dəyişdirilməyib. Final mayın 28-də olacaq. Yəqin Məlik müəllimi səhv başa düşüblər. Ancaq tam dəqiq sabah (bu gün) bilinəcək”.
İnanaq ki, bu gün çıxarılacaq qərar “finalın vaxtı dəyişdiriləcək” məzmununda olmayacaq. Əslində PFL-in “yuxarı”dan gələn əmrə tabe olacağı şübhə doğurmur. Ancaq hər iki qurum, eləcə də millinin baş məşqçisi ortaq qərarla dəyişikliyə imkan verməməlidi. Buna yığmanın maraqları donunu geydirmək də yersizdi. Axı burda söhbət Cümhuriyyətə verilən dəyərdən gedir. Qırğızıstan kimi rəqiblə görüşə görə bu dəyərdən vaz keçmək olmaz. Bu nə AFFA, nə də PFL rəhbərliyinə yaraşmaz. Təbii ki, mümkün dəyişiklik millinin baş məşqçisi Qurban Qurbanovun da əleyhinə işləyəcək. Hər kəs “çalışdırıcı istədiyi üçün belə edildi” fikrinə düşəcək. Özü də yığma qırğızlarla oyundan sonra Latviya səfərinə yollanacaq. Yəni finalda iştirak edən klubların oyunçuları asiyalılarla görüşdə iştirak etməsə də, böyük ölçüdə nəsə dəyişməyəcək, növbəti sınaq matçında meydanda ola biləcəklər. Bundan başqa, Qırğızıstanla oyunun milliyə böyük xeyir verəcəyini düşünmək absurddu. Uzağı bu qarşılaşmada Qurbanov qapanan komandalara qarşı hücum taktikasını yoxlaya bilər. Bunun üçün də finala çıxan komandaların 4-5 futbolçusu olmasa da, olar. Onsuz da millinin əsasını “Qarabağ”lılar təşkil edir. “Köhlən atlar” isə kubokda mübarizəni dayandırdığından, Qurban bəyin heyətlə bağlı problemi olmayacaq. Odu ki, Cümhuriyyətin 100 illiyinin qeyd olunduğu gündə futbol azarkeşlərinin ikiqat bayram sevinci yaşamasına heç kim mane olmamalıdı. Əks halda, Cümhuriyyətə kimin necə dəyər verdiyini hər kəs görəcək.
Yeri gəlmişkən, indiyədək 3 dəfə bu cür durum yaşanıb və heç birində finalın vaxtı dəyişməyib. Belə ki, kubokun həlledici qarşılaşmasının ertəsi yığma yoldaşlıq görüşü keçirib. 2005-ci il mayın 28-də mövsümün son oyununda “İnter”lə “Bakı” üz-üzə gəlib. Növbəti gün isə yığma Tehranda İranla yoldaşlıq görüşündə (1:2) qüvvəsini sınayıb. 2013-cü ildə kubokun finalı yenə də Respublika Günündə baş tutdu. “Neftçi” ilə “Xəzər Lənkəran”ın duelindən bir gün sonra milli Dohada Qətərlə sınaq matçında (1:1) münasibətləri aydınlaşdırdı. Nəhayət, iki il öncə mayın 26-da “Qarabağ”la “Neftçi” finalda qarşılaşdı. Mayın 27-də isə yığma Avstriyada Andorra ilə yoldaşlıq oyunu keçirdi. Göründüyü kimi, artıq 3 dəfə bu cür vəziyyət yaranıb və yığmanın görüşünə görə finalın vaxtı dəyişdirilməyib. Bir halda ki sadaladığımız 3 cəhddə ciddi nəsə baş verməyib, bu dəfə də analoji addımı atmaq olar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Bu gün, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Bu gün, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Bu gün, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Bu gün, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Bu gün, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Bu gün, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Bu gün, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Bu gün, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Bu gün, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Bu gün, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Bu gün, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Bu gün, 14:16 Lider dəyişdi Bu gün, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Bu gün, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Bu gün, 14:06 Ümummilli sorğu start götürür! Bu gün, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar