09 fev 23:58gundem

Futzal mütəxəssisləri yığmanı “topa tutdular”

Futzal mütəxəssisləri yığmanı “topa tutdular”
Elman Ələkbərov: “Alesio məşqçi deyil, sən də məşqçi deyilsən, Hacıbala Abdullayev!”
Avropa çempionatıyla biabırçı məğlubiyyətlə vidalaşan futzal yığması “topun ağzındadı”. Hər kəs komandanı, xüsusilə də baş məşqçi Joze Alesio da Silvanı tənqid edir, göydən yerə vurur. Bu mənada futzal mütəxəssislərinin fikri daha önəmlidi. Millinin sabiq çalışdırıcısı Elman Ələkbərov, veteran futzalçılarımızdan Ağatahir Əzimov, eləcə də yüksək liqanın bombardiri olmasına rəğmən, Alesionun heyətə götürmədiyi Renat Sultanova tribuna verdik. Bəribaşdan qeyd edək ki, hər üçü kəskin, amma tutarlı fikirlərlə yığmanın uğursuzluğunun səbəblərini göstərdilər, məsləhətlərini verdilər.
Elman Ələkbərov: “Mənim mətbuata açıqlamamdan sonra Zaur müəllim inciyib deyəsən. Ancaq nahaq yerə, çünki mən onun işini tənqid eləməmişəm. Əksinə, federasiyanın yığmaya hər cür şərait yaratdığını demişəm. Həqiqətən Axundov olmasaydı, bəlkə də bu idman növü bizdə batıb getmişdi. Mənim dərdim Alesioyladı. Zaur müəllim istəyirsə ki, mən braziliyalını tərifləyim, bunu etməyəcəm. Çünki o, məşqçi deyil. Alesio heç olmasa ildə bir dəfə futzal mütəxəssislərini toplayıb bu idman növü ilə bağlı fikirlərini öyrənə bilməz? Bircə Hacıbala Abdullayev onun yanında hərlənir, o da cəsarət esib bir söz deyə bilmir. Ay Hacı, 30-40 ildi futzalda olan adamsan, niyə susursan? Deyim niyə? Çünki yığmada müqaviləsiz çalışır. Alesioya da onun yanında kölgə kimi dolanan, maaş alıb sakit dayanan biri lazımdı, Elman kimisi yox. Baxıram, əksəriyyət son oyundakı nəticəni tənqid edir. Mən adi qarşılayıram 1:8-i. Belə baxanda, buraxılan qolların yarısı boş qapıya vurulub. Məni narahat edən odu ki, oyun yoxdu. Yerlilərlə işləmək istəmir o adam. Renat Sultanovu İrana apardı, şans vermədi. Sloveniyaya isə, ümumiyyətlə, aparmadı. Halbuki güclü zərbələri var. Uzun ayaqları, cüssəsi var, təkbətək mübarizələrdə onu keçmək asan deyil. Niyə aparmırsan? AÇ-də Fransa ilə oyunda hesab 5:2 olanda, sona 52 saniyə qalmış top Rövşənin sifətinə dəydi, zərbədən ani şok keçirdi. Oyun dayandı, qapıçı özünə gəldi və yenidən meydana qayıtdı. Mən o uşağı tanıyıram, ölsə də, çəkinməz. Nə olsun, çox da o özü meydana qayıtmaq istəyir, sən onu niyə riskə atırsan? 52 saniyədə nə olacaqdı, o anda Kürdova şans vermək olmazdı? Sonra nə oldu, Rövşən meydana qayıtdı və 3-cü qolu buraxdı. Halbuki Portuqaliya ilə qarşılaşmada panikaya düşən kimi azərbaycanlıları döyüşə atdı. Niyə? Sabah Zaur Axundovun qarşısında müdafə olunsun ki, yerlilərə güvəndim, hesab böyüdü. O tülkü kimi hiyləgərdi. Hətta nədən şübhələnirəm: indiki braziliyalıları Azərbaycana o gətirməyib. Görünür, gələcəkdə öz oyunçularını gətirmək üçün indidən ayaqyeri qoyur, ona görə Portuqaliya ilə qarşılaşmada braziliyalıları ehtiyatda saxladı. Fineodan, Vassuradan narazılığını bildirib. Onun bu fikriylə razıyam, bizdəki braziliyalılar işə yaramırlar. Bir futzalçı ki rəqiblə üz-üzə gəlib, sonra geriyə dönüb ötürmə verirsə, onu apar qaytar. Futzalda təkbətək mübarizlərə böyük önəm verilir. Yenə deyirəm, Alesio məşqçi deyil, sən də məşqçi deyilsən, Hacıbala Abdullayev! Məşqçi olsaydın, Alesioya kənardan nəsə deyərdin.
Ağatahir Əzimov: “Fikrimcə, 1/4 finala çıxmaq elə normal nəticədi. Fransa küçə komandası deyildi, onları udmuşuqsa, uşaqların haqqını vermək lazımdı. Portuqaliyaya gəlincə, bu çempionatın ən baxımlı oyun sərgiləyən komandasıdı. İspaniya və Rusiya öz oyunlarını göstərə bilmir, inamlı görünmür, ancaq portəgizlər həm möhtəşəm futzal sərgiləyir, həm də nəticə qazanırlar. Etiraf etmək lazımdı ki, Portuqaliya bizdən güclüdü. Bunu mən hələ onlarla qarşılaşmadan əvvəl demişdim. Onlar fiziki cəhətdən də, təkbətək mübarizələrdə də güclüdü. Hesabın böyük alınması da faciə deyil. 1:3-dən sonra Alesio matçı xilas etmək üçün qapıçısız oynadı, rəqib də bundan istifadə etdi. Tutdu, vurdu, tutdu, vurdu və beləcə fərq 7 topa çatdı. Bir top fərqiylə uduzsaq da, çıxmayacaqdıq, 0:5 olsaydı da çıxmırdıq, 1:8-də də. Adətən, Alesionun 5-ci oyunçunu meydana buraxması effekt verirdi, bu dəfə alınmadı. Mən onu müdafiə etmirəm, sadəcə, məşqçinin qərarını anlayışla qarşılayıram. Ancaq mənim qəbul edə bilmədiyim bir çox şey var ki, onları deməliyəm. Elə o vaxtdan hər dəfə bunu deyəndə məni günahlandırırlar ki “Tahir, sən çox danışmağa başlamısan”. Mən çox danışmırdım e, deyirdim ki, Alesio güclü mütəxəssisdisə, qoy yerli futzalçılarla işləsin. Deyirdim, Alesio braziliyalıları bura tökməklə futzalımızı uçuruma aparır. Bir-iki braziliyalı gətirib, bəsdi. Qoy azərbaycanlılarla işləsin, bizimkilər “artırsın”. Ağatahir gedəndən sonra onu əvəzləyən kimsə yetişərdi də. Getdikcə durum daha acınacaqlı olur. Artıq Rizvanla Vitali də gedir, amma gənc nəsil üzə çıxmır. Bu gün sırf öz uşaqlarımızla hətta ortabab Avropa komandalarına da uduzarıq. Çünki hamısı ehtiyatda oturmaqdan paslanıb. Yerli uşaqların işi çox vaxt meydandakılara əl çalmaqdan ibarət olur. Futzal məktəbləri olmalıdı. Biz bugünkü nəticələrimizi fikirləşirik, gələcək vecimizə də deyil. Birinci liqa, ikinci liqa ilə yaramız sağalmır. Çünki ordakı komandalar həvəskarlardı, üzr istəyirəm ifadəmə görə, “kayf”a oynayırlar. Yoxsa yüksək liqada oynamaq üçün vuruşardılar da. Heç biri gəlmək istəmir. Özümüzü aldatmayaq, bizdə o səviyyə, o maraq yoxdu. Gələcəyimiz sual altındadı. Görün səviyyə necədi ki, 38-39 yaşlı futzalçılar bu gün də yığmadadı, onları sıxışdıran yoxdu. Mən Alesionu göndərək demirəm, ancaq qalırsa, yerlilərə şans versin. Necə ki, Qazaxıstanda bu proses çoxdan başlayıb. 4-5 il əvvələ kimi yamankulovlar, süleymenovlar bura gəlirdi, 4-5 dənə vurub yola salırdıq onları. Ancaq həmin qazax oyunçular Avropa çempionatında at oynadır, heyətdə cəmi 3 braziliyalı qalıb”.
Renat Sultanov: “Fransa ilə oyun yaxşı alındı. Uşaqlar həmin oyunu rahat udub qrupdan çıxdılar. Mənə elə gəlir, bu nəticə bizimkiləri aldatdı. Fikirləşdilər ki, ilk turda İspaniyanı büdrədən rəqibi aşkar üstələyiblərsə, İspaniyanı da, Portuqaliyanı da rahat keçəcəklər. 1:8-ə gəlincə, təbii ki, heç kim istəməzdi belə məğlubiyyət qeydə alınsın, amma bu, fiaskodu. Düzdü, futzalda belə nəticələr olur. Ancaq komanda DÇ-də 2:3 uduzduğu rəqibə aradan çox keçməmiş 7 top fərqiylə məğlub olursa, geriləmənin səbəbləri araşdırılmalıdı. Çıxış yolunu yerli futzalçılara meydan verməkdə görürəm. Legionerlərlə uzağa gedə bilməyəcəyik. Mən də gözləyirəm, görüm bundan sonra hansı addımlar atılacaq. Yenə deyirəm, yığmada can-başla oynamağa hazıram”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar