27 yan 02:19gundem

Şok: bir ay əvvəl müqavilə bağlayan futbolçu “Neftçi”dən qaçdı

Şok: bir ay əvvəl müqavilə bağlayan futbolçu “Neftçi”dən qaçdı
“Neftçi”də vəziyyət ürəkaçan deyil, kələfin ucu itib. 2015-ci ildən başlayan xaosun tədricən başa çatdığını düşünsək də, vəziyyət hələ də yaxşı deyil. Jurnalistikada olduğum son 10 il ərzində ölkənin ən köklü klubunu bu qədər qarışıq, yiyəsiz görməmişdim. Hər gün elə xəbərlərlə rastlaşırsan ki, bilmirsən ağlayasan, ya güləsən.
Elxan Abdullayevin gedişindən sonra yerinə gələn Tərlan Əhmədov nəticələrlə bağlı vəziyyəti nisbətən düzəldə bilmişdi: ardıcıl qələbələr, kubokun yarımfinalına vəsiqə. Bununla da rəhbərliyin inamını qazanan baş məşqçiyə müəyyən səlahiyyətlər verilmişdi. Akademiyada və aşağı yaş qruplarından ibarət komandalarda gerçəkləşən məşqçi və mütəxəssis dəyişikliklərini məhz Əhmədov istəmişdi. Daha əvvəl tanıdıqlarının, işinə bələd olanların çalışdığı kluba ayağını açmasına səbəbkar oldu. Düşünmək olardı ki, transfer çalışmaları zamanı da əsas söz sahibi Tərlan bəy olacaq. Amma yox. Klub prezidenti Orxan Hüseynzadə illərdi tanıdığı Kamil Məmmədovun pul qazanması üçün dəridən-qabıqdan çıxır. Hər imkanda məhz Məmmədovun təklif etdiyi futbolçuların ağ-qara forma geyməsinə çalışır. Digər tərəfdən də, AFFA rəsmisi olmasına baxmayaraq, həm də menecerlik edən Riad Rəfiyev var. O da “yuxarılar”ın güvəndiyi adamdı deyə, Hüseynzadə Rəfiyevə “yox” deyə bilmir. Yaranmış vəziyyət isə baş məşqçinin xoşuna gəlmir. Əhmədov özünün şəxsən bəyəndiyi və daha öncə əməkdaşlıq etdiyi agentlərin futbolçularını gətirmək istəyir. Nəticəyə cavabdehlik daşıyan şəxs baş məşqçidisə, bu cür tələblə çıxış etməsi normaldı. Elə buna görə də “ağ-qaralar” qış fasiləsində yüksək yox, orta səviyyəli əcnəbiylə güclənə bilməyib.
Bu azmış kimi, Daniel Seqoviya və Mateo Mujek kimi müqavilə ilə “Neftçi”yə məxsus futbolçularla yolları ayırmaq hələ də müşkülə çevrilib. Çempionatın ikinci yarısının başlamasına təxminən 15 gün vaxt qaldığı halda baş məşqçinin ehtiyac duymadığı əcnəbilərlə vidalaşmaq mümkün olmayıb. Halbuki bunun üçün futbol siyasəti və təcrübəsi tələb olunur. Hər futbolçunun öz dili var ki, onunla həmin dildə danışmaq lazımdı. Həyatda mümkünsüz iş olmadığı kimi, Seqoviya ilə Mujeki yola salmaq da mümkünsüz deyil. Sadəcə, yolunu bilmirlər, vəssalam. Problemlər bununla bitsəydi, dərd yarı.
“SKA-Xabarovsk”la yoldaşlıq oyununun klubun “feysbuk” səhifəsində onlayn reportaj şəklində təqdim olunması nəzərdə tutulmuşdu. Əslində buna start verilmişdi də. Rusların erkən qollar vurması, “ağ-qaralar”ın fasiləyə 0:6 hesablı yenilgiylə yollanması azarkeşlərin səbr kasasını daşırdı. Belədə rəhbərlik, futbolçu və məşqçilərə söyüş dolu təhqirlər yağdırıldı. Məsələdən duyuq düşən Orxan Hüseynzadənin tapşırığı sərt oldu: “şərhləri silin, yayını da dayandırın”. Azarkeşlərin əsəbləşib söyüş söyməsi rəhbərə xoş gəlməmişdi deyə, göstəriş dərhal yerinə yetirildi. Məhz bu cür tapşırıq “Neftçi” adına növbəti biabırçılığın zirvə nöqtəsiydi. Bir daha sübut olundu ki, Hüseynzadə klubu futbolun təməl prinsipləri ilə yox, özünün və ətrafındakıların bazar düşüncəsiylə idarə edir. Adama sual verərlər: qapısında 8 top görən komandanın məşqçisi, futbolçusu, prezidenti klubu söydürə bilər, azarkeşlər sizi söyə bilməz? Bunu da bir qırağa qoyaq.
Ötən ilin noyabrında müqaviləsinin müddəti mövsümün sonuna qədər artırılan Hüqo Barqasın addımından yəqin ki, xəbərdarsız. Tərlan Əhmədovun güvəndiyi hücumçu yanvarda Bakıya gəlib komandanın məşqlərində iştirak etsə də, çox keçmədən komandasını dəyişmək fikrində olduğunu dilə gətirdi. Müqavilə ilə “Neftçi”yə məxsus olsa da, rəhbərlik onun yenidən Kolumbiyada oynamasına qarşı çıxmadı.
Növbəti xəbər də elə onun tayıdı. Dekabrın 29-da “Neftçi”ylə mövsümün sonuna qədər müqavilə bağlayan Aqil Məmmədov karyerasını yenidən “Qəbələ”də davam etdirəcək. Hər halda, klubun “feysbuk” səhifəsində belə yazılıb. Daha doğrusu, qeyd olunub ki, təcrübəli qapıçıyla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Aqil özü isə yenidən “Qəbələ”nin sıralarında olmağı üstün tutub. Bu fakt da klub rəhbərliyi adına faciədi. Bir ay əvvəl qapıçı rəsmi sənədə qol çəkir və hazırlığın gedişində yeni komandasında qalmaq istəmədiyini deyib başını götürüb qaçırsa, bunu iki səbəbi var: ya futbolçunu hansısa məqamda aldadıblar, ya da kollektivdəki ab-hava onu razı salmayıb. Bunun başqa yolu yoxdu.
Əslində “Neftçi”nin Antalya toplanışında iştirak etmək imkanım vardı. Klub rəsmilərinə müraciət etmiş, bu yöndə kömək göstərmələrini xahiş etmişdim. Lakin Orxan Hüseynzadə komanda ilə birgə olmağımı məqsədəuyğun saymadı. Təəccüblənmədim. Bir jurnalistin “Neftçi”nin düşərgəsində olması klub və komandadaxili problemlərdən duyuq düşməsi deməkdi. Rastlaşdığım məqamların qəzet səhifəsinə çıxması prezidentin klubdakı fəaliyyətinin sonu ola bilərdi. Bunu nəzərə alan Hüseynzadə komandanın toplanışının işıqlandırılmasından, azarkeşlərə daha geniş və dolğun məlumatların çatdırılmasındansa, öz işini və qazancını üstün tutdu. Hələ yanlarında jurnalist yoxdu, bu qədər biabırçılıqlar üzə çıxır. Görün komandanın içində olsaydıq, nələr bilinərdi.
“Neftçi”də əsas söz sahibi olan Orxan Hüseynzadə klubu biabır etməkdə davam edir. Bu adam heç bir məntiqə sığmayan qərarları və addımları ilə özünü güldürür. İndiyə qədər elədikləri azmış kimi, indi də futbolçu və məşqçi heyətinin mətbuatla ünsiyyət qurmasına qadağa qoyub. Bir növ içəridən bayıra xəbər çıxmasının qarşısını almağa çalışıb. Amma bir şeyi unudur ki, “Neftçi” xalqındı. O komandada pul qazananlar isə xalqa hesabat verməyə borcludular.
Sonda onu da bildirək ki, Namiq Ələsgərovun “Jilina”ya keçidinin baş tutmaması qarşı tərəfin hiyləgər metoda əl atmaq istəyinə görə olub. Öncə başqa söhbət edilib, razılıq əldə olunub. İş müqavilə bağlamağa qədər çatanda, “Jilina” rəsmiləri Namiqi gələcəkdə hansısa kluba satacaqları halda gəlirin 85 faizinə sahib olacaqlarını deyiblər. Bununla da söhbət bağlanıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar