24 yan 12:48gundem

“Kəpəz” və “Səbail” UEFA lisenziyası istəməyib

“Kəpəz” və “Səbail” UEFA lisenziyası istəməyib
Elçin Məmmədov: “Birinci diviziondan xeyli sayda müraciət olub”
Ötən mövsümün sonunda “Səbail” birinci diviziondan elitaya yüksəldi, AZAL isə premyer-liqanı tərk edərək tarixin yaddaşına köçdü. Halbuki AFFA prezidenti Rövnəq Abdullayev 2016/17 mövsümü üçün 8 komandalı çempionatı müvəqqəti hal kimi dəyərləndirmişdi. Lakin ardıcıl ikinci “futbol ili”ndə də güclülər dəstəsində məhz 8 iştirakçı çıxış edir. Əksinə, ötən mövsüm birinci divizionda 14 komanda var idisə, hazırda onların sayı 10-a enib. Təbii, istər premyer-liqada, istərsə də divizionda klub sayının azalması iştirak fikri olanların lisenziya şərtlərinə əməl etməmələrindən irəli gəlir. Əvvəllər bu məsələyə ötəri yanaşılırdısa, son illərdə artıq hər detala həssas yanaşılır. Əslində tələb olunan həlledici meyarlardan biri maliyyədi ki, klublar məhz bunda “axsayır”. Hərçənd AFFA-nın istədiyi klubu irəli çəkmək iqtidarında olduğunu bilirik. Elə “Səbail”in elitaya təşrif buyurması hər şeyi deyir. Ancaq o da faktdı ki, hansısa klub bütün şərtlərə əməl etsə, kimsə onun qarşısını kəsə bilməz. O başqa məsələ ki, çıxış etdiyin yarışda tutduğun yer də önəmlidi. Düzdü, son illər klubların çempionatı hansı pillədə başa vurması yox, lisenziya şərtlərinə əməl edib-etməməsi həlledici rol oynayır. Ancaq bir neçə klub tələblərə tam cavab versə, sıralama ön plana çıxacaq.
Növbəti mövsüm premyer-liqada klubların sayının artırılıb-artırılmayacağı ilə bağlı artıq müzakirələr gedir. Həm premyer-liqada, həm də avrokuboklarda iştirak üçün klublar AFFA-ya müraciət ünvanlayıb. Elitadan iki klubun qitəmiqyaslı turnirlərdə iştirak üçün ərizə vermədiyi deyilir. Bunlardan biri “Səbail”di ki, onun olmamasının səbəbini anlamaq mümkündü. Bu komanda UEFA-nın peşəkar səviyyədə 3 il oynamaq tələbinə cavab vermir. “Zirə” də məhz buna görə ilk dəfə Avroliqaya vəsiqə qazandığı halda, yarışda iştirak edə bilmədi. “Qartallar” yalnız 3 mövsümü başa vurandan sonra qitə arenasına “ayaq basdılar”. Odu ki, “Səbail”in avrokuboklar üçün lisenziya istəməsinin heç bir əhəmiyyəti yox idi. O biri komandaya gəlincə, bu “Kəpəz”di. Görünür, kubokla vidalaşan, çempionatda isə sonuncu pillədə olan Gəncə təmsilçisi avrokuboklara vəsiqənin real olmadığını düşünür. Bu üzdən də klub UEFA lisenziyası üçün əlavə vaxt itkisinə və ya əziyyətə ehtiyac görməyib.
Dünən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxlayıb, bütün bunlarla bağlı fikirlərini öyrəndik: “Bir neçə gün öncə bu məsələ ilə bağlı açıqlama vermişdim. Heç vaxt müraciət edənlərin sayını demirəm. Çünki bu idman nəticələrinə təsir edə bilər. Məsələn, indi sizə “cəmi 4 premyer-liqa iştirakçısı UEFA lisenziyası üçün müraciət edib” desəm, həmin 4 klub istədiyini edə bilər ki, onsuz da Avropaya biz gedəcəyik. Nəzəri cəhətdən bu belədi. Ona görə də say açıqlamıram. Sadəcə, daha öncə də demişdim ki, bütün klublar UEFA lisenziyası üçün müraciət etməyib. Bizdən fərqli, klubların açıqlamağa ixtiyarı var. Premyer-liqa iştirakçıları özləri desə ki, biz ərizə verməmişik, bu başqa məsələ. Artıq müraciət üçün vaxt bitib. Ərizələri yığmışıq, indi sənədləri toplamaq prosesi gedir. Premyer-liqa üçün də müraciət müddəti bitib. Elita iştirakçılarının hamısı növbəti mövsüm güclülər dəstəsində iştirak üçün ərizə verib. Bundan başqa, kifayət qədər çox sayda birinci diviziondan da premyer-liqa lisenziyası üçün müraciət olunub. Onların prosesi necə tamamlayacağını bilmirəm. Hər halda, ərizələri almışıq. Yanvar və fevralda 4 meyar üçün sənədləri toplayırıq. Klublar yalnız maliyyəni martın sonuna kimi tamamlayır. Hətta apreldə də müəyyən vaxt veririk. Çünki maliyyə ilə bağlı məsələ bir az qəlizdi. Sənəd gəlir, qaytarırıq, düzəliş edirlər və s. Ümumiyyətlə, bu proses vaxt aparır. Belə deyim, aprelin ortalarına qədər işi tamamlayırıq. Mayın 15-nə qədər isə mütləq komissiyanı toplamalıyıq. Qaydalarda var ki, birinci instansiya orqanı mayın 15-dək qərar çıxarmalıdı. Çünki mayın 31-nə kimi UEFA-ya siyahı göndəririk ki, hansı klublar ölkəmizi avrokuboklarda təmsil edəcək. Bundan başqa, hansısa narazı klubun apellyasiya şikayəti vermək üçün də vaxtı olmalıdı”.
Elçin bəy UEFA və premyer-liqa üçün lisenziya tələblərinin elə də ciddi fərqlənmədiyini qeyd etdi: “Əslində fərq o qədər də çox deyil. Uşaq komandalarında bir artıq yaş qrupu – U-10 tələb olunur. Həmçinin klub UEFA tərəfindən təsdiq olunan stadion göstərməlidi. İnzibati məsələlərdə də bəzi fərqlər var. Tutaq ki, avrokuboklara komanda çıxaran baş məşqçinin PRO diplomu olmalıdı. Ancaq premyer-liqada A kateqoriyası da kifayətdi. Eyni zamanda, bank zəmanətində də müəyyən fərq var. UEFA yarışları üçün 500, premyer-liqa üçün isə 300 min nəzərdə tutulub. Sizə bir nümunə deyim. AZAL daim UEFA lisenziyası alırdı, halbuki heç də hər il Avropada oynamırdı. Sadəcə, öz adına görə bunu edirdi. Klubun belə imkanı varsa, niyə də almasın?! Xaricdə belədi ki, klubların səhmləri var və UEFA lisenziyasının alınması səhmlərin qiymətinə də təsir göstərir. Məhz belə məqamları nəzərə alan klublar UEFA lisenziyası alır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar