24 yan 14:25gundem

Ömər Paşayev Antalya hazırlığını dəyərləndirdi

Ömər Paşayev Antalya hazırlığını dəyərləndirdi
“Meydanda ən az səhv edən elə hakimdi”
Antalya toplanışı hakimlərdən Ömər Paşayev üçün xüsusi təyini ilə ifadə olunmalıdı. Axı, Ömər yenicə FİFA referisi adını alıb və bu, onun beynəlxalq dərəcəli hakim kimi ilk hazırlıq prosesidi. Digər tərəfdən, toplanış Ömər üçün həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, o, yanvarın 29-dan etibarən yeni FİFA referilərinin İspaniyadakı hazırlığına qatılacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı gənc referinin həm toplanış, həm də qarşıdakı səfər ilə bağlı fikirlərini öyrənib. Paşayev öncə hazırlıq prosesini dəyərləndirib: “Toplanış yüksək səviyyədə gedir. Burda qidalanmaq, məşqlər, oyunlarda idarəçilik etmək üçün hər cür şərait var. Mənim fikrim daha çox fiziki hazırlığa yönəlib. Çünki yanvarın 29-da İspaniyaya yollanacam. Fiziki hazırlığım yüksək səviyyədə olmalıdı. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətim olub. Daha çox fiziki çalışmalara önəm vermək istədiyimi bildirmişəm. Bununla yanaşı, yoxlama görüşlərini də idarə edirəm”.
Paşayev daha sonra qatılacağı kursun özəlliyindən, eləcə də FİFA referisi adını daşımağın məsuliyyətindən danışıb: “FİFA hakimi adı altında biz Azərbaycanı təmsil edirik. Çox sayda azarkeşin izlədiyi oyunda hakimlərin Azərbaycandan olduğu söylənilir. Buna görə də FİFA hakimi adını daşımaq böyük məsuliyyətdi. Bu adı aldığıma görə sevinə bilərəm. Amma bu o demək deyil ki, zirvə nöqtəsindəyəm. Mən çox çətin yolun başlanğıcındayam. Bunun üçün ilk növbədə kursdan uğurla keçməliyəm. Çox çətin bir hazırlığa qatılacam. Kursun əsas özəlliklərindən biri odu ki, yorğunluq fonunda daha cəld hərəkətlər etməlisən. Məhz həmin proqrama əsasən çalışmışam, pis alınmayıb. Eyni zamanda, dil biliklərindən imtahanlar verəcəm”.
Ömər Paşayev FİFA təlimatçısı, ötənlərin məşhur referisi Frank de Blekere ilə daim ünsiyyətdə olduğunu açıqlayıb: “Blekere FİFA hakimi adı aldığım gün məni təbrik etdi. Əlaqəmizi kəsməmişik, elektron poçt vasitəsi ilə daim danışırıq. İspaniyada görüşə bilsək, yenə söhbətləşəcəyik”.
Referi hakimlikdə fiziki və texniki hazırlıqla yanaşı, psixoloji məqamların da önəm kəsb etdiyini vurğulayıb: “Oyunu idarə etmək üçün beynin rahat olmalıdı. Çempionat oyunlarında bəzi narazılıqlar olur. Məsələn, oyunu idarə edirsən, hər şey yaxşıdı. Amma sonradan epizodların müzakirəsi gedir. Bir neçə epizod yığıb ortaya çıxarırlar və hakimliyi bərbad adlandırırlar. Amma bu belə deyil, futbolu epizodik müzakirə etmək olmaz. Biz FİFA və UEFA-nın təlimatlarına uyğun hakimlik edirik, kənara çıxmırıq. Məncə, hakimliyə epizodik yox, ümumi qiymət vermək lazımdı. Bəzən elə bir hal yaşanır ki, klub rəsmiləri özlərinə bəraət qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar. Uğursuzluğa görə cavab vermək üçün bütün məsuliyyəti hakimlərin üstünə atmaq olmaz. Bəli, hakim səhvləri olur, amma boş qapıya zərbə vura bilməmək mənim günahım deyil. Bəzən mübahisəli penalti qərarı qeydə alınır və əsas müzakirə obyektinə çevrilir. Məgər bütün oyun bir mübahisəli qərardan ibarətdi? Meydanda ən az səhv edən elə hakimdi. Düşünürəm ki, komandanın uğursuzluğunu hakimlərlə əlaqələndirmək düzgün deyil. Bəzən xarici ölkə liqalarında elə səhvlər görürük ki, bunu etmək həqiqətən də olmaz. Azərbaycanda kiçik epizodu faciəyə çevirən insanlar bəzən xarici ölkələrdəki həmin səhvə adi baxırlar. Bəli, hakim səhvləri müzakirə olunmalıdı, amma bu qədər yox. Kiçik məsələnin çox şişirdilməsi hakimlərin psixoloji durumuna pis təsir göstərir və səhvlər sıralanır. Ona görə də çalışmaq lazımdı ki, bir-birimizə dəstək olub Azərbaycan futbolunu inkişaf etdirək”.
MİRAĞA hazırladı
Haha. I woke up down today. You've cheeerd me up!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar