17 yan 18:09gundem

Çilingərin futbola gətirdiyi sex rəisi

Çilingərin futbola gətirdiyi sex rəisi
Füzuli Nəcəfov: “Ən böyük arzum…”
Sabah Füzuli Nəcəfov 60 yaşını tamamlayır. Nəcəfovu futbol camiəsi yaxşı tanıyır. O Regional Futbol Federasiyası İctimai Birliyinin aparıcı mütəxəssisi, Həvəskarlar Futbol Federasiyasının baş katibi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, futzal üzrə sabiq FİFA referisi, hakim-inspektordu. Dünən yubliyarla əlaqə saxlayıb söhbətləşdik, ölkə futbolunun problemlərindən danışdıq.
- Öncə sizi tərbik edirik, cansağlığı, uzun ömür arzulayırıq. Yubileyinizi xüsusi qeyd edəcəksiz?
- Təbrikə və xoş sözlərə görə çox sağ olun. Xüsusi qeyd etmək planımız var. Yanvarın 18-i axşam saatlarında futbol adamları ilə bir yerə yığışacağıq. Dostlarımızla, futbol ictimaiyyəti ilə birlikdə qeyd edəcəyik.
- İndiyəqədərki ad günlərinizdən ən yaddaqalanı hansı olub?
- Təmtəraqlı ad günü keçirməmişəm. Əsasən ailəmlə birlikdə qeyd etmişəm. Sadəcə, bu dəfə dostlar yığışdı, məsləhətləşdik və belə qərar verdik. Heç 50 illik yubileyi də xüsusi keçirməmişdim. Həmişə ailəmlə birgə olmağa üstünlük vermişəm.
- Geridə qalan 60 ili istədiyiniz kimi yaşamısız?
- Hər bir insanın həyatında eniş də olur, yüksəliş də. Bu qanundu. İnsan qarşısına çıxan problemləri həll etmək üçün yaşayır. Hər kəs kimi, mənim də həyatımda fərqli situasiyalar olub. Səhvsiz insan yoxdu. Çətin anlarda problemin öhdəsindən gəlməyə çalışmışıq.
- 60 ilin nə qədəri futbolla bağlıdı?
- Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişəm, mühəndisəm. 1981-ci ildə ali təhsilimi başa vurub işə başlamışam. Əvvəlcə “kiçik usta”, ardınca “böyük usta”, daha sonra isə sex rəisi olmuşam. Bakı Aqreqat İstehsalat Birliyində çalışırdım, hərbi zavoddu, Buzovnada yerləşir. O vaxt birbaşa Moskva Aviasiya Sənayesinə tabe idik, 7 min işçimiz var idi. Şəxsən özüm sex rəsi kimi 180 işçiyə rəhbərlik edirdim. 1982-ci ildən sizə də yaxşı tanış olan Vaqif Davudov mənim seximdə çilingər işləyib. O da gördü ki, məndə bu idman növünə maraq var. Uşaqlıqda hamımız futbol oynamışıq. Yevlaxın Xaldan kəndində anadan olmuşam, daha sonra Mingəçevirə köçmüşük, orta məktəbi də məhz bu şəhərdə oxumuşam. Mingəçevirdəki 10 saylı məktəb stadionun yanında yerləşir, arada hasar var. Məktəb birinciliyində oynamışıq, ümumiyyətlə, futbola maraq var. İndi kimisə dindirsən, çox az adam deyər ki, uşaqlıqda şahmat, dama oynamışam. Ancaq əksəriyyət futbol oynayıb. Rəhmətlik atam jurnalist olub. Məni özü ilə oyunlara aparırdı və deyirdi ki, məqalə yaz. Jurnalist kimi qeydlərimi aparırdım, “Mingəçevir işıqları” qəzetində məqalələrim çıxırdı. Kəsəsi, Davudov məndə bu həvəsi gördü. O da hakimlik edirdi. Futbola gəlməyimin səbəbkarı, müəllimim Davudov olub.
- İlk dəfə hansı oyunda hakim kimi iş başında olmusuz?
- İlk dəfə Orucəli Durmuşov, Vladimir Çikalin və mən Bakı birinciliyində oyun idarə etmişik. 1982-ci ilin aprelində baş tutub həmin oyun, ordan şəklimiz də var. Buzovnada keçirilən qarşılaşmada, səhv etmirəmsə, “İqlim”lə Alüminium Zavodunun komandası üz-üzə gəlirdi. Orda yan xətt hakimi idim. Lakin sonralar baş hakim kimi də oyunlara getmişəm. O vaxt bizim zavoddan çox hakim çıxmışdı. Səfər Haşımov, Vladimir Çikalin, Vaqif Davudov, daha sonralar İmanxan Sultani, Aleksandr Musatkin, Roman Vasilyevin adını çəkə bilərəm.
- Yevlaxda doğulub, Mingəçevirdə böyümüsüz. Vaxtilə iddialı komandaları olan bu rayonlarda indi futbol yox dərəcəsindədi. Bu məqam haqda nə deyə bilərsiz?
- Bu sualınıza bir məqamı qeyd etməklə cavab verim. 1999-cü ildə Futzal Federasiyasının mütəxəssisi idim, Ağarza Rzayev prezident, rəhmətlik Şamil Hüseynov isə vitse-prezident idi. Ondan öncəki 3 ildə isə futzal üzrə FİFA referisi olmuşam. Həmçinin 1997-98-ci illərdə ictimai əsaslarla AFFA Hakimlər Komitəsində təyinat bölməsinin sədri vəzifəsində çalışırdım. 2000-ci ildən isə Həvəskarlar Futbol Federasiyasında (HFF) fəaliyyətə başlamışam. Əvvəl bu qurumda mütəxəssis idim, sonra baş katibin müavini, daha sonra baş katib oldum. 2008-dən isə Regional Futbol Federasiyasiyası İctimai Birliyində aparıcı mütəxəssisəm. HFF-nin baş katibiyəm, hakim-inspektor kimi də fəaliyyət göstərirəm. Sözümü ora gətirirəm ki, Mingəçevirin “MTK-Ulduz” komandası həvəskarlarda oynayır, hətta çempion olub. Çempion olandan sonra o komandanı Krıma - turnirə aparmışdıq. Gücümüz çatan o olub ki, həvəskarlarda oynamalarına şərait yaradaq. Təəssüf ki, “Energetik” birinci divizionda iştirak etmir, Region Liqasındadılar. Mingəçevir Turizm Kollecinin komandası olan “MTK-Ulduz” isə həvəskarlar liqasında oynayacaq. Birinci divizionda və ya premyer-liqada oynamaq üçün maliyyə, stimul olmalıdı. Yevlaxın vaxtilə avrokuboklarda iştirak edən “Karvan”ı isə indi yoxdu.
- Hazırda ölkə futbolunun ümimi durumu, hakimliyin səviyyəsi sizi qane edir?
- Bildiyiniz kimi, 2008-ci ildə PFL yaradıldı. Ölkədə futbolla maraqlananların heç yuxusuna da girməzdi ki, biz nə vaxtsa ÇL-in və ya AL-in qrupunda oynayarıq. Bu bizə əlçatmaz bir xəyal kimi görünürdü. Kim nə deyir-desin, PFL yaranandan və həmin qurumun prezidenti Ramin Musayev olandan sonra klub səviyyəsində sözümüzü demişik. Bu danılmaz faktdı. Lakin futbolda ölkəni tanıtdıran millidi. Bu 60 ildə arzum o olub ki, yığmamız Avropa və ya dünya çempionatına vəsiqə qazansın. Nə qədər başqa ölkələrin millisinə azarkeşlik edəcəyik? Ölkə başçısı cənab İlham Əliyev idmana qayğı göstərir, diqqət ayırır. Tutaq ki, yığmamız mundiala vəsiqə qazanardı, Moskvada DÇ-nin açılışında bizim prezident Rusiya – Azərbaycan matçını Vladimir Putinlə birgə oturub izləyərdi. Bu mənim arzum idi.
- Qurban Qurbanovun yığmaya gəlməsi bu arzuların gerçəkləşəcəyinə işarədi?
- Artıq kimin nəyə gücü çatırsa, Qurban müəllimə kömək etməlidi. Hamı deyir ki, futbolu inkişaf etdirək. Ancaq konkret işə gələndə hamı kənara çəkilir. Qurbanovun işi çox çətin olacaq. Sanki bizdə futbolçu nəsilləri arasında uçurum yaranıb. Bu gün oyunçu seçiminin olmaması Qurban müəllimə çətinlik yaradacaq. Aşağıdan gəlmir. Əvvəlki futbolçu nəsli ilə indiki arasında ciddi fərq var.
- Bəs indiki hakimliyin səviyyəsi haqda bir hakim-inspektor kimi nə deyə bilərsiz?
- Ümumiyyətlə, Azərbaycanda hakimlik məktəbi var. Tofiq Bəhramov, Eldar Əzimzadə öz möhürlərini vurublar. İndiki nəsil də inkişaf etməkdədi. Avropa çempionatlarını izləyirik. Orda elə kobud səhvlərə yol verirlər ki, bizim hakimlərə baxıb min dəfə şükür edirik. Bir məqamı qeyd edim. Hakimlərimiz yanvarın 20-də Türkiyəyə yollanacaq. Onlara güclü psixoloq lazımdı. Bizim hakimlər psixoloji cəhətdən “axsayırlar”. Təlim-məşq toplanışında müəyyən sayda oyunlar idarə edirlər. Ancaq yoldaşlıq oyunları ilə rəsmi matçlar bir-birindən fərqlənir. Hakimlərimiz oyun qaydalarını mükəmməl bilir, fiziki cəhətdən də hazırlıqlıdılar. Çatışmayan yeganə cəhət psixologiyadı. Bu üzdən güclü psixoloq lazımdı ki, onlarla işləsin. Ölkəmizdə də belə mütəxəssislər çoxdu.
- Növbəti yubileyinizə kimi özünüzə və ölkə futboluna nə arzulayardız?
- İnsan özünə nə arzulayar? Cansağlığı və dostlarının sayının artmasını. Futbolda isə ən böyük arzum prezidentimizin AÇ və ya DÇ-nin final mərhələsində yığmamızın oyununu izləməsidi. Qətərdə keçiriləcək mundialda belə olmasını arzulayıram. Biz də baxıb fərəhlənərik. Onda bilərik ki, biz futbolda nəyəsə nail olduq, uzun illər bu idman növündə göstərdiyimiz xidmətin bəhrəsini gördük.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar