16 yan 15:56gundem

“Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi

“Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi
Qriqorçuk braziliyalı yarımmüdafiəçini bəyənmədi
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığı Türkiyədə davam etdirir. “Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini yaşıl meydanda gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.
“Atırau” imtina etdi
“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Dünən “qırmızı-qaralar” ikinci yoxlama oyununu keçirməliydi. Ancaq “Atırau” bu görüşdən imtina etdiyindən bölgə təmsilçisi səhər fitnes, axşam toplu çalışmalarla günü yola verib. İmtinanın səbəbini aydınlaşdırmaq üçün əvvəlcə Qazaxıstan klubunun saytına göz gəzdirdik. “Qəbələ” ilə yoxlama oyununun keçiriləcəyi haqda son xəbər yanvarın 10-na təsadüf edir. Ancaq portalda qarşılaşmadan imtina ilə bağlı informasiyaya rast gəlmədik. Bu üzdən imtinanın səbəbini “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlıdan öyrəndik: “Atırau” yeni baş məşqçiyə - Vahid Məsudova həvalə olunub. O isə Antalyaya iki gün əvvəl gəlib. Mütəxəssis komandasının hazırlıq proqramını dəyişdiyindən bizimlə matçdan imtina etdilər”.
Braziliyalı göndərildi
“Qəbələ”nin yanvarın 10-da ilk yoxlama oyununu “Akhisarspor”a qarşı keçirdiyini bilirsiz. 1:1 hesabıyla başa çatan görüşdə qırmızı-qara formada Kalke Vercilio da meydana çıxmışdı. Baxışda olan braziliyalı yanvarın 5-dən düşərgədə idi. Roman Qriqorçuk gənc “sambaçı”nın səviyyəsindən razı qalmayıb. Bü üzdən hücumameyilli yarımmüdafiəçi dünən yola salınıb.
Dion Malone Bələkdəki ilk oyunu gözləyir
Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən “Qəbələ”nin futbolçusu Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir. 29 yaşlı müdafiəçi “Qəbələ” TV-yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir. O, yanvarın 22-dən komanda ilə birgə çalışacağına ümid edir: “8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, yanvarın 21-22-də məşqlərdə kollektivə qoşulacam və Bələk toplanışı zamanı baş tutacaq ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm”.
Təmkin Xəlilzadə “tez-bazar”a düşdü
“Qəbələ” TV komandanın yoxlama oyunlarını canlı nümayiş etdirməsə də, icmalları hazırlayır. Bundan başqa, müxtəlif layihələr həyata keçirilir ki, bunlardan da biri ötən ildən mövcud olan “tez-bazar”dı. Burda konkret suala lakonik cavab verilməsi tələb olunur. Bu il ilk obyektivə düşən yeni transfer Təmkin Xəlilzadə olub.
- Azarkeşlik etdiyin klub?
- “Barselona”. Çünki çox baxımlı futbol oynayır.
- Ən çox bəyəndiyin futbolçu?
- Leonel Messi. O, dünya futbol tarixinin ən yaxşılarından biridi.
- Qol vurmaq istədiyin qapıçı?
- Co Hart. Çox yaxşı qapıçıdı. Onu məyus etmək istərdim.
- Sevdiyin ölkə və şəhər?
- Sevdiyim ölkə İtaliya, şəhər isə onun paytaxtı Romadı.
- Ən çox sevdiyin yemək?
- Badımcan dolması.
- Ən çox sevdiyin müğənni?
- Röya. Onun “Səninəm” mahnısını çox bəyənirəm.
- Ən çox sevdiyin film?
- “Axırıncı aşırım”. Bu filmin ən çox sevdiyim səhnəsi Abbasqulu bəyin Qəmloya “evin kişisini soruşarlar” dediyi hissədi.
- Ən yaddaqalan oyunun və qolun?
- Millinin heyətində Almaniyaya qarşı keçirdiyim oyunu uzun müddət unutmayacam. Ən çox xoşladığım qol isə Yevlaxda “Kəpəz”ə vurduğum ilk qoldu.
- Ən yaxın komanda yoldaşın?
- Elvin Camalovla bütün günü bir yerdəyik. Məşqdə də, yeməkdə də vaxtımızı birgə keçiririk.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Bu gün, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Bu gün, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Bu gün, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Bu gün, 18:18 Malta ayağımızın altını qazdı Bu gün, 18:15 Haşımov Bebeki bəyənib Bu gün, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Bu gün, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Bu gün, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Bu gün, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Bu gün, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 18:04 Həftənin idman proqramı Bu gün, 18:03 Xal itirməyən iki komanda qaldı Bu gün, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Bu gün, 18:00 Yaxşı ki “Səbail” var… Bu gün, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Bu gün, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Bu gün, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Bu gün, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Bu gün, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar