11 yan 21:41gundem

Veteranlar bu gün Fuad Musayevin qəbrini ziyarət edəcək

Veteranlar bu gün Fuad Musayevin qəbrini ziyarət edəcək
Çingiz İsmayılov: “O diktator yox, tələbkar idi...”
Yaşasaydı, bu gün 80 illik yubileyini qeyd edəcəkdi. Söhbət AFFA-nın birinci prezidenti, ötən ilin iyununda dünyasını dəyişən Fuad Musayevdən gedir. Bu günə kimi onun haqda çox yazılıb, çox danışılıb. Ancaq heç şübhəsiz, onu yaxından tanıyanlar rəhmətlik haqda daha dolğun məlumata sahibdi. Belə insanlardan biri də Çingiz İsmayılovdu. Dünən veteran futbolçu, təqaüddə olan jurnalist, sabiq futbol funksioneri ilə əlaqə saxlayıb, Musayevlə bağlı xatirələrini bölüşməsini istədik: “Fuad Musayevlə uşaqlığım bir yerdə keçib. Biz Lermontov küçəsində yaşayırdıq, o isə bir tin yuxarıda qalırdı. Aramızda 3 yaş fərq olsa da, demək olar ki, bir yerdə böyümüşük. Müharibə dövrünün uşaqları olduğumuzdan kiçik yaşlarımızdan çox çətinliklərlə qarşılaşmışıq. Problemlərə baxmayaraq, heç vaxt idmanı yaddan çıxarmamışıq. Daim məhəllə futbolunda rəqib olardıq. Musayevin qaldığı küçədə yaxşı idmançı uşaqlar var idi. Fuad uşaq vaxtı da cığal idi, çünki heç vaxt uduzmağı xoşlamazdı. Rəhmətlik futbolla yanaşı, voleybol da oynayırdı. Hətta məktəblilərin ümumrespublika spartakiadasında onun çıxış etdiyi məktəbin komandası qalib adını qazanmışdı. Voleybolu çox sevdiyindən hazırda qadınlardan ibarət milimizin baş məşqçisi Faiq Qarayevə daim dəstək olub. Keçmiş Politexnik İnstitutunu bitirdikədən sonra Evtikmə Kombinatında prorab kimi əmək fəaliyyətinə başlasa da, çox keçmədən yüksək vəzifələrə təyin olundu. Bu da onun işgüzarlığından irəli gəlirdi. İstər Nazirlər Kabinetində, istərsə də Bakı şəhərinin birinci katibi işlədiyi illərdə daim ölkə futboluna, xüsusilə də “Neftçi”yə diqqət ayırır, komandanın uğur qazanması üçün əlindən gələni edirdi. Mənim “Neftçi”yə rəis təyin olunmağım da birbaşa onun göstərişi əsasında baş tutmuşdu”.
Çingiz bəy tarixə AFFA-nın ilk prezidenti kimi düşən Musayevlə bağlı bunları da söyləməyi unutmadı: “Bəziləri deyir ki, Fuad müəllim diktatordu. Xeyr, o heç vaxt diktator olmayıb, sadəcə, tələbkar idi. Bu da müəyyən insanların, işləməyi xoşlamayan kəslərin xoşuna gəlmirdi. Musayev AFFA-nın prezidenti kimi tarixə düşüb. O bu vəzifəyə keçəndə ətrafına ancaq futbol adamlarını topladı. Düzdü, sonradan bəziləri ona qarşı çıxdı, ayağının altını qazmağa başladı. Buna baxmayaraq, o heç vaxt həmin şəxslərlə birgə çalışdığına görə peşman olduğunu dilə gətirmədi”.
Çingiz bəy rəhmətliklə bağlı bir xatirəni bölüşməyi lazım bildi: “Bir dəfə məni yanına çağırıb “Çingiz, UEFA bizə pul ayıracaq. Necə düşünürsən, həmin vəsaitə AFFA-ya yeni bina tiksək, yaxşı olar, yoxsa stadion inşa etdirək” sualı verdi. Ardınca da cavabımı gözləmədən “ən yaxşısı stadiondu, binanı sonra da tikə bilərik. Əsas odu, millinin bazası olsun” söylədi. Əslində mən də eyni fikirləri səsləndirəcəkdim. Bu fakt bir daha göstərir ki, Musayev özünün rahatlığından çox yığmanı düşünürdü. Və beləcə o vaxt “Şəfa” inşa olundu. Rəhmətliyin UEFA rəhbərliyinin yanında da hörməti böyük idi. Ona həmişə xüsusi hörmət-izzət göstərirdilər. Allah ona rəhmət eləsin. Azərbaycan futbolu üçün çox işlər gördü. Sabah (bu gün) bir neçə veteranla birgə məzarını ziyarət edəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Bütün xəbərlər
Ən çox oxunanlar