22 yan 12:20gundem

“Bakı” həvəskarlar liqasında məğlubiyyətsiz irəliləyir

“Bakı” həvəskarlar liqasında məğlubiyyətsiz irəliləyir
Novruz Əzimov: “Hər şeyə real yanaşmaq, həyatda nikbin olmaq lazımdı”

Bir neçə il öncə kimsə desəydi ki, ölkənin ən imkanlı klublarından biri olan, gözəl infrastruktura malik “Bakı” 2016/17 mövsümündə həvəskarlar liqasında çıxış edəcək, həmin adamı ən yaxşı halda dəli sayar, cəmiyyətdən təcrid edərdilər. Ancaq necə deyərlər, hər aşiqin öz dövranı var. Birvaxtlar yerli və əcnəbi futbolçulara kisə ilə məvacib verən, dünya səviyyəli məşqçiləri “sükan arxasına” gətirən və ən nəhayət, tarixi ərzində 2 dəfə çempion olan, 3 dəfə ölkə kubokuna sahıb çıxan “zolaqlılar” bu gün həvəskarlar arasında ölkə çempionatının Abşeron zonasında mübarizə aparır. Ölkənin ən titullu klublarından birinin bu gün hansı durumda olduğunu, çıxış etdiyi liqada hansı nəticələrə imza atdığını bilmək üçün “Bakı”nın baş məşqçisi Novruz Əzimovu aradıq. İllər boyunca çalışdığı kluba sadiqlik nümayiş etdirən azsaylı mütəxəssislərdən olan Novruz bəy yenə nikbindi. Və inanır ki, yaxın vaxtlarda “zolaqlılar” yenidən ölkə futbolunda aparıcı klublardan biri olmağı bacaracaq.
- Bu gün həvəskarlar liqasında mübarizə aparan “Bakı”da vəziyyət necədi?
- Necə deyərlər, buna da şükür. Bu günə kimi həvəskarlar liqasında 5 tur arxada qalıb. 4 görüşdə qalib gəlib, birində heç-heçə oynamışıq. Düşərgədə ümumi vəziyyət normaldı. Futbolçular az da olsa, vaxtında maaşlarını alırlar. Elə məşqçilər korpusu da. Yetirmələrimiz arasında müxtəlif rayonlardan olanlar var ki, onların məskunlaşması və qidalanmasında da problem yoxdu.
- Hazırda “Bakı”nın büdcəsi nə qədərdi?
- Bununla bağlı mən sizə dəqiq nəsə deyə bilmərəm. Yaxşı olardı ki, bu sualı Yaşar Seyidova verin. Yalnız onu bildirim ki, bazanın, meydançaların saxlanılmasına, kommunal xərclərə daha çox vəsait sərf olunur. Son oyunumuzu əsas meydanda keçirdik. Ot örtüyü hazırda ideal vəziyyətdədi. Təbii örtüyü yüksək səviyyədə saxlamaq, ona aqrotexniki qulluq göstərmək yetərincə maliyyə tələb edir. Hələ suvarmaya və mineral gübrələrə xərclənən pulları demirəm.
- Yəqin ki, heyətdə yer alanlar “Bakı”nın öz yetirmələridi...
- Böyük əsksəriyyəti öz “şinelimizdən çıxanlardı”. Aralarında Bakıda yaşayan, ancaq bizim yetirməmiz olmayanlar da var. Lakin onların sayı o qədər də çox deyil. Özləri bizə müraciət ediblər ki, “Bakı”da oynamaq istəyirik. Biz də seçimlərdən sonra daha layiqlilərini rənqlərimizə bağlamışıq.
- Həvəskarlar liqası haqda o qədər də geniş məlumatımız yoxdu. Mümkünsə, orda çıxış edən klublar, futbolçular haqda fikir bildirərdiz. Təşkilatı məsələlər necə tənzimlənir?
- Bizim zonada 14 komanda çıxış edir. Ümumilikdə birinci dəstə ilə həvəskar liqa arasında o qədər də böyük fərq yoxdu. Məsələn, sonuncu turda qarşılaşdığımız “Tufan” çox asanlıqla bu gün birinci divizionda çıxış edə bilər. Bildiyimə görə, bu komanda növbəti mövsümdən aşağı dəstədə çıxış etmək niyyətindədi, heyətində perspektivli futbolçular var.
- Hazırda həvəskarlar liqasında futbol ictimaiyyətinə tanış simalardan kimlər çalışır və yaxud top qovur?
- “Tufan”ın baş məşqçisi Samir Quliyev vaxtilə bizim və başqa klubların şərəfini qoruyub. O Əziz Quliyevin qardaşıdı. O biri komandalarda isə birvaxtlar müxtəlif yaş qrupları üzrə yığmalara cəlb olunan, lakin sonradan irəli gedə bilməyən yetərincə oyuçu var. Bir sözlə, maraqlı, hər xal uğrunda gərgin mübarizənin getdiyi liqadı. Zona yarışları başa çatdıqdan sonra bizi pley-off qarşılaşmaları gözləyəcək. Orda artıq müxtəlif bölgələrin təmsilçiləri ilə üz-üzə gələcəyik.
- Uzun illər həm futbolçu, həm də məşqçi kimi yüksək səviyyə görmüş biri kimi bu gün həvəskarlar liqasında çalışmaq sizə ağır gəlmir? Hər halda, nə qədər tərifləsəz də, etiraf edin ki, bu həna o hənadan deyil.
- Nə demək istədiyinizi anladım. Ancaq hər şeyə real yanaşmaq, həyatda nikbin olmaq lazımdı. Bəli, bir neçə il öncə bizim şəraitimiz yüksək, pulumuz isə çox idi. “Bakı” hər mövsüm premyer-liqanın iddialılarından biri və hətta deyərdim ki, birincisi idi. Bu illər ərzində düşərgəyə neçə-neçə səviyyəli futbolçu cəlb olunmuşdu. Lakin məlum problemlər səbəbindən bu gün həvəskarlar arasında çıxış edirik. Buna baxmayaraq, ümid edirəm ki, tezliklə Hafiz Məmmədov “Bakı”nı yenidən dirçəldəcək və biz əvvəlki kimi elitada medallar uğrunda mübarizə aparacağıq. Hər zaman bunun arzusu ilə yaşayır, buna ümid edirəm. Hafiz müəllimin futbola sevgisi hamıya məlumdu. Elə bir şəxs heç vaxt imkan verməz ki, illər boyunca qurub-yaratdığı klub səsiz-səmirsiz tarixin yaddaşına köçsün. Bildiyim qədər artıq işləri tədricən düzəlməyə başlayıb. O vətənini sevən, hər zaman onun uğuru üçün əlindən gələni etməyə hazır olan vətənpərvər insandı. Belə şəxslər isə heç vaxt asanlıqla geri çəkilməyi xoşlamırlar.
- “Bakı”nın ağır günlərində bir çoxları klubdan ayrılsa da, bir neçə nəfər sona qədər klubda qalmağa üstünlük verdi ki, onlardan biri də sizsiz. Bu arada başqa klublardan iş təklifi aldız?
- Konkret hansısa klubun adını çəkə bilmərəm. Bəzən olurdu, deyirdilər ki, filan yerdən səninlə maraqlanır, iş təklif etmək istəyirlər. Ancaq hamıya bildirmişəm ki, “Bakı”nı tərk etmək fikrim yoxdu. Nə qədər bu klub yaşayacaq, mən də burda olacam.
- 2016-cı il birvaxtlar çiyin-çiyinə top qovduğunuz, indi də yaxından dostluq etdiyiniz Mehman Allahverdiyev üçün də düşərli olmadı. Hazırda futboldan kənarda qalan Mehman bəylə görüşürsüz?
- Doğrudan da Mehman kimi ürəyi futbolla döyünən birinin hazırda işsiz qalması çox pisdi. Onun Gəncə futbolu üçün nələr etdiyini bilməyən yoxdu. Məncə, ona qarşı haqsızlıq edilib. “Kəpəz”i 3 dəfə çempion, 4 dəfə ölkə kubokunun qalibi edən mütəxəssis işsiz qalmamalı, yenidən sevdiyi sahəyə dönməlidi. O həm də gözəl təşkilatçıdı. Niyə bizdə çox vaxt işi bilənləri kənarda saxlayırlar, hələ də başa düşə bilmirəm. Onunla, demək olar ki, hər gün telefonla danışır, ürəyimizi boşaldırıq. Son iki ayda bir dəfə görüşmüşük. Dost kimi onun xətri mənim üçün həmişə əzizdi və belə də olacaq. Mehmangüclü futbol savadına malik olduğu kimi, dostluğa da dəyər verməyi, onu qiymətləndirməyi bacaran nadir şəxslərdən biridi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar