05 yan 22:24gundem

Yunis Hüseynov səkkizini qovdu, üçünü əvəzedicilərə göndərdi

Yunis Hüseynov səkkizini qovdu, üçünü əvəzedicilərə göndərdi
“Kərim oyun planıma uyğun gəlmirdi”
2018-in ilk “bombasını partladan” “Kəpəz”, dəqiq desək, Yunis Hüseynov oldu. Mövsümün gedişində Şahin Diniyevin yerinə baş məşqçi postuna gətirilən təcrübəli mütəxəssisin “təmizlik” əməliyyatına əl atacağı gözlənilən idi. Sonuncu yerdə gedən komandaya yeni nəfəs, yeni qan lazımdı. Hələ dekabrın ortalarında üç legionerlə yollar ayrıldı. Viktor Laki, Samba Diallo və Mansur Alacinin çempionatın ikinci yarısında sarı-göy formanı geyməyəcəyi dəqiqələşəndən sonra daha bir neçə yerli futbolçunun göndəriləcəyi məlum idi. Lakin sayın 8 olacağı heç kimin ağlına gəlməzdi.
Yanvarın 2-də klub saytında qarşılıqlı razılıq əsasında yola salınan futbolçuların adları yerləşdirildi. Bunlar Ruzi Qiyaslı, Azər Məmmədov, Aydın Qasımov, Azad Kərimov, Sergey Çernışev, Məhəmməd Qurbanov, Novruz Məmmədov və Kərim Diniyevdi. İlk 5 nəfərlə məsələ məlumdu. Onsuz da əsas heyət üzvü sayılmırdılar. Yunis bəyin onları yola salması təəccüblü deyil. Məhəmməd öz istəyi ilə “Kəpəz”i tərk edib. Kərimlə Novruza qapının göstərilməsi isə...
Hər ikisi əsas heyətin əvəzolunmaz adları sayılırdı. Deyək ki, Novruzun bacarığı, ya da xasiyyəti baş məşqçinin xoşuna gəlmir. Və ya oynatmaq istədiyi futbola uyğun deyil. Bəs Kərim Diniyev? 2015-in yayından Gəncə təmsilçinin şərəfini qoruyan və bü müddətdə komandasına yaxşı mənada fayda verən Diniyev oyunu və vurduğu qollarla “Kəpəz”in dirəyi sayılırdı. Təkcə bir faktı – dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçunun cari mövsümdə 4 qola imza atmaqla komandasının ən sərrast oyunçusu olduğunu xatırlatmaq kifayətdi. Üstəlik, yayda Elxan Abdullayevin onu “Neftçi”də görmək təklifinə “yox” deyərək “Kəpəz”də qalmışdı. Amma futbolda belə hallara az rast gəlməmişik. Əvvəlki baş məşqçi Şahin Diniyev olubsa, yeni çalışdırıcının oğul Diniyevi komandasında görmək istəməməsi normaldı. “Daxili ab-hava korlanar, Kərim əvvəlkitək oynamaz” kimi fikirlər azərbaycanlı məşqçilər üçün dəyişməz ehtimal olub.
Yunis bəy Kərimlə bağlı verdiyi qərara belə münasibət bildirdi: “Baş məşqçi mənəm və verilən qərarlar da mənə məxsusdu. Hər məşqçinin öz oyun planı və həmin plana uyğun gələn futbolçuları olur. Kərim mənim oyun planıma uyğun gəlmirdi. Yeganə səbəb budu. Başqa heç bir səbəb ola bilməz. Şahin Diniyev? Şahin müəllimlə münasibətimiz yaxşıdı. Belə də qalacaq. O da təcrübəli məşqçidi, yəqin ki, məni başa düşür. Sizdən xahiş edirəm, fikirləri başqa səmtə yönəltməyin. Kərimə isə gələcək karyerasında uğurlar arzulayıram. Tərbiyəli, böyük-kiçik yerini bilən, çalışqan futbolçudu. Allah qoysa, üz tutacağı komandada daha da uğurlu olar”.
Dünən səhər saatlarında isə daha üç futbolçunun Yunis Hüseynova lazım olmadığı üzə çıxdı. Klub saytının yaydığı xəbərdə Əli Səmədov, Fərid Məmmədov və Əli Əliyevin bundan sonra “Kəpəz”in əvəzedici komandasına kömək edəcəyi bildirilib. Hər üç oyunçu ara-sıra əsas komandanın hazırlıq proseslərinə qoşulacaq, bəzən oyunlarda iştirak edəcəklər. Ümumilikdə isə əvəzedicilərə aid olacaqlar.
Bütün bunlardan sonra Hüseynovun qış fasiləsində 14 futbolçu ilə yolların ayrılmasına qərar verdiyi üzə çıxır. Fasilə dönəmində olduqca ciddi islahatdı. Komanda yaxın günlərdə toplanışa start verəcək ki, yalnız 4 futbolçu ilə razılıq əldə olunub: Samir Zərgərov, Murad Səttarlı, Roman Hüseynov və Tərzin Cahangirov. Deməli, azı 7-8 futbolçu da cəlb olunmalıdı. Mətbuatda yazılanlara inansaq, Hüseynov vaxtilə “Xəzər Lənkəran”la “Zirə”də oynamış Dieqo Souzanın xidmətində maraqlıdı. Bundan başqa, vaxtilə ölkəmizdə legioner həyatı yaşamış daha bir neçə nəfərin “Kəpəz”də peyda olacağı istisna deyil.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar