05 yan 21:34gundem

Alesio medianın marağını qabartdı

Alesio medianın marağını qabartdı
“Komandadan ayrılan futzalçıların yerini mütləq doldurmalıyıq”
Futzal üzrə yüksək liqada mövsüm yarılanıb və komandalar hazırda istirahətdədi. Mövsümün ikinci yarısına fevralın 15-də start veriləcək. Hazırlığa birinci “Araz” başlayacaq. Joze Alesio da Silvanın yetirmələri bu həftəsonu məşqləri bərpa edəcək.
Bu arada Alesio Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Braziliyalı mütəxəssis həm iki dövrəni təhlil edib, həm də “Araz”la yığmanın qarşıdakı planlarından danışıb.
- Başa çatan iki dövrə ilə bağlı qeydlərinizi öyrənmək istərdik.
- Yüksək liqada bu mövsüm çox maraqlı, gərgin oyunlar keçir. Xüsusilə də çempionata yeni qoşulan komandalar iddialı gəliblər və marağı artırıblar. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandaların hər biri çempion olmağa real namizəddi. Baxmayaraq ki, qış fasiləsinə “Araz” zirvədə yollandı və xal fərqini bir qədər artırdı. Qarşıda hələ 2 dövrə var və bu o deməkdi ki, komandalar bir-biriylə 2 dəfə üz-üzə gələcək. Bu oyunlarda qeydə alınacaq nəticələr xal fərqinin azalmasına, müəyyən dəyişikliyə gətirib çıxara bilər. Cari mövsümdə məni sevindirən məqamlardan biri də medianın çempionata marağının artmasıdı. Artıq hər tur mərkəzi oyun “CBC Sport” telekanalında canlı yayınlanır. Hətta bəzi oyunlar canlı yayından əlavə, digər günlərdə təkrar da göstərilir. Mətbuatda nəticələr və turun təqvimi ilə bağlı xəbərləri oxumaq mümkündü. Təbii ki, bu da futzala marağın artmasına kömək edir. Yeri gəlmişkən, artıq 17 yaşadək futzalçılardan ibarət millinin bazası əsasında yaradılan komanda birinci liqada iştirak edir. Həmin komandada mütəmadi seleksiya işləri aparılacaq və gələcəkdə milliyə layiqli namizədlər toplaşacaq. Bu sadaladıqlarım cari mövsümdə görülən müsbət işlərdi.
- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcək?
- Kimin gedəcəyini və kimlərlə yolumuza davam edəcəyimizi müəyyənləşdirmişik. Yayda cəlb edilən Maykon, Qabriel və Vilela komandadan ayrılıb. Bildiyimə görə, Maykon Malta klubuna keçib. Çünki ona bu ölkənin komandasından dəvət var idi. Vilela da başqa klubdan təklif alıb (artq müqavilə imzalayıb - red.). O, karyerasını yaya qədər Braziliyada davam etdirəcək. Övladı dünyaya gəldiyi üçün bu qərarı qəbul edib. Qabrielin də başqa komandadan dəvəti var. Təbii ki, komandadan ayrılan futzalçıların yerini mütləq şəkildə doldurmalıyıq. Çempionata “Yasamal”ın heyətində başlayan Rza Toloyi bir müddətdi bizimlə birgə məşq edir. Onu məşq prosesinə cəlb etməkdə məqsədim “Araz”ın oyunçularının arasında özünü necə göstərməsini izləməkdi. “Yasamal”da oynayan zaman çıxışını diqqətdə saxlayırdım, meydanı görmək, dərhal qərar vermək qabiliyyəti var. Yenə deyirəm, güclülərin arasında da onu yoxlamaq istədim. Üstəlik, heç bir klubla müqaviləsi yoxdu, azad agentdi. Onunla bağlı qərarımızı fasilə bitdikdən sonra verəcəyik. Bir yerli oyunçunu da gözaltı etmişəm. Onun transferini həll etməyə çalışacağıq. İndi adını çəkmirəm, çünki klubu ilə razılıq əldə etməliyik. Bu futzalçılardan başqa daha bir müdafiəçi transfer edəcəyik. Çünki arxa xətdə oynayacaq futzalçımız azdı.
- Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi? Komanda nə vaxt məşqləri bərpa edəcək?
- Qış fasiləsini Bakıda keçirəcəyik. Yanvarın 6-sı və ya 7-də məşqləri bərpa edəcəyik. Ənənəvi olaraq, toplanışa fiziki hazırlıqla başlayacağıq. Fiziki hazırlıq dövründə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan istifadə edəcəyik. Məşqlərimizin bir qismini isə Bakı İdman Sarayında keçəcəyik. Hazırlıq prosesinin bir hissəsi millinin toplanışı ilə üst-üstə düşəcək. Onda “Araz”ın oyunçularının milli ilə birgə məşqlər keçməsinə çalışacağıq. Ümumiyyətlə, qış hazırlığından çox şey asılı olacaq. Kim fasilədən yaxşı istifadə edə bilsə, ikinci yarıda bunun faydasını görəcək.
- Arxada qalan iki dövrənin birinci və ikinci “dördlüy”ünə kimləri daxil edərdiz?
- Mən oyunları həm də millinin baş məşqçisi kimi izləyirəm və diqqətimi cəlb edən oyunçuları nəzarətdə saxlayıram. Qış fasiləsinə qədər mənim üçün ən yaxşı “5-lik” qapıda Rövşən Hüseynli, müdafiədə Rizvan Fərzəliyev və Eduardo, hücumda isə Maykon və Vileladan ibarətdi. İkinci “5-liy”im tam yerli oyunçulardan qurulub və “Ekol”un üzvləri üstünlük təşkil edir. Qapıda Emin Kürdovu görürəm. Çempionatın bombardiri Renat Sultanov, Ramiz Çovdarov, Samir Həmzəyev və Namiq Məmmədkərimova isə meydan oyunçuları kimi şans verirəm.
MİRAĞA hazırladı

Yeri gəlmişkən...
Qış fasiləsində “Araz”dan ayrılan 3 legionerdən ikisinin klubsuz günləri çox çəkmədi. Naxçıvan təmsilçisi UEFA kubokundakı uğursuzluqdan sonra Qabriel, Maykon və Vilelanın “qələmini qırmışdı”. Çempionatda uğurlu oynamalarına və yığma ilə İsfahan turnirində qənaətbəxş çıxış etmələrinə, həmçinin baş məşqçi Joze Alesio da Silvanın həmyerlilərinə qahmar çıxmasına baxmayaraq, Zaur Axundov onları bağışlamadı. Qış fasiləsi yaranan kimi dərhal göndərilən legionerlərdən Maykon karyerasını Maltada davam etdirəcək. Braziliyalı hücumçu Malta çempionu “Lüksol St Andreus” klubu ilə anlaşıb. Onun bu komandaya yollanması təsadüfi deyil. Belə ki, “Lüksol St Andreus” ötən ilin oktyabrında keçirilən UEFA kubokunun qrup mərhələsi çərçivəsində “Araz”ın rəqiblərindən biri idi. Təmsilçimizin 6:4 hesabı ilə qalib gəldiyi oyunda Maykon 4 qol vurmuşdu. Həmin turnirdə braziliyalının daha 2 dəfə fərqlənməsi, göründüyü kimi, Malta təmsilçisinin məşqçilərinin diqqətindən yayınmayıb. Qeyd edək ki, yayda “Araz”ın heyətinə cəlb edilən Maykon yüksək liqada 12 oyun keçirmiş və rəqib qapılarına 9 top vurmuşdu.
Cari mövsümün yarısını “Araz”da keçirən Vilela isə karyerasını vətənində davam etdirəcək. Belə ki, o, yeni ilin ilk günlərində “Kopaqril”lə anlaşıb. Vilela bu ilin iyununa qədər müqavilə imzalayıb. Qısamüddətli anlaşmanın səbəbi futzalçının ailə problem ilə bağlıdı. Onun övladı dünyaya gəlib. O, yayda yenidən legioner həyatı yaşaya bilər. Hər halda, İranda keçirilən beynəlxalq turnirdə “stolba”nın çıxışı “Kayrat”ın seleksiyaçılarının diqqətini də cəlb etmişdi. Buna görə də onun yayda Qazaxıstan çempionunun heyətinə keçəcəyi istisna deyil. Qeyd edək ki, “Araz”ın heyətində yüksək liqada 12, UEFA kubokunda isə 3 oyunda forma geyən Vilela 9 (müvafiq olaraq, 7 və 2) qol vurub. O, millinin heyətində İranda keçirilən turnirdə isə 3 oyuna çıxıb və rəqib torunu 3 dəfə silkələyib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar