27 dek 20:40gundem

Rauf Əliyev Zaur Axundova mesaj göndərib

Rauf Əliyev Zaur Axundova mesaj göndərib
“Onu axtarmıram, belə bir fikrim də yoxdu”
İki aydı haqqında danışılan Yuri Maksimovun təyinatı, nəhayət, dünən rəsmiləşdi. Bundan sonra “Keşlə”nin nəticələrinə Ramiz Məmmədov yox, məhz ukraynalı mütəxəssis cavabdehlik daşıyacaq. Yeni baş məşqçi gəlibsə, transfer çalışmaları bir az da sürətlənməlidi. Çempionatın ilk yarısı başa çatandan sonra altı futbolçu ilə yollar ayrılıb ki, onların yerinə yenilərin cəlb olunması qaçılmazdı. Üstəlik, mövsümün sonuna qədər anlaşılan Maksimovun qarşısına hədəf də qoyulub. Dünən klubdaxili toplantıdan sonra “qırmızılar”ın Müşahidə Şurasının sədri Zaur Axundovla əlaqə saxlayıb, gündəmlə bağlı aktual suallara cavab tapmağa çalışdıq.
- Yeni baş məşqçinin təyinatı münasibətiylə təbrik edir, gələcək oyunlarda uğurlar arzulayırıq.
- Çox sağ olun, Allah razı olsun. Diqqətinizə görə minnətdaram.
- Sizi daha çox futzaldakı fəaliyyətinizə görə tanıyırıq. Həmin idman növündə güvəndiyiniz məşqçilər braziliyalı və ispaniyalılar olub. Bu dəfə fərqli məkana – Ukraynaya müraciət etməli olduz. Nə ilə bağlıydı?
- Yuri Vilyeviç təcrübəli mütəxəssisdi. Üstəlik, 49 yaşı var, enerjili, həvəslidi. İndiyə qədər çalışdırdığı klublarda az-çox nəticə qazanmağı bacarıb. Düzdü, İspaniyadan, Belarusdan, Avropanın digər ölkələrindən başqa namizədlər də var idi. Lakin götür-qoy edəndən, klubdaxili müzakirələr aparandan sonra Maksimov variantına üstünlük verdik. Nə dərəcədə doğru addım atmışıq, bunu zaman göstərəcək.
- Şəxsən tanıdığınız biridi?
- Xeyr-xeyr, tanışlığımız yox idi. Agentlərin vasitəçiliyi ilə tanıyandan sonra araşdırma apardıq. Son bir-iki aya qədər onu şəxsən tanımırdım. Televizorda görmüşdüm (gülür).
- Bildiyimə görə, Maksimovun təyinatı AFFA-da çalışanların məsləhəti əsasında gerçəkləşib.
- Boş söhbətdi. AFFA-nın bu məsələyə aidiyyatı yoxdu. Sırf şəxsi kanallarım vasitəsi ilə tapmışam.
- Qarşısına hansı hədəf qoyuldu?
- Bilirəm, ağır olacaq. Baş məşqçi yeni gəlib, futbolçuların çoxu ilə yollar ayrılıb və onların əvəzinə yenilər gələcək. Lakin yenə də əvvəlki hədəfimizdən əl çəkmirik. Məqsəd avrokuboklara vəsiqə qazanmaqdı. Ya çempionatda 4-cü yeri tutmalıyıq, ya da kuboku əldə etməliyik. Yarımfinaldakı rəqibimiz “Sumqayıt” son vaxtlar baxımlı futbolla nəticə qazanmağı bacarır. Digər cütdə isə “Qəbələ” ilə “Neftçi”di. Çətin dönəmə qədəm qoyuruq. Futbolda mümkünsüz heç nə yoxdu.
- Avrokuboklara vəsiqə ukraynalı mütəxəssisin qarşısında tələbdi, yoxsa tövsiyə?
- Mən hədəfsiz iş görməyi sevmirəm. Konkret məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Ən pis halda kubokun finalına yüksəlməliyik.
- Maddi qazancı nə qədər olacaq?
- Zaur Svanadze nə qədər alırdısa, o da o qədər qazanacaq. Nə aşağıdı, nə də yuxarı.
- Köməkçiləri kimlər olacaq?
- Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliç yenə öz işindədi. Həmçinin qapıçılarla məşğul olan Camaləddin Əliyev. Zaur İsmayılov həm köməkçi-məşqçi kimi çalışacaq, həm də seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirəcək.
- Vəssalam?
- Bəli.
- Adətən, işə başlayan məşqçi özü ilə azı bir həmyerlisini, əvvəldən tanıdığını gətirir. Maksimovun belə istəyi yoxdu?
- Açığı, ortaya belə bir məsələ qoyub. Bu haqda fikirləşirik. Bu gün üçün aktual deyil. Ola bilsin, yanvarın ortalarında hansısa addım atdıq.
- Neçə futbolçunun cəlb olunması gündəmdədi?
- Planda 4-5 legionerin adı var. Argentinalı Pablo Podio adlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Digər 3-4 nəfərlə isə danışıqlar davam etdirilir.
- Kimlərdi?
- Adlarını deməyim düzgün olmaz, özünüz başa düşürsüz. Biri sloveniyalıdı, biri seneqallı. Həmçinin Rusiya və Ukraynadan olanlar da nəzərdən keçirilir. Yanvarın 2-3-nə qədər məsələyə nöqtə qoyulacaq.
- Yerli futbolçularla bağlı planlar necədi?
- Məqsəd İsayevlə Kamran Ağayevi “Keşlə”nin yeni futbolçuları saya bilərsiz. Bu dəqiqə Vaqif Cavadovla danışıq aparırıq. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək. Üstəlik, əvəzedici heyətin 3-4 perspektivli futbolçusu əsas komandanın Antalyadakı hazırlıqlarında iştirak edəcək. Belə baxanda, onları da əsas komanda üçün yeni futbolçu hesab etmək olar.
- Yenilər arasında ukraynalılar olacaq? Belə deyim, baş məşqçi əvvəldən tanıdığı futbolçuların cəlb olunmasında maraqlıdı?
- Özünün istədiyi bir-iki nəfər var. Amma yenə də Zaur İsmayılovla axtarışları davam edir. Dünən (srağagün) Bakıya gəlib, dayanmadan işləyirlər. İclasa girib-çıxdılar, işləri yenə davam edir. Son qərar məşqçilər korpusunun olacaq. Çünki gətirilən oyunçulara görə sonda hər kəs cavab verməli olacaq.
- İlkin Qırtımov, Samir Zərgərov, Elnur Abdullayev, Mirsahib Abbasov... Bu futbolçuların müqavilə müddəti bitmişdi?
- Onlarla müqaviləyə xitam verildi.
- Niyə?
- Belə qərara gəldik ki, komandaya yeni nəfəs gəlsin. Məşqçini dəyişdik, eyni addımı futbolçularla bağlı da atmaq istədik. Bu vəziyyətdən çıxmaq üçün komanda daxilində yeni ab-havaya ehtiyac var idi.
- Rauf Əliyev gəlir?
- Rauf 1-2 yaxın yoldaşla mənə ismarıc göndərib. Ancaq rəsmi müraciət etməyib.
- Rəsmi müraciət necə olur? Özü sizə zəng etməlidi?
- Təbii ki. Mesajı çox adamla göndərmək olar. Qısa deyim, Rauf bu gün üçün “Keşlə”nin planlarına daxil deyil. Özü zəng etməyib, heç mən özüm də onu axtarmıram. Belə bir fikrim də yoxdu.
- Zəng etsə, nə deyəcəksiz?
- Hələ bir zəng eləsin, gəlsin görüşək. Görüm fikri, məqsədi, sözü nədi. Ondan sonra nəsə danışmaq, düşünmək olar. Ortada rəsmi heç nə yoxdu.
- Yayda Raufun ünvanına işlətdiyiniz sərt fikirlər hələ də yadımızdadı.
- Mənim də yadımdadı. Dediyiniz kimi, o fikirləri yayda səsləndirmişdim. Rauf komandadan etik cəhətdən düzgün olmayan şəkildə ayrılmışdı. Gedəndə heç mənimlə sağollaşmamışdı da. Baxırsan ki, öz qanımızdı, azərbaycanlımızdı, yığmaya namizəd oyunçudu. Futboldan kənarda qalmasına heç kim razı olmaz, o cümlədən mən. İnsani keyfiyyətlərini kənara qoyaq, idmançıdı, ölkə futboluna fayda verməlidi. Qurban Qurbanov da mətbuat konfransında bildirmişdi ki, Raufun futbolsuz qalmasını istəmirik.
- “Keşlə”nin rəsmi saytında az öncə başa çatan iclasdan video yerləşdirilib. Asim Xudiyevi gördüm. Onun klubunuza hansı bağlılığı var?
- Asim Xudiyev həm veteran futbolçu, həm də beynəlxalq dərəcəli hakim kimi “Keşlə”də Müşahidə Şurasının üzvüdü.
- Ramiz Məmmədov idman direktoru vəzifəsinə təyin olundu. Onun işi nədən ibarət olacaq?
- Ramiz Məmmədova məsul vəzifəni həvalə etmişik. Bütün yaş qruplarının idman sahəsinə birbaşa o cavabdehlik daşıyacaq.
- Görülən işlərə, yoxsa nəticələrə?
- Hər ikisinə.
- Bəs uşaq futbolu ilə bağlı əlaqələndirici postu?
- O yer hələ ki vakantdı. Bu dəqiqə həmin posta təyinata ehtiyac duyulmur. Fikrimcə, Ramiz müəllim peşəkar və üzgüzar adam kimi işlərin öhdəsindən gələcək.
- Mirhüseyn Seyidovla Nizami Hacıyevin taleyi məlumdu. Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov məlum məsələ ilə bağlı Baş Prokurorluğa məlumatların verildiyini və işin davam etdiyini açıqladı. Yenə şübhələndikləriniz var?
- Klub daxilində bu işlər tamamlanıb. Müəyyən addımlar atdıq və nəticəsini gördüz. Amma AFFA və hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirir. Klubda isə sakitlikdi, heç bir problem yoxdu, rahatıq.
- Mirhüseyn qəzetimizə müsahibəsində sizinlə görüşmək istədiyini demiş, lakin sizin buna razı olmadığınızı bildirmişdi.
- Bunun üçün müəyyən zamana ehtiyac var. Bu dəqiqə bütün diqqətimizi qış hazırlıq planlarına ayırmışıq. İşlərimiz həddən artıq çoxdu, vaxt isə yoxdu. Mirhüseyni hələ “Neftçi”dən, Sadıq Sadıqov kluba rəhbərlik etdiyi dönəmdən tanıyırdım. Bacarıqlı, qanacaqlı futbolçu kimi yadımda qalıb. Heç kim istəməzdi belə olsun. Amma oldu. Başqa nəsə danışmaq istəmirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar