19 yan 20:16gundem

Veteranlar Tiflisdən əliboş döndü

Veteranlar Tiflisdən əliboş döndü
Veteranlardan ibarət yığmanın faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş turnirdə iştirak etmək üçün Gürcüstana yollandığını xəbər vermişdik. Yanvarın 15-də səfərə çıxan veteranlar artıq vətənə dönüb. Ukrayna və İspaniya ilə eyni qrupda yer alan, yarımfinala vəsiqə qazanmayan veteranlar turniri mükafatsız tərk edib.
15 nəfərlik heyətlə qonşu ölkəyə yollanan veteranlarımızın səfərdən əliboş dönməsinin səbəbini öyrənmək üçün sabiq beynəlxalq dərəcəli hakim, Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovla danışmağı lazım bildik. Rüstəm bəyin məsələyə reaksiyası belə oldu: “Əvvəlcə onu bildirim ki, qrup oyunlarında bizə qarşı bir qədər haqsızlıq oldu. İlk qarşılaşmada Ukrayna ilə üzləşdik və gərgin idman mübarizəsində keçən matç 3:3 hesabı ilə başa çatdı. Baxmayaraq ki, oyun boyunca üstünlük bizdə idi. Təxminən bir saatdan sonra komandamız turnirdə ikinci matça - İspaniya ilə oyuna çıxdı. Həmin vaxt ukraynalılar dincəlirdi. İspanların heyətində “Deportivo”dan tanıdığımız, Çempionlar Liqasında yetərincə oyun təcrübəsinə malik Valeron, uzun illər La Liqada top qovmuş Amaviska kimi futbolçular yer almışdı. İspaniyaya 2:5 məğlub olduq. Hesabın belə olmasının əsas səbəbi bizim veteranların yorğun olması idi. Bundan başqa, turnir bizə yad qaydalarla keçirildi ki, bu da hardasa oyunumuza təsir etdi. Yan xətt olmadığından aut qeydə alınmırdı. Yəni ki, top daim oyunda olduğundan və bizdən fərqli ispanlar ilk turu buraxdığından daha təravətli idilər. Növbəti qarşılaşmada Ukrayna İspaniyanı 3:2 hesabı ilə udduğundan qrupdan məhz bu iki komanda yarımfinala vəsiqə qazandı. O biri qrupdan isə meydan sahibləri ilə yanaşı, Türkiyə növbəti mərhələyə adladı. Finalda meydan sahibləriylə ukraynalılar üz-üzə gəldi və görüş gürcülərin qələbəsi ilə bitdi - 7:4.
Təşkilatçılığa, turnirin səviyyəsinə söz ola bilməzdi. Sadəcə, qaydalar və ardıcıl iki görüşdə meydana çıxmaq qrupdan çıxmağımıza əngəl oldu. Gürcüstan veteranlarının heyətində federasiyanın hazırkı prezidenti Kobiaşvili, baş katib Muciri, “İnter”dən tanıdığımız İaşvili, birvaxtlar Rusiya və Avropada legioner həyatı yaşamış, qısa müddətdə “Bakı”nın şərəfini qorumuş Demetradze kimi futbolçular çıxış edirdi. Kaxa Kaladze də turniri izləyənlər arasında idi. Ancaq ayağında zədə olduğundan oyunlarda iştirak edə bilmədi. Onu da qeyd edim ki, oyunları xeyli sayda azarkeş izlədi ki, bu da xüsusi vurğulanmalıdı”.
Rüstəm bəy bizimlə söhbətdə bu cür turnirlərin vaxtaşırı təşkil olunmasının müsbət tərəflərini qeyd etməklə yanaşı, müəyyən incə məqamlara da toxundu: “Turnirdən sonra təşkil olunan ziyafətdə Ukrayna veteranlarının baş məşqçisi Anatoli Demyanenko, gürcü veteranlarına rəhbərlik edən Zurab Cocuaşvili və Aleksandr Çivadze ilə söhbətləşmək imkanımız oldu. Hər biri qeyd etdi ki, bu cür turnirlər veteranların bir araya gəlməsi, keçmiş günləri yada salması üçün əla fürsətdi. Bu həm də xalqlar arasında münasibətlərin inkişafına bir təkandı. Həmin söhbətlərdə məlum oldu ki, bizdən fərqli, istər Türkiyədə, istər Gürcüstanda, istərsə də Uklrayna və İspaniyada veteranlar təkcə federasiyanın xətti ilə yarışlara ezam olnumurlar. Məsələn, Ukrayna yığması Tiflisə Amerikadan gəlmişdi. Onlar ABŞ-da tunirdə iştirak etmişdilər. Ukraynalı veteranlar okeanın o tayına hansısa Ukrayna şirkətinin sposorluğu ilə yollanıbmış. Eyni hal o biri ölkələrdə də yaşanır. Bunları söyləməkdə məqsədim odu ki, veteran yığmasına tək AFFA sahib çıxmalı deyil. İmkanlı şəxslər, böyük şirkətlər də bu sahəyə diqqət ayırmalıdı. Martda Litvanın paytaxtı Vilnüsdə əksər Avropa klublarının veteran komandalarının iştirakı ilə turnir təşkil olunacaq. Bildiyiniz kimi, bu il “Neftçi”nin 80 illiyi olduğundan bizi də ora dəvət ediblər. Ancaq azərbaycanlı veteranların Litvaya gedib-getməyəcəyi hələ ki məlum deyil. Təşkilatçı tərəf bizdən cavab gözləyir. Yaxşı olardı ki, ölkə idmanına sponsorluq edən şirkətlər veteranlara da diqqət ayıraydı. Tiflisdə keçirilən turnirdən sonra təşkil olunan ziyafətdə azərbaycanlı veteranlar adından çıxış edən Oqtay Abdullayev dəvətə, yaradılan şəraitə görə həm UEFA rəsmilərinə, həm də Gürcüstan Futbol Federasiyasının rəhbərliyinə təşəkkür etdi”.
Xatırlayırsızsa, bir neçə il öncə Rusiyanın futbol veteranları Azərbaycana səfər etmişdilər. Həmin səfər çərçivəsində şimal qonşularımızın veteranları Sumqayıtda eyniadlı komandanın veteranları ilə görüşmüşdülər. Matç başa çatandan sonra ötən əsrin 80-90-cı illərində Moskva “Spartak”ının əsas oyunçularından biri sayılan Valeri Şmarovdan müsahibə götürmüşdüm. 1990-cı il SSRİ çempionatında vurduğu 12 qolla Oleq Protasovla birgə “ən sərrast futbolçu” adına sahib çıxan veteran futbolçu Rusiyada veteranlara ayrılan diqqətdən ağızdolusu danışmış, bu gün də meydana çıxdıqlarına görə müəyyən qonorar aldıqlarını bildirmişdi. Ondan başqa, o rusiyalı veteranların il ərzində müxtəlif turnirlərə qatılmaq üçün istər yerli, istərsə də xarici səfərlərə yollandıqlarını, bütün xərclərin isə müxtəlif sponsorlar tərəfindən qarşılandığını söyləmişdi. Ukraynalı veteranların ABŞ-a səfər etdiyini eşidəndə Şmarovun söylədiklərini xatırladım. Görəsən, nə vaxtsa bizdə də belə olacaq? Petriaşvilinin xatirə turnirində iştirak edən yığmaların sponsorlar hesabına səfərə çıxıdığını eşidəndə istər-istəməz Azərbaycanda fəaliyyət göstərən iri şirkətləri qınamaya bilmirsən. Nəyə görə bu gün ölkədə yetərincə gəlirlə işləyən mobil operator şirkətləri, iri banklar, böyük şirkətlər bu sahəyə diqqət ayırmır? Təsəvvür edin, martda Litvada təşkil olunan turnirə azərbaycanlı veteranlar sinəsində hansısa yerli şirkətin adı yazılmış forma ilə çıxır. Bunun nəyin pisdi? Bu həm həmin şirkətin reklamı ola bilər, həm də ölkəmizdə idmana, xüsusən də veteran idmançılara qayğının təcəssümü. Ancaq nədənsə aparıcı şirkətlərimiz, kommersiya banklarımız, iş adamlarımız bu yöndə müstəqil addım atmaqdan çəkinirlər. Gərək hər dəfə yuxarı instansiyalardan tapşırıq gəlsin ki, onlar hansısa addımı atsınlar? Ancaq sivil ölkələrdə həmin şirkətlərin marketinq şöbələri özləri bu işlərdə maraqlı olurlar. Unutmayaq ki, tarixini unudan, tarix yazan insanlara laqeyd münasibət bəsləyən, “onlar keşmişdə qaldı” deyib ötənlərə qiymət verməyi bacarmayan cəmiyyət, həmin cəmiyyətin sayılıb-seçilən üzvləri gələcəkdə özləri eyni aqibəti yaşaya bilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar