14 dek 17:26gundem

"Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi

"Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi
Millinin beynəlxalq turnirdə iştirakı ilə bağlı futzal üzrə ölkə çempionatının yüksək liqasında yaranmış 20 günlük fasilə dünən başa çatdı. Tura turnir cədvəlində ilk “3-lük”də qərarlaşan komandaların - "Marafon” və "Ekol"un dueli ilə start verildi. "CBC Sport"un canlı yayınladığı oyunu maraqlı edən bir neçə məqam vardı. Əvvəla, bu komandalar arasında keçirilən ilk oyunda debütant rəqibini üstələmişdi. Digər tərəfdən, komandalar arasındakı 5 xallıq fərq var idi ki, “Marafon” qələbə qazanacağı təqdirdə əsas rəqibi ilə xal fərqini 8-ə çatdıracaqdı. Əks halda "Ekol" qış fasiləsinə ikinci pillədə yollanmaq şansını xeyli artıracaq, üstəlik, üst sıralardakı intriqanı yenidən qızışdıracaqdı.
Hesabı 11-ci dəqiqədə "Ekol" açdı. Ancaq qoldan sonra üstünlük məğlub komandanın tərəfinə keçdi. "Marafon" 17-ci dəqiqədə standart vəziyyətdən hesabı bərabərləşdirdi. Hissənin sonuna 2 dəqiqə qalmış Elşad Quliyevin komandası 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Məcid dirəyi nişan almaqla hesabı xeyirlərinə dəyişmək şansını qaçırdı.
İkinci hissənin əvvəlində debütant hesabı öz xeyrinə çevirməyi bacardı. Bu dəfə Omid effektli zərbə ilə toru silkələdi. Hesabda geri düşən "Ekoı" toparlanmağa çalışsa da, əsəblərin tarıma çəkilməsi oyuna köklənməyə mane olurdu. Hesabın bərabərləşdirildiyi epizod isə mübahisəyə səbəb oldu. Autdan oyunu başlayan Radikin zərbəsindən sonra top yolüstü rəqib futzalçıya dəyib tora daxil oldu. Düzdü, Səmədli əvvəlcə qolu qeydə almadı, ancaq üçüncü hakimin müdaxiləsindən sonra referi mərkəzi göstərdi. Di gəl ki, "Ekol"un bu üstünlüyü uzun çəkmədi. Əvvəlcə İlkin komandasını hesabda önə keçirdi. Ardınca çempionatın bombardiri məharətini göstərdi və fərqi 2 top yüksəltdi - 4:2. Bundan sonra "Ekol" qapıçını da meydan oyunçusu ilə əvəz etdi və nəticədə fərq artdı. Əvvəlcə Omid dublnu rəsmiləşdirdi, ardınca Seymur Məmmədov boş qapını nişan almaqda çətinlik çəkmədi. Beləliklə, “Marafon” əsas rəqiblərindən birini 4 top fərqi ilə məğlub etdi.
Günün ikinci oyununu autsayderlərin dueli kimi də xarakterizə etmək olar. Cari mövsümdə əzmkar, mübariz oyun nümayiş etdirməsinə rəğmən, “Xəmsə” indiyə qədər qələbə qazana bilməmişdi. “Yasamal”a gəlincə, heyətindəki legionerlərin bolluğuna baxmayaraq, bu komandanın da nəticələri ürəkaçan deyil. Komanda keçirdiyi 8 oyundan cəmi birində qələbə qazanmışdı. Yeri gəlmişkən, həmin qarşılaşmada “Yasamal” məhz “Xəmsə”ni 5:4 hesabı ilə məğlub etmişdi. Onu da qeyd edək ki, “Yasamal” dünənki oyuna tam heyətlə çıxmadı. Viza işləri ilə bağlı komandanın iranlı legionerləri, eləcə də baş məşqçisi ölkəsinə yollandığından, məşqçi vəzifəsini klubun ikinci komandasının kapitanı Rüfət Hüseynov yerinə yetirirdi. Legioner oyunçulardan cəmi ikisi autsayderlə matçda iştirak edirdi. Fasiləyə qədər azarkeşlər bir-birindən gözəl 6 qol izlədi. İlk iki qol qarşılıqlı vuruldu. “Yasamal” hesabı açdı, dərhal qarşılıq verildi. İkinci qolun sevinci də uzun çəkmədi. Amma sonrakı dəqiqələrdə daha 2 qol vuran “Yasamal” üstünlüyünü artırdı. Ehtiyat qüvvəsiz mübarizə aparan “Xəmsə” fasilədən sonra tez-tez 5 meydan oyunçusu ilə fərqi “əritməyə" çalışırdı. Düzdü, Yamin 6 metrlik zərbə ilə fərqi azaltdı, ancaq rəqib tezliklə bu qola qarşılıq verdi. Vorobyov dublunu rəsmiləşdirdi. Beləliklə, "Yasamal" ilk dövrədəki kimi rəqibini məğlub etməyi bacardı.
Tura FK.İD və "Neftçi”nin görüşü ilə yekun vuruldu. Debütantın birinci dövrədəki dueldə “Neftçi”ni xalsız qoyduğunu xatırladaq. Budəfəki görüş dramatik alındı. "Neftçi" ilk hissədə 2 qol vurmaqla fasiləyə üstün yollandı. Ancaq ikinci yarının ortalarında hər şey tərsinə dəyişdi. Rüfət Balakişiyev 1 dəqiqə intervalla 2 avtoqolla yadda qaldı. Bu azmış kimi, 30-cu dəqiqədə Elvin Quliyev FK.İD-i hesabda önə keçirdi. Bununla belə, debütantın sevinci uzun çəkmədi. Mehram Eybeli tarazlığı bərpa etdi. Oyunda başqa qol olmadı və tərəflər 3:3 hesablı bərabərliklə kifayətləndi.
Marafon – Ekol 6:2 (1:1)
Marafon: 12. Kəsra Mehdipur, 10. Seymur Məmmədov, 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 20. Vasili Jarikov; 2. Kamran Hacıyev, 4. İbrahim İbrahimov, 9. Omid Talebi, 11. Hamed Xodai, 13. Məcid Morovati, 22. Tofiq Əliyev, 77. Səid Çodarzi, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: F.Atakişiyev, 11 (0:1). İ.Hacıyev, 17-p. (1:1). O.Talebi, 24 (2:1). R.Əhmədov, 30 (2:2). İ.Hacıyev, 32 (3:2). R.Sultanov, 33 (4:2). O.Talebi, 36 (5:2). S.Məmmədov, 36 (6:2)
Vərəqələr: S.Məstiyev, 14. N.Məmmədkərimov, 17. E.Kürdov, 17. İ.Hacıyev, 18. K.Mehdipur, 30 - sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Hakim-inspektor: Murad Məmmədov.
13 dekabr. Bakı İdman Sarayı.

Yasamal – Xəmsə 5:3 (4:2)
Yasamal: 13. Teymur Mirzəyev, 7. Orxan Allahverdiyev (k), 5. Vüsal Səfərov, 9. Omid Oraz, 76. Mohsin Hayatbini; 3. Xəyal Quliyev, 11. Anar Babayev, 15. Həsən Mirzəyev, 17. Anar İsayev, 23. Vladislav Vorobyov.
Məşqçi: Rüfət Hüseynov.
Xəmsə: 1. Zaliş Səmədzadə, 7. Elçin Zeynalov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov, 8. Qüdrət İsmayılov (k) , 6. Şamo Talıbov, 9. Samir Əmirov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov.
Baş məşqçi: Arif Vəliyev.
Qollar: M.Hayatbini, 8 (1:0). Y.Ağakərimzadə, 8 (1:1). O.Orazi, 10 (2:1). Q.İsmayılov, 10 (2:2). V.Səfərov, 12 (3:2). V.Vorobyov, 15 (4:2). Y.Ağakərimzadə, 33-p. (4:3). V.Vorobyov, 34 (5:3)
Vərəqə: A.Babayev, 33 - sarı.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Azad Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
13 dekabr. Bakı İdman Sarayı.

FK.İD – Neftçi 3:3 (0:2)
FK. İD: 12. Ramil Həsənzadə (k), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev; 1. Ümid Paşayev, 4. Elvin Quliyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
Neftçi: 23. Elnur Zamanov, 5. Mehram Eybeli, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 77. Davud Xolerdi; 1.Samir Mehdiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: T.Qurbanov, 16 (0:1). D.Xolerdi, 17 (0:2). R.Balakişiyev, 27-öz qapısına (1:2). R.Balakişiyev, 28-öz qapısına (2:2). E.Quliyev, 30 (3:2). M.Eybeli, 31 (3:3).
Vərəqələr: F.Əliyev, 12. Ə.Əjdərov, 12. V.Xocayev, 20 - sarı. T.Qurbanov, 29 - qırmızı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Tofiq Şükürov.
13 dekabr. Bakı İdman Sarayı.
1. Araz 8 7 1 0 52-9 22
2. Marafon 9 7 0 2 38-19 21
3. Neftçi 8 4 2 2 30-23 14
4. Ekol 9 4 1 4 21-24 13
5. FK.İD 9 2 3 4 26-28 9
6. Yasamal 9 2 0 7 22-56 6
7. Xəmsə 8 0 1 7 21-51 1
Bombardir: Renat Sultanov (Marafon) – 14.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar