10 dek 19:28gundem

“Futbol+” ilin ən yaxşılarını seçir!

“Futbol+” ilin ən yaxşılarını seçir!
“İlin futbolçusu” sorğusuna hazırlığı davam etdiririk. Bu həftənin əvvəlində namizədlərin siyahısını futbol ictimaiyyətinə təqdim etmişdik. Üstəlik, qəzetimizin son saylarında laureat olmağa namizədlərdən altısının il ərzindəki göstəricilərini çatdırmışdıq ki, seçimlərdə sizin üçün yardım vasitəsi olsun. “Futbol+”in 19-cu qalibinin kimliyi sizdən asılıdı.
İlin ən yaxşılarının seçimində “SMS-sorğu”nun da nəticələri nəzərə alınacaq. Azarkeşlər sevimli futbolçularının adını telefonlarının SMS yerinə yazıb 0773000910 nömrəsinə və ya football-plus@box.az e-mail ünvanına məktub göndərməklə səslərini qeydiyata aldıra bilərlər. Onu da vurğulayaq ki, “Futbol+”in namizədləri əlifba sırasına görə düzülüb.
Araz Abdullayev – Anortosis/Cənubi Kipr, yarımmüdafiəçi
Bədavi Hüseynov – Qarabağ, müdafiəçi
Əfran İsmayılov – Qarabağ, yarımmüdafiəçi
Qara Qarayev – Qarabağ, yarımmüdafiəçi
Mahir Mədətov – Qarabağ, hücumçu
Rauf Əliyev – Kukesi/Albaniya, hücumçu
Rəşad Sadıqov – Qarabağ, müdafiəçi
Riçard Almeyda – Qarabağ, yarımmüdafiəçi
Ruslan Qurbanov - Qəbələ, hücumçu
Təmkin Xəlilzadə - Zirə, yarımmüdafiəçi
Beləliklə, 2017-ci ilin futbolçusunu müəyyənləşdirmək yolunda işin praktiki icrasının davamı kimi son 4 namizədin – Rəşad Sadıqov, Riçard Almeyda, Ruslan Qurbanov və Təmkin Xəlilzadənin statistik göstəricilərini nəzərinizə çatdırırıq.

RƏŞAD SADIQOV
Namizədliyini şərtləndirən səbəblər
Sonuncu qalib, ümumiyyətlə, pentaçempion olan Rəşad Sadıqov titulunu qorumaq imkanına malikdi. 2017-də premyer-liqanın qalibi, ölkə kubokunun sahibi olan, ÇL-də tarix yazan komandanın kapitanı namizədlər arasında yer almağı haqq edir. Bu, Rəşadın iştirak edəcəyi son sorğu ola bilər. Ən azı yığmada çıxış etməyəcəyini bilirik ki, bu da növbəti il onun seçilmək imkanını məhdudlaşdırar.

Premyer-liqa
Yakub Jezniçakın transferi, Elvin Yunuszadənin də tez-tez heyətdə yer alması ilə Qurban Qurbanov müdafiənin mərkəzində seçim imkanını genişləndirib ki, təcrübəli mütəxəssis Sadıqova müntəzəm istirahət verir. Məsələn, yanvardan maya qədər Rəşad 9 oyunda iştirak edibsə, cari mövsümün ilk yarısında cəmi 6 matçda meydana çıxıb. Bu görüşləri əvəzlənmədən keçirən kapitan 2 sarı vərəqə ilə yadda qalıb. Halbuki yaya qədər oynadığı 9 qarşılaşmada (761 dəqiqə) ona 1 dəfə xəbərdarlıq olunmuşdu.

Kubok
İl ərzində cəmi 1 kubok qarşılaşmasına çıxıb ki, bu da ötən mövsümə təsadüf edib. Yalnız finalda meydana çıxan və ikinci hissənin əvvəlində əvəzlənən müdafiəçi kubokun qazanılmasında cəmi 54 dəqiqə əmək sərf edib.

Avrokubok
Kapitan ÇL-də “Qarabağ”a 8 oyunda kömək edib. 490 dəqiqəyə sığan çıxışı ərzində liderlik keyfiyyətlərini ortaya qoyduğu kimi, təəssüf ki, bəzən zəif məqamlarla da yadda qalıb. Bu mənada 3 sarı və 1 qırmızı vərəqə alması qeyd olunmalıdı.

Yığma
Tsiklin sonuna yaxın yığma karyerasını başa vurduğunu açıqlayan Rəşad Sadıqov 2017-ci ildə əsas komandada 6 oyun keçirib. Prosineçkinin 495 dəqiqə güvəndiyi təcrübəli futbolçu hətta qol vurmağa da imkan tapıb. Müdafiəçinin ilboyu vurduğu yeganə qol San Marinoyla görüşə təsadüf edib.

RİÇARD ALMEYDA
Namizədliyini şərtləndirən səbəblər
2017 Riçard Almeyda üçün əlamətdar oldu. O, 5 ildən çox ölkəmizdə top qovduğu üçün avtomatik milli pasporta sahib çıxdı və belədə yığmada oynamaq şansı qazandı. “Qarabağ”ın düşünən beyni bunun mükafatını futbol ictimaiyyəti tərəfindən ilin futbolçusu seçilməklə əldə edə bilər. Almeydanın il ərzində 38 oyunda ağdamlılara xidmət etdiyini vurğulayaq.

Premyer-liqa
Cəza səbəbindən (4 oyun) ilin əvvəlində “məcburi dincələn”, bu üzdən cəmi 9 qarşılaşmada meydanda görünən Riçard 777 dəqiqə top qovub və 1 qolla yadda qalıb. Cari mövsümdə isə əksinə, 11 matçda çıxış edib. Düzdü, dəqiqə baxımından daha az – 729 dəqiqə oynayıb, ancaq faydalı iş əmsalı yüksək olub. Belə ki, braziliyalı 3 dəfə rəqib torunu silkələməyi bacarıb. O həmçinin 1 sarı vərəqə alıb.

Kubok
Riçard da Rəşad Sadıqov kimi cəmi 1 kubok matçında (2016/17) iştirak edib və 85 dəqiqə ərzində heç nə ilə yadda qalmayıb.

Avrokubok
Yarımmüdafiəçi ÇL-də Qurban Qurbanov üçün əvəzedilməz futbolçu olub. 12 oyunun hamısında forma geyən Riçard ümumilikdə 986 dəqiqə top qovub ki, bu da orta hesabla 82 dəqiqə deməkdi. Hərçənd braziliyalı bir dəfə də fərqlənə bilməyib.

Yığma
Almeyda hələ ki yığmamızda klubundakı kimi effektli ola bilmir. Bəlkə də Qurban Qurbanovun milliyə gəlişi onun da tam istədiyi oyunu sərgiləməsinə şərait yaradacaq. İyunun 10-da Şimali İrlandiyayla matçda əsas komandamızda debütünü rəsmiləşdirən yarımmüdafiəçi ilin sonunadək oyun sayını 5-ə çatdırdı. Bu görüşləri əvəzlənmədən keçirən Riçardın hesabında 1 sarı vərəqə də var.

RUSLAN QURBANOV
Namizədliyini şərtləndirən səbəblər
“Qəbələ”nin mükafatçılar sırasına düşüb avrokuboklarda iştirak etdiyini, Ruslan Qurbanovun yerli oyunçular arasında daha çox fərqlənən futbolçu olduğunu nəzərə alsaq, “10-luğ”a salınması normal qarşılanmalıdı. İlin futbolçusu seçilməyə nə qədər şanslı olub-olmaması isə bizdən asılı deyil. İl ərzində hamıdan az – 25 matç keçirməsi Ruslanın əleyhinə ola bilər.

Premyer-liqa
Roman Qriqorçuk Ruslana ötən mövsüm aza güvənirdi. Belə ki, o, yetirməsinə cəmi 9 oyunda şans vermiş, 516 dəqiqə meydanda saxlamışdı. İnsafən, o, heç nə ilə yadda qalmamış, cəmi 1 sarı vərəqə ilə diqqəti çəkmişdi. Ancaq cari mövsümdə Ruslan çempionatda artıq 10 oyun keçirib. 538 dəqiqə meydanda qalan hücumçunun hesabında 2 qol var. Hakimlər 1 oyunda ona sarı vərəqə göstəriblər.

Kubok
Qurbanov həm ötən, həm də hazırda davam edən kubok mövsümünün hərəsində 1 oyunda iştirak edib. 2016/17-də 1 matçda 90 dəqiqə meydanda qalmasına rəğmən, heç nə ilə yadda qalmamışdısa, 1/4-ə vəsiqə yolunda “Mil-Muğan”ın darmadağınına 1 qolla töhfə verib. Hərçənd onun qarşıdakı bir həftə ərzində kubokda oyun sayını artırmaq imkanı da var.

Avrokubok
Qurbanovun əleyhinə işləyən daha bir məqam onun avrokuboklarda oynamamasıdı. Baxmayaraq ki, “Qəbələ” yayda Avroliqada mübarizə aparırdı, Qriqorçuk onun xidmətindən yararlanmayıb.

Yığma
Ruslan 2017-ci ildə millinin keçirdiyi oyunlardan yalnız 4-də forma geyib ki, bunun biri Qətərlə yoldaşlıq görüşüdü. Hücumameyilli yarımmüdafiəçi tər tökdüyü 129 dəqiqədə istəyinə çata, qol vura bilməyib.

TƏMKİN XƏLİLZADƏ
Namizədliyini şərtləndirən səbəblər
Başa çatmaqda olan ildə parlayan futbolçulardan biri Təmkin oldu. 24 yaşlı yarımmüdafiəçi “Zirə”nin lideri olmasa da, “işlək maşın” sayılır. Həm müdafiədə, həm də yarımmüdafiədə oynamağı bacaran Təmkin sərgilədiyi futbolla millinin qapılarını üzünə açdı. Yayda klubuyla Avroliqada çıxış etməsi də Təmkin üçün üstünlükdü. Onun il ərzində 32 oyuna çıxıb 5 dəfə fərqləndiyini də əlavə edək.

Premyer-liqa
Yarımmüdafiəçi 2017-də premyer-liqada 26 oyun keçirib və maraqlıdı ki, bunun yarısı ilin ilk yarısına, yarısı isə cari mövsümə təsadüf edib. O, yaydan bu yana daha məhsuldar oyun sərgiləyir. Hər halda, yanvardan mayadək cəmi 1 dəfə rəqib qapıçılarını məyus edə bilmişdisə, hazırda hesabında 4 qol var. Təmkin həm də vərəqəyə meyilli oyunçu kimi tanınır və çempionatda ikisi ötən mövsümə, 4-ü isə 2017/18-in iki dövrəsinə aid olmaqla, 6 “sarı” alıb. Maraqlıdı ki, o, Avroliqada, kubokda və millidə cəzalanmayıb.

Kubok
Xəlilzadə il ərzində bir dəfə də kubok oyunu həyəcanını yaşamayıb. O, bu həsrətinə “Neftçi” ilə qarşıdakı bir həftə ərzində baş tutacaq 1/4 final oyunlarında son qoya bilər.

Avrokubok
Avroliqada debütünü bu yay gerçəkləşdirən “Zirə”nin keçirdiyi 4 oyunda 304 dəqiqə çıxış edən Təmkin fərqlənməyə imkan tapmasa da, komandasının mərhələ adlamasında onun da əməyi keçib.

Yığma
Qeyd etdiyimiz kimi, Təmkinin yığmada debütü bu il baş tutdu ki, Robert Prosineçki buna San Marino ilə sentyabrın 4-də Bakıda baş tutan görüşdə şərait yaratdı. Yarımmüdafiəçi Almaniya ilə oyunda da 90 dəqiqə meydanda oldu. Maraqlıdı ki, Təmkinin forma geydiyi hər iki görüş 5:1 nəticələnib – birində udmuşuq, o birində uduzmuşuq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar