08 dek 20:05gundem

“Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu!

“Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu!
Sözsüz, "Qarabağ" Çempionlar Liqasında oynamaqla ölkə futbolunda bir ilkə imza atdı, yeni tarix yazdı, reytinq əmsalımızı artırdı, beynəlxalq aləmdə nüfuzumuzu artırdı. Bütün bunlar öz yerində. Məsələnin maliyyə tərəfini də unutmamalıyıq. Qitənin ən nüfuzlu klub turnirinin qrupunda çıxış etmək Ağdam klubunun büdcəsini xeyli artırdı. Artıq marafon başa çatdığı üçün "Qarabağ"ın "pulunu saymaq” olar. Onu da qeyd edək ki, bilet satışı və teleyayından gələn gəlir hələ açıqlanmayıb.
ÇL-in 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "köhlən atlar" ilk uğuruna görə 320, növbəti mərhələdə isə 420 min avro əldə etmişdi. Pley-offa vəsiqə avtomatik 3 milyon avro gəlir deməkdi. Ancaq UEFA pley-offu uğurla dəf edən komandalar üçün həmin məbləği 3 milyondan 2 milyona endirir və ÇL-in qrupuna düşdüyünə görə 12,7 milyon avro əlavə ödəniş edir. 2-ci təsnifat mərhələsindəki 320 mini, 3-cü mərhələdəki 420 mini, pley-offdakı uğura görə 2 milyonu və qrupa düşməyə görə verilən 12,7 milyonu nəzərə alsaq, deməli, ÇL-in qrupuna vəsiqə “Qarabağ”ın qazancını 15 milyon 440 min avroya çatdırmışdı. Təmsilçimiz qrupdakı nəticələrə görə də 1 milyon avro irəli düşdü. Belə ki, qitə futbol qurumu heç-heçə və qələbələrə görə də mükafat berir. Belə ki, qrupda qazanılan 3 xal 1,5 milyon avro gəlir deməkdisə, heç-heçə kluba 500 min qazandırır. “Köhlən atlar” "Atletiko" ilə qarşılaşmalarda qeydə alınan heç-heçələrlə büdcəsini artırdı. Beləliklə, ÇL-də iştirak Ağdam təmsilçisini 16 milyon 440 min avro irəli saldı. Manata çevirsək, 33 milyondan söhbət gedir. Bura prezidentin komandanı qəbul etdikdən sonra ayırdığı 2 milyon manatı da əlavə edə bilərik. Başqa sözlə, "Qarabağ" son 5 ay ərzində 35 milyon manat gəlir əldə edib. Necə deyərlər, xeyir işlərə xərcləsinlər!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar