Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
07 dek 18:42gundem

Almanlar Romada ədalətli davranıb

Almanlar Romada ədalətli davranıb
“Qol qaydalar çərçivəsində vurulmuşdu”
“Roma” - “Qarabağ” oyunu Almaniyadan olan hakimlər briqadası üçün rahat keçdi. Görüşdə sürət nadir hallarda yüksəlirdi ki, bu da ədalət təmsilçilərinə sərf edirdi. Belədə Tobias Stilyerin üzərinə böyük yük düşmədi. Ancaq laysmanlar oyundankənar vəziyyətlərlə bağlı xeyli tərlədi. Sözsüz, bunlar meydan sahiblərinin hücumları zamanı qeydə alınırdı. Hərçənd qol zamanı Edin Dzekonun qapıya müdafiəçilərimizdən daha yaxın olub-olmadığını müəyyənləşdirmək çətin idi. Çünki epizod italyan həmkarlarımız tərəfindən cəmi 1 dəfə göstərildi. Belədə isə qəti qərara gəlmək mümkün olmadı. Bosniyalı hücumçunun kornerlərin biri ərəfəsində Elvin Yunuszadəni itələməsi fonunda hakimin hər iki futbolçunu cəzalandırması da qaranlıq qaldı. Birinci hissəyə 3, ikinci hissəyə cəmi 2 dəqiqə artırılmasını da müzakirə etmək olar. Başqa ciddi mübahisəyə səbəb olacaq epizod yaşanmadı.
Daimi ekspertimiz Ceyhun Haşımov da idarəçiliyi müsbət dəyərləndirir: “Oyun normal mübarizə şəraitində keçdi. Hakimin işi o qədər də çətin olmadı. Görüşün gedişinə mane olmamağa çalışırdı. Demək olar ki, bütün qərarları düzgün idi. Bir epizodda laysman rəqib futbolçunun korner zamanı topu düzgün yerə qoymadığına fikir vermədi. Bir dəfə də baş hakimlə köməkçisi arasında fikir ayrılığı oldu. Göstərilən vərəqələr düzgün idi. Qol da qaydalar çərçivəsində vurulmuşdu. Ümumilikdə idarəçiliyi normal sayıram. Referinin həm Edinə, həm Elvinə sarı vərəqə göstərməsi ondan qaynaqlanırdı ki, hakim, adətən, belə epizodlarda ortalığı sakitlədirmək üçün bu cür qərarlar verir. İtirilən vaxta da hakim nəzarət edir. Ancaq ikinci hissəyə 3 dəqiqə əlavə etmək daha məqsədəuyğun olardı”.
SƏRXAN

Reaksiyalar
Raca Naynqqolan: “Olduqca çətin oyundan sərfəli nəticə ilə ayrıldıq. Çünki rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Biz növbəti mərhələyə vəsiqə qazanmağa layiq idik. Digər matçın nəticəsini gözləmədik. Qrupu birinci pillədə başa vurduq. Bu, böyük uğurdu. Hər oyunu yüksək səviyyədə keçirmək olar. Bunu hətta zəif futbol ölkələrinin təmsilçilərinə qarşı da göstərməliyik. “Qarabağ”ı məğlub etməyin yolunu tapmalıydıq. Onlar sərt oyun göstərdilər ki, bu da işimizi çətinləşdirdi. Ancaq səbirlə gözlədik və üslubumuza sona qədər güvəndik. Düzgün oyun sərgilədik. Əsas odu ki, pley-off mərhələsinə vəsiqə əldə etdik. Ötən mövsümün sonunda bir neçə futbolçumuzu itirdik. Bu səbəbdən də çox az adam Çempionlar Liqasında və ölkə çempionatında uğurlu çıxışımızı gözləyirdi. Ancaq hər iki turnirdə özümüzü yaxşı tərəfdən göstərə bildik. Azarkeşlərimiz yenə bizə yaxın oldular və uğurlu nəticə qazandıq. Bu, əla hisslərdi. Artıq bütün diqqətimizi çempionata yönəltməliyik. Xoşbəxtik, ancaq çempionatda mübarizəni davam etdirməliyik”.
Dieqo Perotti: “Bizim üçün fantastik an oldu. Qrup mərhələsində keçirdiyimiz ilk görüşdə heç-heçə edəndə kimsə bizə inanmırdı. Ancaq başımızı aşağı salıb, əzmlə çalışdıq. Biz finişə zirvədə çatmağa layiq idik. Çətin olmasına baxmayaraq, bizim üçün ideal gecə oldu. Əlbəttə, heç də asan qələbə qazanmadıq. “Qarabağ” bizə çox problem yaratdı və olduqca təhlükəli hücumlar etdi. “Qarabağ” həqiqətən də boşluqları bağlamışdı. Onlar öz oyunlarını göstərirdilər. Biz isə məqam gözləyirdik. Belə qarşılaşmalar olduqca təhlükəli olur. Hamımız birlikdə çalışdıq və qələbə qazanmağa nail olduq. İndi də bu andan həzz almalıyıq”.
Daniele De Rossi: “Qarabağ”la oyunun asan keçməyəcəyini, rəqibin bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda ümid etdiyimiz nəticəyə nail olduq və xoşbəxtik. Matçda heç-heçənin uzun müddət davam edəcəyini, yəqin ki, bizdən heç kim gözləmirdi. Özünəinam baxımından vacib nəticəyə imza atdıq. Komanda mövsümün qalan hissəsində özünə daha çox güvənəcək və bu, beynəlxalq arenadakı çıxışımızda da rol oynayacaq. Son vaxtlar Avropada istədiyimiz kimi oynaya bilmirdik. İmicimizi yenidən bərpa etmək, bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdu. Baş məşqçimiz hamını təəccübləndirdi. Gələn kimi komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.
Qara Qarayev: “Əslində oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşün nəticəsi həll edəcəkdi. Birinci hissədə lazımi səviyyədə müdafiə oluna bildik. Amma “Roma”nın ikinci yarının ilk 15 dəqiqəsindəki təzyiqinə dözə bilmədik. Bizim üçün vacib olan rəqibin təzyiqinin qarşısını almaq idi. İkinci hissədə bunu edə bilmədik. Ani bir epizodda qapımızda top gördük. Qoldan sonra da öz oyunumuzu göstərməyə çalışdıq. Ancaq səfərdə “Roma” kimi komandaya qarşı mübarizə aparmaq asan deyildi. Əlimizdən gələni etdik. Məncə, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etdik. Növbəti illərdə də belə səviyyəli turnirə qatılmağa çalışacağıq. Karyeramızı bitirənə qədər hər il ÇL-ə vəsiqə qazansaq, əla olar. İlk dəfə oynadıq, həqiqətən ləzzət aldıq. Əlbəttə, böyükhesablı məğlubiyyət üzücüdü. Bir də prinsip söhbəti var. Bu görüş bizim üçün elə də əhəmiyyət daşımırdı. Fərdi heç kimi qeyd etmək istəmirəm. Ümumi olaraq deyim ki, Şehiçdən Ndlovuya kimi hamı vəzifəsinin öhdəsindən gəlməyə çalışdı. Ən azı 70-80 faiz bacardıq. İndi daha çox əmin oluram, ÇL-də ehtiyat oyunçular skamyası daha zəngin olmalıdı. Çünki bu cür turnirdə itkiləri düşünmək ciddi problemlər yaradır. İnanıram ki, qarşıdakı illərdə daha çox futbolçumuz olacaq və belə problemlər yaşamayacağıq. Formamı De Rossi ilə dəyişməyimə gəlincə, dünya və Avropa çempionatlarında oynayıb. Bu futbolçuya gözümüz öyrəşib. Özümü De Rossi ilə müqayisə etmirəm. Amma onun səviyyəsinə çatmaq üçün mənə bir şans lazımdı. Həmin şans olandan sonra bu haqda danışa bilərəm”.
Dani Kintana: “Bərabərsəviyyəli oyun keçdi. Olduqca güclü rəqibə qarşı çıxış edirdik. Buna baxmayaraq, bizim də qol vurmaq üçün şanslarımız oldu. Təəsüf ki, onlardan istifadə edə bilmədik. Fikrimcə, “Roma” ilə başabaş mübarizə apara bildik. Ümumiyyətlə, qrupumuz olduqca səviyyəli, rəqiblər isə çox əzəmətliydilər. Avropanın tanınan komandaları ilə eyni qrupda yer almışdıq. Bütün bunları nəzərə alsaq, qazandığımız nəticə əladı”.
Əfran İsmayılov: “İtiriləsi bir şeyimiz qalmamışdı. Amma “Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. ÇL-də son oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımıza baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” “Roma”dı. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanır. Bu gün onlar da ən xırda imkandan istifadə edib, qol vurdular. Ümumilikdə yaxşı oyun alındı. Artıq bunu unutmaq lazımdı. ÇL bitdi, yenidən premyer-liqada qalib olub, bu turnirin qrupuna düşmək lazımdı. İlk dəfə mübarizə apardığımız turnirdə çıxışımızı yaxşı saymaq olar. Dünyanın top-komandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük şeydi. “Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, ÇL-ə alışmağa başlayırıq. “Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, onlar əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar. Heyətlə bağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir oyunda pis təsir bağışlamadı. Əsas odu ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik... “Roma”dan heç kimlə formamı dəyişmədim. Belə şeylər mənə maraqlı deyil. Ona görə forma dəyişmirəm. Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim”.
Maksim Medvedev: “Bizim üçün ağır oyun oldu. Çünki rəqib oyunumuzu təhlil etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə qarşılaşma ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas futbolçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq. ÇL-də çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədi. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşərik və sözümüzü deyərik. Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşı oynadıq. Çünki ilk qarşılaşmamız idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik. Öz stadionumuzda çox rahat oynayırıq. Həqiqətən də Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni arena idi və orda hava çox yaxşı idi... Hələ ki heç kimlə forma dəyişməmişəm. Sanki elə şey etməyə utanıram. Məndə o həvəs yoxdu. Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və növbəti oyunlarımıza da gəlsinlər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar