07 dek 18:37gundem

Rəşad Sadıqov inqilabi dəyişikliklərin tərəfdarıdı

Rəşad Sadıqov inqilabi dəyişikliklərin tərəfdarıdı
[b]“Elə mövqelər var ki, getdikcə “nəsli kəsilir”[/b]
UEFA Gənclər Liqasının qrup mərhələsinin sonuncu turunda “Roma”lı həmyaşıdları ilə görüşən “Qarabağ”ın U-19 komandası meydanı başıaşağı tərk etdi. Oyun başa çatandan sonra komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.
[b]- Matç necə keçdi?[/b]
- Qrupdakı son oyunumuz idi, növbəti mərhələyə adlamaq şansımızı əvvəlki turlarda itirmişdik. Çalışdıq ki, yaxşı futbol göstərək, turniri qələbə ilə başa vuraq. Nəsə alındı, nəsə alınmadı, yekunda 0:3 hesablı məğlubiyyətlə barışmalı olduq. Daha yaxşı olmasını istərdim.
[b]- Ümumiyyətlə, geridə qalan 6 oyun haqda nə deyə bilərsən?[/b]
- Təcrübə çatışmazlığı var. Bu da məlum məsələdi və hamımız bilirik. Ancaq hər oyunda “qırılma nöqtəsi” oldu. Oturub bütün matçları təhlil etsək, görərik ki, pis keçməyən oyunun müəyyən anında qopurduq və bu bizə baha başa gəlirdi. Və ya hansısa standart vəziyyətdən qol buraxdıq. Düşünürəm ki, daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların bir qədər təcrübəsi və heyətlə daha çox işləmək imkanımız olsaydı, nəsə göstərə bilərdik. Heyət son anda yığıldı, 8-9 yeni oyunçu var.
[b]- Qış fasiləsində “Qarabağ”ın əsas komandasına bu heyətdən kimsə cəlb oluna bilər?[/b]
- Buna Qurban müəllim qərar verəcək. Ancaq düşünürəm ki, bu komandadan 3-4 nəfər böyük futbol oynaya bilər.
[b]- Qurban Qurbanov son oyunlarda fərqlənən Deda haqda hansısa məlumat alıb?[/b]
- Mən də bəzi məlumatlar vermişəm, özü də məşqləri izləyib. Yetərincə maraqlanır, oyunları yaxından izləyir və oyunçunu yaxşı tanıyır. Amma düşünürəm ki, Deda bir az da öz üzərində işləyib, “artırmalıdı”.
[b]- Özünüz bir baş məşqçi kimi bu komandanın gələcəyini nədə görürsüz? Gələcəkdə nə uğrunda mübarizə apara bilər?[/b]
- Hər futbolçu özü üçün mübarizə aparmalıdı. Bu, bütün yaş qruplarına aiddi. Komanda olaraq hədəf öz yaşıdları arasında çempion olmaq, Avropada qrupdan çıxmaq olsa da, fərd olaraq futbolçuların hər biri böyük futbol oynamaq üçün can atmalıdı. Özləri üçün fərdi hədəf müəyyənləşdirməlidilər ki, gələcəkdə “Qarabağ”da, “Qəbələ”də, millidə çıxış etsinlər. Biz komanda kimi toplayırıq, ancaq yaş dayanmır, müəyyən müddətdən sonra komandalarda yenilənmə olur və hər futbolçu peşəkarlıq yolunda irəliləməlidi. Çatışmayan şeylər çoxdu. Futbolçular hətta “Atletiko”nun, “Çelsi”nin bazasına girəndə, artıq 0:1 geri düşürlər. Azərbaycanda təbii meydan görməyən uşaqlar 33, 34 meydan görəndə şoka düşürlər. Akademiyalarda inqilabi dəyişikliklər etməliyik. Yoxsa bu belə də gedəcək. Fikrimcə, yeni nəsildə geriləmə gedir. İlyarımdı bu işin içindəyəm, aşağı yaş qruplarını yaxşı tanıyıram. Baxıram ki, ildən-ilə zəifləyirik. Akademiyada bunların üzərində işləməliyik. Elə xırda nüanslar var ki, matçın gedişində 1 metr sağa və ya sola hərəkət etməklə, topu düzgün saxlamaqla oyunun nəticəsini həll etmək olur. Uşaqlarla daha detallı işləmək, daha çox vaxt ayırmaq lazımdı. Elə mövqelər var ki, getdikcə “nəsli kəsilir”. Özünüz də görürsüz ki, Azərbaycanda stopper mövqeyində heç kim yetişmir. Ya da boyları balacalaşır. Olanlar da ya ağırdı, ya topla rəftarı zəifdi və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçuruma doğru yuvarlanır.
[b]- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milliyə gedəcəksən?[/b]
- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün “Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdı? Amma mənim üçün əla təcrübə oldu. Düzdü, oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam.
[b]- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə, fərdi ustalıqda axsamalar var idi. Daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?/b]
- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Həmin qruplarda uşaqlara öyrənmək üçün sərbəstlik veririk. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odu. Çalışıram ki, məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər etdim. Bu həm mənim, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klublar çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər. Uşaqlar xaricdəki şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya stadionunda “Roma”nı udaq.
[b]RƏŞAD[/b]
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar