03 dek 12:49gundem

“Qarabağ” “Roma” ilə görüşdə dəstəksiz qalacaq

“Qarabağ” “Roma” ilə görüşdə dəstəksiz qalacaq
Şamil Mustafayev: “Klub normal formada, vaxtında bizə cavab verməyib”
Bildiyiniz kimi, növbəti həftə “Qarabağ” Çempionlar Liqasında bu mövsüm son matçını keçirəcək. Qrupdan çıxmaq və 3-cü yerin sahibi kimi Avroliqaya getmək şanslarını itirən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Roma”nın qonağı olacaq. Evdə “canavarlar”a 65 mindən çox azarkeşin önündə 1:2 hesabı ilə yenilən “köhlən atlar”ın səfərdən yaxşı nəticə ilə qayıdacağına ümid edənlər çoxdu. Ən azı ona görə ki, son 4 mövsümün ölkə çempionu qitənin bir nömrəli klub turniri ilə major notda vidalaşmalıdı. Lakin Roma Olimpiya Stadionunda çempionumuz dəstəksiz qala bilər. Çünki “Qarabağ”ı Avropada dəstəkləyən “İmarət Avropa” və “Milli Dəstə” azad azarkeş qrupları komandanın oyunlarını boykot edib. Bu haqda ötən saylarımızın birində məlumat vermişdik. Səbəb isə çox sadədi – “Qarabağ” azarkeşlərinə lazımi dəstəyi vermir, kömək göstərmir.
“Atletiko” ilə oyundan dərhal sonra verilən boykot qərarı “Roma” ilə matç üçün də keçərlidimi? Yoxsa söz verildiyi kimi, klub rəhbərliyi azarkeşlərlə masa arxasına keçib, problemi həll edib? Bu suallara cavab tapmaq üçün hər iki azarkeş qrupunun rəhbərləri ilə danışmağı lazım bildik.
Şamil Mustafayev (Milli Dəstə): “Bəli, boykot qərarımız qüvvəsindədi. Biz qərarı “İmarət Avropa” ilə birlikdə vermişdik. İndiyə kimi də dəyişməmişik. “Roma” ilə oyuna nə mən, nə də üzvlərimiz gedəcək. Heç kim getmək istəmir. Bunun da səbəbi var. Klub normal formada, vaxtında bizə cavab verməyib. İki gün əvvəl (noyabrın 29-u) əlaqə saxladılar ki, bəs gəlirsizmi? Biz də “xeyr” cavabı verdik. Çünki Sumqayıtdan Bakıya oyuna getmirik, Avropanın bir ucundan digərinə gedirik. Oyuna bir həftə qalmış bizə cavab vermələrini heç cür qəbul etmirik. Tələbimiz o idi ki, ən azı oyuna 2 həftə qalmışa qədər bizə cavab versinlər. Əvvəlki oyunlardakı narazılıqlarımızı aradan qaldırsınlar. Bu məsələ ilə bağlı klub rəhbərliyi ilə görüşümüz olmuşdu. Söz verilmişdi ki, hər şey düzələcək, yaxşı olacaq. Lakin bunu etmədilər. Cəmi bir həftə qalmış bizimlə əlaqə yaradıblar. Hər dəfə oyundan əvvəl sözlər verilir ki, gələrsiz, yaxşı olacaq. Amma orda hər şey yaddan çıxır. Heç bir kömək olmur. Biz də gedib polislə, mühafizə ilə dalaşa-dalaşa oyuna güclə baxırıq. Bu üzdən bir həftə qalmış edəcəkləri köməkdən imtina etdik. Biz getmirik”.
Vüsal Əhmədov (İmarət Avropa): “Milli Dəstə” qərarını verib. Onlar konkret olaraq getmək istəmədiklərini dedilər. Amma bizdə vəziyyət fərqlidi. Hələ dəqiq qərar verməmişik. Klubla “İmarət Avropa” arasında görüş olub. Deyilənə görə, klub sırf bu işə baxmaq üçün bir nəfər ayırıb. Lakin həmin adama uzun müddət zəng çatmadı. Bizim artıq biletlərimiz var. Lakin gedib-getməyəcəyimiz dəqiq deyil. Qərarı yalnız mən vermirəm. Buna üzvlərimiz də razı olmalıdı. İndidən dəqiq nəsə deməyim doğru olmaz. Həftəsonu daxili məsləhətləşmələr olacaq. O zaman tam dəqiq qərar veriləcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar