Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
27 noy 22:29gundem

Dadaşov qardaşları Almaniyada fərqləndi

Dadaşov qardaşları Almaniyada fərqləndi
Araz Abdullayev isə adada “siftə” etdi
Türkiyə çempionatında 13-cü tura start verilib. “Bursaspor” evdə “Karabükspor”a qalib gəlib – 2:1. Dəniz Yılmaz sonadək ehtiyatda qalıb. 21 xalla ilk “5-liy”i qapayan “timsahlar” növbəti turda “Konyaspor”un qonağı olacaq.
Qardaş ölkənin 1-ci divizionunda “Samsunspor” səfərdə “İstanbulspor”un müqavimətini qıra bilməyib – 1:1. Ufuk Budak 90 dəqiqə oynayıb. 15 xalla 12-ci sırada yer alan “ağ-qırmızılar” 14-cü turda “Əskişəhərspor”u qəbul edəcək.
2-ci bundesliqanın 15-ci turunda “Ertsgebirge” Auedə “Bohum”la heç-heçə edib – 1:1. Dmitri Nazarov 90 dəqiqə oynayıb. “Duysburq” isə səfərdə “Reqensburq”a müqavimət göstərə bilməyib – 0:4. Toğrul Erat komandasının darmadağınını ehtiyat oyunçular skamyasından izləyib. “Bənövşəyilər” 19 xalla ilk “10-luğ”u qapayırsa, onlarla eyni xala malik “zebralar” 11-ci yerdədi. Növbəti turda “Ertsgebirge” Drezdendə “Dinamo”, “Duysburq” isə evdə “Qroyter” ilə münasibətləri aydınlaşdıracaq.
Almaniyanın U-19 çempionatında 13-cü turun oyunları keçirilib. “Ayntraxt” Frankfurtda “Haydenhaym”a uduzub – 1:3. Renat Dadaşov 84-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb. Yığma üzvü 90 dəqiqə oynayıbsa, Murad Mahmudov 64-cü dəqiqədə qazona ayaq basıb. 15 xalla 9-cu yerdə gedən “qırmızılar” növbəti turda “Hoffenhaym”ı qəbul edəcək.
Bu ölkənin regional liqasının Şimal-Şərq zonasında 16-cı tur geridə qalıb. “Dinamo” səfərdə “Babelsberq”lə “sülh bağlayıb” – 1:1. Rüfət Dadaşov 90-cı dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Bununla da həmyerlimiz cari mövsüm qollarının sayını 15-ə çatdıraraq bombardirlik mübarizəsində liderliyini möhkəmləndirib. 30 xalla 2-ci pillədə qərarlaşan “ayılar” növbəti turda doğma meydanda “Union”u sınağa çəkəcək.
Albaniya çempionatının 12-ci turu çərçivəsində “Kukesi” səfərdə “Laçi”dən güclü olub – 1:0. Start heyətində yer alan Rauf Əliyev 73-cü dəqiqədə əvəzlənib. 22 xalla 2-ci sırada yer alan “Kukesi” növbəti turda “Şkenderbü”nün qonağı olacaq.
Cənubi Kipr çempionatında “Anortosis” Larnakada AEL-in müqavimətini qıra bilməyib – 1:1. İlk “11-lik”də yer alan Araz Abdullayev adada ilk qoluna imza atıb. 11-ci dəqiqədə komanda yoldaşının ara ötürməsi ilə cərimə meydançasına soxulan yarımmüdafiəçi qapıçını da keçərək toru silkələyib. Yığma üzvü 67-ci dəqiqədə əvəzlənib. 27 xalla 2-ci yerdə gedən “ağ-göylər” 14-cü turda “Nea Salamis”i qəbul edəcək.
Ukrayna çempionatında 17-ci tur geridə qalıb. “Aleksandriya” azarkeşləri önündə “Karpatı”nı darmadağın edib – 3:0. Pavel Paşayev 71-ci dəqiqədə meydana çıxıb. 18 xalla 8-ci pillədə qərarlaşan “sarı-qaralar” növbəti turda “Vorskla” səfərinə yollanacaq.
Rusiyanın 1-ci divizionunda “Fakel” Voronejdə “Tambov”la bacarmayıb – 1:2. Samir Məsimov sonadək ehtiyatda qalıb. 21 xalla 19-cu yerdə gedən “ağ-göylər” 26-cı turda Moskvada “Spartak”ın ikinci komandasıyla qarşılaşacaq.
Portuqaliya sequndasında14-cü turun oyunları keçirilib. Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Famalkao”ya uduzub - 0:6. Futbolçumuzun adı oyunun iştirak ərizəsinə salınmayıb. "Sportinq" hazırda 18 xalla 12-ci yerdədi.
İspaniya sequndasında isə 16-cı turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Ximnastik” doğma meydanda “Lorka”ya 0:2 hesabıyla uduzub. Eddinin adı matçın iştirak ərizəsinə salınmayıb. “Ximnastik" 18 xalla 15-ci pillədə qərarlaşıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar