23 noy 22:24gundem

Deda yenə qol vursa da...

Deda yenə qol vursa da...
İngilis jurnalist “Qarabağ”ın azarkeşindən müsahibə aldı
UEFA Gənclər Liqası
Qarabağ – Çelsi (İngiltərə) 1:3 (0:0)

Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 47. Əsgər Hüseynov, 51, Elçin Əsədov (54. İbrahim Hüseynov, 87). 80. Yusif Həsənov (72. Taleh Rzayev, 90), 38. İbrahim Qədirzadə, 60. Pilağa Mehdiyev, 18. Süleyman Əhmədov, 70. Misir Rüstəmov (36. Əli Əliyev, 74), 39. Zaur Fərzəliyev (k), 24. Yaroslav Deda.
Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə.
Baş məşqçi: Rəşad Sadıqov.
Çelsi: 1. Markin Bulka, 5. Kol Da Silva (k), 4. Ethan Ampadu, 3. Jozef Kolli, 2. Mark Quehl (17. Conatan Panzo, 83), 8. Corc Makekran, 6. Billi Gilmur (14. Çarli Braun, 65), 15. Tariq Uvakve, (18. Konor Qallager, 55). 11. Yakob Maddoks, 7. Harvey Kleyr, 9. Martell Teylor-Krossdeyl.
Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 12. Kallum Hadson-Odoy, 16. Xuan Familio-Kastilyo.
Baş məşqçi: Co Eduards.
Qollar: Y.Deda, 50 (1:0). M.Teylor-Krossdeyl, 61-p. (1:1). Ç.Braun, 70 (1:2). C.Makekran, 76 (1:3).
Vərəqələr: K.Qallager, 62. P.Mehdiyev, 80 – sarı.
Hakimlər: ALPER ULUSOY, Mehmet Emin Tuğrul, Dəniz Canər Özaral, Orxan Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
UEFA nümayəndəsi: Vəlid İmamoviç (Bosniya və Hersoqovina).
22 noyabr. Bakı. Azərsun Arena.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
“Azərsun Arena”dakı oyuna maraq az deyildi. 150-200 azarkeşi UEFA Gənclər Liqası üçün normal say hesab etmək olar. Xüsusən “İmarət” fəallığıyla seçilirdi. Fanklub hərdən ingiliscə “Çelsi”yə söyüşlər yağdırmağı da unutmurdu. Digər qapının arxasında qərarlaşmış qonaq komandanın tərəfdarları isə daha çox oyunu sakitcə izləməklə məşğul idi. Yerli mətbuatla yanaşı, İngiltərədən gəlmiş jurnalistlər də görüşə maraq göstərmişdi.
Bu dəfə Rəşad Sadıqov texniki zonadan komandasına tapşırıqlar verirdi. Hisslərini cilovlamaqda çətinlik çəkən baş məşqçi hərdən özünə aid hissəni keçib, yan xəttə kimi gəlirdi.
Küləkli hava şəraitində baş tutan qarşılaşma sürətli başladı. Elə ilk dəqiqədə “Atletiko”nun qapısına hər iki matçda yol tapan Deda qapıçıyla duel zamanı hesabı açmağa yaxın oldu. Qonaqların buna cavabı 5 dəqiqə sonra gəldi. Ampadunun baş zərbəsi təhlükəli alındı. Bundan sonra da hadisələr daha çox meydanın “Qarabağ”a aid hissəsində cərəyan edirdi. İngilislər topu itirən kimi dərhal pressinq tətbiq edib, yenidən təşəbbüsü ələ keçirirdi. Ancaq bizimkilər də zaman-zaman futbol oynamağı bacardıqlarını göstərirdilər. 26-cı dəqiqədə sürəti və texnikası ilə seçilən Makekranın uzaqdan zərbəsi “çərçivə”yə düşməsə də, yaddaqalan oldu. Bir qədər sonra Da Silvanın itibucaq altından zərbəsini Hüseynov zərərsizləşdirməyi bacardı. 37-ci dəqiqədə əla əks-hücum boşa verildi. Rəqib müdafiəsini təzyiq altında saxlayan Dedanın ötürməsinə Mehdiyev yetişsəydi, hesabı açmaq olardı. Londonda olduğu kimi, Bakıda da ilk yarıda hesab açılmadı.
İkinci yarıya keçməzdən öncə ingilis jurnalistlərdən birinin “Qarabağ”ın sadiq fanatı Sevinc Məmmədovadan müsahibə aldığını nəzərinizə çatdıraq. Maraqlıdı ki, ilk hissədə olduğu kimi, yenə ilk hücum meydan sahiblərindən gəldi. Ancaq bu dəfə yüzfaizlik imkan boşa verilmədi. Uzun ötürməni qəbul edən Deda topu Bulkanın ayaqları arasından tora qovuşdurdu. Beləliklə, Yaroslav ardıcıl 3-cü oyunda fərqlənərək, növbəti dəfə böyük perspektiv vəd etdiyini göstərdi. Ancaq İspaniyada “Atletiko”nun aramsız hücumları qarşısında tab gətirib, qapısını toxunulmaz saxlayan Məmməd bu oyunda kobud səhvə yol verdi. Gərəksiz yerdə Teylor-Krossdeyli yıxdı və hakim tərəddüd etmədən penalti təyin etdi. Halbuki Hüseynov müdaxilə etməsəydi, hücumçu topa çatmayacaqdı. Zərərçəkən penaltidən “status-kvo”nu bərpa etdi. Hesab bərabərlikdən sonra Rəşadın üzünü Məmmədə tutub, barmağını gicgahına dayamasının nə məna daşıdığını anlamaq çətin deyildi.
Hərçənd “Qarabağ”ı məhz bu qolun ruhdan saldığını söyləmək doğru olmaz. Hər halda, Deda növbəti dəfə qapıçıyla təkbətək çıxmaq imkanı qazandı. “Çelsi”nin kapitanı Da Silvanın kobud səhvi ukraynalı legioner üçün “yem” idi. Ancaq Yaroslav tələsdi və vurduğu top cüzi fərqlə qapının üstündən keçdi. Buna qədər isə Məmməd Martellin dubl arzusunun qarşısını almaqla günahını bir az yumuşdu.
Tədricən ustalıq səviyyəsi sözünü dedi. Əvvəlcə Braunun uzaqdan zərbəsindən sonra top dirəyə dəyib, tora qovuşdu. 76-cı dəqiqədə isə Makekran fərqi 2 topa çatdırdı. 6 dəqiqə sonra Deda oyuna yenidən intriqa gətirə bilərdi. Amma vaxtında “çərçivə”ni tərk edən Bulka fərqin azalmasına imkan vermədi. Sonrakı dəqiqələr “Çelsi”nin üstünlüyü şəraitində keçsə də, oyunda başqa qol olmadı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar