22 noy 01:38gundem

“Çelsi”ni Bakıdan məyus yola salmaq olar

“Çelsi”ni Bakıdan məyus yola salmaq olar
Mümkün heç-heçə də londonlulara tutarlı cavab sayılacaq
Sabah Bakını yenə futbol həyəcanı ağuşuna alacaq. Çünki “Qarabağ” ölkəmizə daha bir Avropa nəhəngini gətirir. Bu dəfə rəqib “köhlən atlar”a Çempionlar Liqasında debütdə ağır məğlubiyyət yaşadan “Çelsi” olacaq. Bizi çox ağır 90 dəqiqənin gözlədiyi dəqiqdi. Əlbəttə, Londondakı 0:6 gözümüzü qorxudan fakt-nəticə olaraq qalır. Ancaq söhbət təkcə bu məğlubiyyətdən getmir. Axı, İngiltərə çempionu yavaş-yavaş forma yığır. Premyer-liqaya yaxşı başlamayan “zadəganlar” son 4 turda qələbə qazanaraq 3-cü pilləyə kimi irəliləyib. İndi Antonio Kontenin yetirmələri “Roma”dan aldıqları ağır yenilginin əvəzini Olimpiya stadionunda “Qarabağ”dan çıxmağa çalışacaq. “Köhlən atlar”ın iki oyunda da “Atletiko”ya uduzmaması “ağ-göylər”i həyəcanlandırmaya bilməz. Təsadüfi deyil ki, italyan mütəxəssis təmsilçimizlə matçı ən önəmli oyunlardan biri kimi dəyərləndirib. Çünki “Çelsi” hələ qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlməyib. Bakıda heç-heçə və ya məğlubiyyət bu missiyanı təhlükə altına sala bilər.
Əlbəttə, istənilən şəraitdə “Çelsi” elə “Çelsi”di və nə qədər nikbin düşünməyə çalışsaq da, “Qarabağ”la müqayisə olunmayacaq qədər güclüdü. Ancaq futbolda heç də həmişə güclülərin qalib gəlmədiyini bilirik. Sensasiyalı nəticələr tarixdə az qeydə alınmayıb. Və bunu da reallaşdıran səbəblər olub. Təsadüf, bəxtsizlik, rəqibə saymazyana münasibət, oyuna lazımınca köklənməmək və s. Deməli, “köhlən atlar”ın meydana əlində ağ bayraq çıxmasına ehtiyac yoxdu. “Atletiko” ilə oyunlar bir daha göstərdi ki, bu komanda istənilən rəqibdən xal almaq iqtidarındadı. Bəs londonlularla cavab görüşündə xal(lar) qazanmaq üçün nəyə ehtiyac var? Gəlin, bunları tapmağa çalışaq.
Motivasiyaya söz ola bilməz
ÇL kimi turnirdə debüt edirsənsə, motivasiyasız olmaq ehtimalın sıfra bərabərdi. Bu baxımdan “Qarabağ”da çatışmazlıq ola bilməz. Hətta əminliklə söyləyə bilərik ki, motivasiyaya görə “köhlən atlar” qrupdakı rəqiblərini bir baş üstələyir. Sıravi azarkeşlər bir neçə gün öncədən bu oyunun başlamasını səbirsizliklə gözləyir. Əmin olun, futbolçular həftələrlə bu görüşün həyəcanını yaşayır. Təmsilçimiz üçün bu oyun bəlkə də “Roma” ilə son görüşdən daha böyük önəm daşıyır. Londondakı 0:6 hesablı məğlubiyyət qisas hissi ilə meydana çıxmaq üçün önəmli stimuldu. Əlbəttə, söhbət adekvat cavabdan gedə bilməz. Ancaq mümkün heç-heçə də “Çelsi”yə tutarlı cavab sayılacaq. “Qarabağ”ın futbolçuları sübut etməyə çalışacaq ki, onların da ayağı top tutur və “qapazaltı” deyillər.
Özünəinam artıb
Qrupdakı 2-ci oyunda “Qarabağ” “Roma”nın qapısına yol tapdı. Həmin görüş haqda yazıya “Qol gəldi, xal da olacaq” sörlövhəsini qoymuşduq. Proqnozumuz özünü doğrultdu. Çünki bilirdik ki, Pedro Enrikenin qolu “Qarabağ”ın hər üzvünün təfəkküründə “biz bacararıq” fikrini oyadacaq. Bəli, həmin qolun gətirdiyi inam “Atletiko” ilə görüşdə çox işə yaradı. Hətta azlıqda qalsalar belə, sonadək mübarizə apardılar və son 4 mövsümdə 2 dəfə ÇL-in finalına yüksəlmiş komandadan Bakıda xal aldılar. Belədə özünəinam ikiqat artdı. Ardınca Madriddə bərabərlik qeydə alındı. İndi “Atletiko”ya 2 oyunda da boyun əyməyən komandanın özünəinamını təsəvvür etməyə çalışın. Qurban Qurbanovun açıqlamaları da komandanın “Çelsi”dən xal(lar) almağa kökləndiyinə işarə verir. Londondakı qarşılaşmada ayaqları əsən futbolçular BOS-a şir ürəyi yemiş kimi ayaq basacaq. Bu isə elementar səhvləri minimuma endirməyə və komandaya öz oyununu sərgiləməyə imkan verəcək.
Qoy rəqib təzyiq altında olsun
“Atletiko” ilə heç-heçələr “Çelsi”nin kürkünə birə salıb. Çox güman, Konte əsas heyəti meydana buraxacaq. Ancaq rəqib bu dəfə daha ehtiyatlı oyun sərgiləyəcək. İstənilən idman növündə rəqib gözündə böyüdükcə vəziyyətin daha da ağırlaşır. Futbolda da belədi. Həm bu, həm də mütləq qələbə istəyi qonaqları təzyiq altında qoyacaq. Tənqidçi İngiltərə mətbuatı da pusquda durub. Konte və yetirmələri yaxşı bilir ki, Bakıdan 3 xalla qayıtmasalar, İngiltərə KİV-i onları “yıxıb-sürüyəcək”. Əlbəttə, BOS-un dolu tribunaları mənəvi-psixoloji cəhətdən “Qarabağ”ın xeyrinə işləyəcək. “Çelsi” erkən qol arzusuna çatmasa, “Atletiko”nun taleyini yaşamaq ehtimalı xeyli artacaq.
Ndlovu qayıdıb, Kintana forma yığıb
Düzdü, Pedro Enrike ilə Bədavi Hüseynovun yoxluğu “Qarabağ” üçün ciddi itkidi. Əvəzində rəqib müdafiəsini 90 dəqiqə təzyiq altında saxlaya biləcək Dino Ndlovunun cəzası başa çatıb. Dani Kintananın da forma yığdığını söyləyə bilərik. İspan futbolçu braziliyalının yoxluğunu unutdurmağa çalışmalıdı. Ramil Şeydayevin də gündən-günə “artırması” faktdı. Əvvəllər elit turnirdə təcrübə toplamaq üçün meydana çıxan futbolçular indi Avroliqaya vəsiqə qazanmağın planlarını cızırsa, deməli, çox şey dəyişib. Bizə isə inanmaq və “Qarabağ” üçün dua etmək qalır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar