20 noy 20:12gundem

Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu

Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu
Elnur Camalxanov icraçı direktor təyin olundu
Son günlər “Kəpəz”in ətrafında yaşanan xoşagəlməz söz-söhbət, klub funksionerlərinin maliyyə yeyintisində ittiham olunması kadr dəyişikliyini zəruri etmişdi. “Səbail”lə oyundan sonra klubun Müşahidə Şurasının toplantısı keçirilib. Bu haqda “sarı-göylər”in rəsmi saytında xəbər yerləşdirilib. İclasda Şahin Diniyevin istefası qəbul edilməklə yanaşı, klubun rəhbərliyində təmsil olunacaq yeni şəxslərin təqdimatı olub.
Noyabrın 18-də “Kəpəz”in Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib. Tədbiri giriş sözü ilə açan Elmir Vəliyev Müşahidə Şurasının iclasının iki mühüm hadisə arasında baş tutduğunu bildirib. Elmir bəy öncə prezidenti İlham Əliyevin bugünlərdə Gəncəyə səfər etməsinə diqqəti çəkib. O, gündən-günə gözəlləşən, müasirləşən Gəncədə aparılan geniş abadlıq-quruculuq, eyni zamanda əsaslı təmir və yenidənqurma işləri ilə tanış olduğunu, bir neçə obyektin açılışında iştirak etdiyini nəzərə çatdırıb. İclasda prezident İlham Əliyevin Gəncədə İdman Sarayının tikintisi haqda sərəncam imzalaması şura üzvləri tərəfindən rəğbətlə qarşılanıb və bu idman obyektinin şəhərdə idmanın inkişafı istiqamətində töhfə verəcəyi vurğulanıb. Elmir bəy çıxışında digər önəmli hadisənin “Kəpəz”lə bağlı olduğunu deyib. MŞ-nın sədri ittifaq dövründə “Dinamo” adlanan komandanın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanmasının bugünlərdə 50 ilinin tamam olacağını söyləyib. Vəliyev SSRİ vaxtında balaca bir şəhərin komandasının SSRİ birinciliyinin elitasına çıxmasının ittifaq məkanında böyük əks-səda doğurduğunu və bunun Gəncə futbolunun tarixinə qızıl hərflərlə yazılmış böyük hadisə olduğunu deyib.
Daha sonra Müşahidə Şurasının sədri İslam Abbasovun şuraya üzv, eyni zamanda sədr müavini təyin olunması ilə bağlı fikirlərini bölüşərək, onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə həmçinin Elnur Camalxanov yeni icraçı direktor kimi MŞ üzvlərinə təqdim olunub. Həm İslam Abbasov, həm də Elnur Camalxanov çıxışlarında “Kəpəz” kimi böyük tarixi olan klubda fəaliyyət göstərəcəkləri üçün qürur duyduqlarını və klubun inkişafı yolunda yorulmadan çalışacaqlarını əlavə ediblər.
Tədbirin davamında “Kəpəz”in çıxışı və gələcək planlar müzakirə olunub. Vəliyev klubun titullarından bəhs etməklə hazırkı nəticələrin xoş olmadığını və məyusluq doğurduğunu açıqlayıb. Elmir bəy gələcək planlardan da danışaraq uşaq futbolunun inkişafı üçün arenanın ərazisində yardımçı meydançanın yenilənməsi istiqamətində görülən işlərə nəzər salıb. O bildirib ki, yer hazır olan kimi süni örtük əraziyə döşənəcək və ideal durumu ilə seçiləcək meydan aşağı yaş qruplarının ixtiyarına veriləcək. Şura sədri əlavə daha bir məşq meydançasının salınmasının nəzərdə tutulduğunu və bununla da futbolçuların məşq etməsi üçün şəraitin yaxşılaşacağını söyləyib. Planların geniş olduğunu vurğulayan sədr Gəncə şəhər stadionuna plastik oturacaqların qoyulması prosesinin bu mövsüm də davam etdiriləcəyini əlavə edib. “Kəpəz”in əsas komandasının daim Gəncədə məskunlaşmasının gələn ilə planlaşdırıldığını deyən Vəliyev bazada da əsaslı təmir işlərinin aparılacağını və hər cür şəraitin yaradılacağını vurğulayıb. O bütün işlərin 2018-ci ildə başa çatmasının nəzərdə tutulduğunu qeyd edib.
Vəziyyətlə bağlı danışan Abbasov qısa vaxtda yerli şəraitlə tanış olduğunu deyib və çatışmazlıqlardan danışıb. O, Gəncənin həmişə istedadlı yetirmələri ilə seçildiyini önə çəkib, əsas işlərin uşaq futbolunun inkişafı istiqamətində aparılmalı olduğunu vurğulayıb. “Kəpəz”in turnir cədvəlində tutduğu yerin Gəncəyə layiq olmadığını və birgə, səmərəli fəaliyyət nəticəsində vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib.
Tədbirdə həmçinin “Səbail”lə matçda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.
Xatırladaq ki, “sarı-göylər”in yeni icraçı direktoru Elnur Camalxanov vaxtilə “Space” telekanalında çalışıb. Bundan sonra o bir müddət Cüdo Federasiyasında baş katib funksiyasını yerinə yetirib. Onu da qeyd edək ki, Camalxanovun təyinatı Cabir İbrahimovun vəzifəsinin kiçilməsi ilə nəticələnib. Əldə etdiyimiz məlumata görə, o, bundan sonra stadion direktoru kimi fəaliyyət göstərəcək. Ondan fərqli, klubun baş meneceri Samir Quliyev, ümumiyyətlə, işdən ayrılıb. Mikayıl Nərimanoğlunun kadrı kimi tanınan “Bakı”nın sabiq əməkdaşının xidmətinə ehtiyac duyulmayıb.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar