19 noy 13:33gundem

“Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?”

“Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?”
Oqtay Abdullayev Samir Ələkbərovun cavabını verdi
U-21-in baş məşqçi əvəzi Samir Ələkbərov Kosovo ilə oyundan sonra qol.az saytına verdiyi müsahibədə ölkə futbolunun tanınmış simalarının rəhbərlik etdiyi komandaya oyunçu təklif etmələrindən bəhs edib. Ancaq söhbətin kimlərdən getdiyini bildirməyib. Sragagün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdən sonra Ələkbərov sport 24.az portalına danışıb və həmin şəxslərin adlarını çəkib. 49 yaşlı mütəxəssis “Bakı”nın icraçı direktoru Yaşar Seyidovun oğlu Valehə görə İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun, Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevin, hazırda “Neftçi”nin məşqçilər korpusunda yer alan Novruz Əzimovun ona ağız açdıqlarını bildirib: “Ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odu ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir. İsrarla Valehi heç olmasa, baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq, elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O, bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı”.
Ələkbərovun açıqlamasından belə qənətə gələmək olar ki, ölkə futbolunda müəyyən nüfuza sahib olan şəxslər tutduqları mövqedən istifadə edərək yığmaya oyunçu sırımağa çalışırlar. O isə ağsaqqalların dediklərinə əməl etməyərək, müstəqil qərar verdiyini ortaya qoyub. Ancaq məsələ ilə bağlı fikrini öyrəndiyimiz Oqtay Abdullayev Ələkbərovun dedikləri ilə razılaşmadı və onun niyə belə məsiliyyətsiz açıqlama verdiyini başa düşmədiyini söylədi: “Samirin mətbuatda səsləndirdiyi fikirlərdən sonra mənə neçə-neçə insan zəng vurdu. Sözün düzü, əvvəl inanmadım ki, Ələkbərov belə məsuliyyətsiz, heç bir çərçivəyə sığmayan fikirlər səsləndirsin. Ancaq müsahibə ilə tanış olandan sonra bəlli oldu ki, o bu sözləri dilinə gətirib. Samir U-21-ə baş məşqçi əvəzi təyin olunduğu gün bazaya gəlmişdi. Biz veteranlarla görüşdü. Biz ona işində uğurlar arzuladıq. Ardınca mən ona “Yaşar Vahabzadə Türkiyədən, Almaniyadan futbolçu dəvət edib oynaytdığına görə mətbuatda tənqid olunur. Sən çalış azərbaycanlı uşaqlara üstünülük ver” söylədim. Və sözarası Valeh Seyidovu nümunə çəkdim. Sizə tam səmimi deyriəm, Valehin atası Yaşar Seyidovla aramızda bu haqda heç bir söhbət olmayıb. Sadəcə, eşitmişdim ki, uşaq Portuqaliyada çıxış edir. Ona görə də onun adını çəkdim. Lap Samirə Valehi məsləhət görmüşəm. Burda qəbahətli nə var ki?! Əvvəllər AFFA-da seleksiyaçı-məşqçilər var idi. Onlar çempionat oyunlarını izləyir, fərqlənən futbolçuların adlarını baş məşqçiyə təqdim edirdilər. Onlar da həmin siyahıya uyğun oyunçuları sınaqdan keçirirdi. İndi maliyyə çatışmazlığı səbəbindən həmin ştat ləğv olunub. Mən də Azərbaycan futboluna canım yandığım üçün müəyyən tövsiyələrimi vermişəm. Hər halda, futboldan kənar adam deyiləm, həyatımın çox hissəsini bu idman növünə həsr etdiyimdən bu sahədən az-çox anlayışım var. Bir də ki, Valeh Portuqaliyada çıxış edib qol vurursa, əcnəbi məşqçi ona güvənirsə, Ələkbərov niyə ona oynamaq üçün imkan yaratmasın? Belə çıxır ki, Samir özünü hamıdan ağıllı sayır. Valeh Yaşarın oğludusa, mütləq kənarda qalmalıdı? Yaşar Seyidov Azərbaycan futbolunun düşməni deyil ki, ona görə oğlunu yığmaya dəvət etməsinlər. Yaxşı olardı ki, Ələkbərov qeydə alınan nəticələrə görə məsuliyyəti öz üzərinə götürüb, harda səhvə yol verdiyini bildirəydi. Gah deyir, köməkçilərim mənə işləməyə mane oldu, gah deyir, mənə kənardan futbolçu təklif edirdilər. Mən deməmişəm ki, Valeh mütləq yığmada olmalıdı. Onu da sınamağı təklif etmişəm. Tövsiyəmi qəbul etməmisən, öz işindi. Bunu sonradan ictimaiyyətə açıqlamağın nə mənası var? Bu nəyi dəyişəcək? 0:7-ni, yoxsa 1:6-nı? Samirin səsləndirdiyi fikirlər veteranlar tərəfindən də xoş qarşılanmadı. Bu gün onun niyə belə etdiyi hamıya maraqlıdı. Yeri gələndə veteran kimi Mirbağıra da, Təbrizə də, Yaşara da məsləhətlərimi vermişəm. Burda gizlətməli heç nə yoxdu. Bütün dünyada futbolda belə hal yaşanır. Bəyəm Aleks Ferqyusona, Joze Mourinyoya və ya başqa tanınmış mütəxəssislərə tövsiyə verən olmayıb? Məsələ ilə bağlı Samirlə danışmaq istədim. Dəfələrlə zəng vursam da, telefonunu bağlamışdı. Bundan sonra onu heç aramaq fikrim də yoxdu. Bir də ki, məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?”
Samir bəyin səsləndirdiyi fikirlər doğrudan da bir qədər qeyri-səmimi görünür. Bu yerdə ortaya sual çıxır: nəyə görə məhz Elxan Məmmədovla görüşdən sonra Abdullayevin, Cavadovun və Əzimovun ona Valehi yığmaya dəvət etməsilə bağlı ağız açdıqlarını bildirir? Baş katiblə görüşdən bir gün öncə köməkçilərini asıb-kəsən, özünü vitrinə qoyulmuş manikenə bənzədən məşqçi 24 saat sonra tam fərqli müsahibə ilə yadda qaldı. Bəlkə Ələkbərovu bu cür açıqlama verməyə məcbur edən səbəblər olub? Baş katibin “12 stul” komediyasının əsas qəhrəmanı Ostap Bender kimi necə böyük kombinator olduğu futbol ictimaiyyətinə çoxdan bəllidi. Ola bilsin, Kosovo ilə matçdan sonra Ələkbərovun Elxan bəyin kadrları sayılan Aslan Kərimov və Cahangir Həsənzadə haqda səsləndirdiyi fikirlərin futbol ictimaiyyəti arasında xoş qarşılanmadığını görən Məmmədov oxun istiqamətini başqa səmtə yönəltmək fikrinə düşüb və Samir bəyə kurasiyasında olan “Mançestr Yunayted” məktəbində iş vəd verərək, Valeh Seyidov məsələsini qabartmağı göstəriş verib. Yoxsa nədən Samir bəy yaşanan son uğursuzluqları düşərgəyə dəvət olunmayan hansısa futbolçunun üzərinə atsın?
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar