19 noy 13:14gundem

Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür

Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür
“Məşqçilər arasında narazılıq varsa, bu, meydanda da özünü göstərir”
U-21-lə bağlı söz-söhbət bitmək bilmir. Hər gün yeni bir qalmaqal yaradacaq informasiyaya, açıqlamaya rast gəlmək mümkündü. Samir Ələkbərovla köməkçiləri arasında yaşananlar, qarşılıqlı “atışmalar” gündəmi silkələdi. Hər halda, baş məşqçi ilə köməkçiləri arasında bu cür fikir ayrılığının yaranmasına, ümumiyyətlə, mətbuata bu şəkildə çıxmasına nadir hallarda təsadüf etmək olar. Bizdə bəlkə də indiyədək belə bir durum yaşanmamışdı. U-21-in sabiq baş məşqçisi, hazırda davam edən tsiklin ilk iki oyununda komandaya rəhbərlik edən Yaşar Vahabzadə ötən sayımızda dərc olunan müsahibəsində yığmada işləyərkən köməkçiləri ilə aralarında heç bir problemin olmadığını vurğulamışdı.
Dünən Vahabzadənin köməkçilərindən biri, onunla birgə U-21-dən ayrılan Babək Alxasovla əlaqə saxlayıb, başverənlərə münasibət öyrəndik: “Uzun müddət Yaşar müəllimlə birgə işləmişəm. Aramızda heç bir problem yaşanmayıb. Nə məşqlərin qurulmasında, nə futbolçu seçimində. Oturub hər birimiz öz fikrimizi demişik. Yaxşı fikir olanda Vahabzadə bizi dəstəkləyib. Həmişə bir-birimizə təkliflər vermişik. İnanın ki, ounçu seçimində, məşqlərin tərtibatında, hazırlığın istiqamətində heç bir narazılıq, problem olmayıb. İkimiz uzun müddət bir yerdə işləmişik. Əvvəllər Samir Ələkbərov bizimlə birgə deyildi. Qarşılıqlı anlaşma olub, hər kəs öz yerini bilib. Yəni başa düşürdük ki, Yaşar müəllim baş məşqçidi, biz köməkçilərik. Hər kəsin fəaliyyət dairəsi, özünün funksiyaları var. Hamı öz yerini bilib. Baş məşqçi və köməkçi öz yerində olub. Həmişə demişəm ki, komandada rəhbərlik bir olanda və uşaqlar məşqçilərin, kollektivin bir ailə kimi olduğunu görəndə, futbolçuya da bu təsir edir. Həmçinin oyunçunun nizam-intizamında bu öz effektini göstərir. Lakin futbolçu görsə ki, məşqçilər arasında narazılıq var, inandırım sizi, mühitdəki ab-havanın korlanması sonda meydanda özünü göstərir. Elə ilk gündən sizin qəzetinizə açıqlamamda demişdim ki, Yaşar müəllim gedirsə, mən qala bilməzdim. Bu şəxsi fikrimdi. Centlmen kimi Vahabzadə ilə həmrəyliyim idi. Yəni xoş gündə də bir yerdə olmuşuq, pis gündə də bir yerdəyik. Xarakterim belədi ki, onu özümə bağışlaya bilməzdim. Lakin hərənin öz fikri, yanaşması var”.
Təbii, hər bir məşqçi işə başlayanda köməkçilərini özü təyin edir. Bəlkə də yaşananların əsas səbəblərindən biri yardımçılarını Ələkbərovun yox, AFFA-nın seçməsi idi. Bu haqda da Alxasovun düşüncələrini aldıq: “Vallah, U-21-in məşqçilər korpusunun seçilməsi haqda nəsə deyə bilmərəm. İşin içində olmamışam. Proseslərin necə getdiyindən xəbərsizəm. Ona kim təklif edib, bu işi necə qurublar. O özü seçib, yoxsa kimsə məsləhət bilib – bunu bilmirəm. Amma hər halda, 3 oyunluq olsa belə, baş məşqçidi, yanında olan adamı özü seçsə, daha yaxşı olar. Lakin Samir özü müsahibəsində deyib ki, hətta öz təyinatıma bu qədər sevinməmişdim. Deməli, hər şey qarşılıqlı razılıq əsasında olub. Mən belə başa düşürəm”.
Ələkbərovun daha bir çarpıcı açıqlaması millidə tapşırıq söhbətini qabartması oldu. Deyilənə görə, ondan “Bakı”nın icraçı direktoru Yaşar Seyidovun oğlu Valehi çağırmasını istəyiblər. Özü də Vahabzadənin vaxtında da hücumçu ilə bağlı baş məşqçilərə təsir göstərilib. Tapşırıq söhbətinin, eyni zamanda Valehlə bağlı deyilənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını da Babək bəydən soruşduq: “Bizim vaxtımızda heç kim heç kimi tapşırmayıb. Rəhmətlik Ramiz Mirzəyevin dönəmində də işləmişik. Nəyə desəz, and içərəm ki, bizə heç bir tapşırıq olmayıb. AFFA rəhbərliyindən tutmuş Departament rəisinə qədər qədər bizə tam azadlıq verilmişdi. Bir nəfər deməyib ki, filankəsi götürmək lazımdı. Nəinki əsas heyətdə yer vermək, kimisə toplanışa çağırmaqla bağlı təzyiq olmayıb. Bütün bunların hardan qaynaqlandığını bilmirəm. Bilirsiz, necə olub? Tutaq ki, U-19-da və ya klubda işləyən hansısa məşqçi gəlib “belə bir futbolçu var, xahiş edirəm, gəlin, oyunda baxın, görün yarayır, ya yox” deyib. Yadımda deyil, hansısa hakim idi, bir dəfə gəlib bizə dedi ki, “filan komandada yaxşı uşaq var, yaşı U-21-ə düşən, imkanınız varsa, baxın”. Biz də gedib baxdıq. Amma “bunu komandaya götürün” kimi təzyiq olmayıb. Nə də AFFA-dan belə göstəriş verilib. Kimi bəyənmişiksə, komandaya götürmüşük. Səhv eləmirəmsə, Valeh Seyidovu keçən il U-20-nin təlim-məşq toplanışına dəvət etdik. Çağırdıq, bir-iki yoxlama oyununda da baxdıq. O vaxt yaramadı. Bu gün isə hansı vəziyyətdə olduğunu deyə bilmərəm. O uşaq aşağı liqalarda oynayırdı. Özü də bombardir idi. Buna görə də dəvət edib yoxladıq. Futbolçunu yoxlamaq borcumuzdu. Millidə işləyirik, yaxşı oyunçunu itirə bilmərik. Odu ki, Seyidova 20 yaşlıların hazırlığında baxdıq və həmin an üçün bizə düşmədi. Ancaq hazırda Valeh Portuqaliyada oynayır, bəlkə “artırıb”.
Bütün yaşananlar azmış kimi, indi də “lipa” məsələsi aktuallaşıb. Alxasovun buna reaksiyası belə oldu: “Biz millinin məşqçiləriyik. İstintaq orqanı deyilik ki, düşək arxasınca, maraqlanaq. Oyunçunun pasportu var və onu dövlət verir. Bu qanuni sənəddi. Əlində şəxsiyyət vəsiqəsi varsa, ona inanırıq. O qədər işlədik, heç bir problem olmadı. Bir ayın içində gör bu söz-söhbət hansı səviyyəyə qalxdı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar