16 noy 19:15gundem

Samir Ələkbərovla Aslan Kərimov arasında “soyuq müharibə” başladı

Samir Ələkbərovla Aslan Kərimov arasında “soyuq müharibə” başladı
“Milliyə “fişka” düzməyə gəlməmişdim”
U-21 Kosovo ilə oyunda növbəti dəfə qələbəyə həsrət qalandan sonra baş məşqçi Samir Ələkbərovun mətbuat konfransında nə deyəcəyi maraq doğururdu. Elnur Cəfərovun əməlindən xəbərsiz olduğunu deyən çalışdırıcı, matçla bağlı danışanda bir məqama toxundu ki, diqqəti çəkməyə bilməzdi: “Böyükağa Hacıyevi çox adam bəyənmir. Fikirləri ilə hamını güldürür. Amma mən ondan üzr istəyirəm. Sadəcə, nəyə görə üzr istədiyimi demək istəmirəm. Özündən soruşsaz, bəlkə də deyər. Almaniyada məni harda tuturdusa, deyirdi ki, mənə qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım”.
Böyükağa Hacıyev dünyanın altını-üstünü bilən adamdı. Bu gün məşqçi kimi çalışmasa da, futbolda başverənləri diqqətlə izləyir. Baxır, görür, hərədən bir söz eşidir. Yəni proseslərin xırdalıqlarından xəbərdardı. Üstəlik, Məşqçilər Komitəsinin üzvü kimi hər gün AFFA-nın binasına baş çəkməsi də xeyrinədi. Elə adamdı ki, nə deyirsə, orda mütləq həqiqət payı var. Elə Samir Ələkbərovun vaxtında Hacıyevə qulaq asmadığını dilə gətirməsi və buna görə üzr istəməsi də çox şeydən xəbər verir. İlk anda Hacıyevin yaşca özündən kiçik həmkarına “bura sənin yerin deyil, “yanacaqsan. Almaniya ilə ilk oyundan sonra istefa ver, get” şəklində məsləhət verdiyini düşünmək olardı. Amma yox...
Dünən “Neftçi”ni Avroliqanın qrup mərhələsinə daşımaqla ölkə futbol tarixində ilkə imza atan mütəxəssislə söhbətdə tam fərqli sözlər eşitdik: “Samir xətrini çox istədiyim balaca qardaşımdı. Bu günə qədər lazım olan məsləhətlərimi vermişəm, nələrisə tövsiyə etmişəm. Qulaq assa da, sağ olsun, asmasa da. Ona demişdim ki, yığmanın baş məşqçisi sənsən, qərar verməli ilk adam da sən olmalısan. Aslan Kərimov Samiri dinləməlidi. Amma baxırdım ki, yox. Baş məşqçi bir söz deyir, Aslan başqa. Belə olmaz. Hərənin öz işi var. Baş məşqçi qərar verəndi, köməkçi qulaq asan. Aslanın oyun vaxtı davranışlarını gördüz? Bilinmirdi, baş məşqçi hansıdı. Belə iş metoduyla uzağa getmək olmazdı. Ona görə də Samirə sözümü əvvəldən demişdim. Qulaq asmadı mənə”.
Hacıyevin fikirlərini dinlədikdən sonra Samir Ələkbərova tribuna vermək istəyirdik. U-21-in sabiq baş məşqçisi zənglərimizi cavabsız qoydu. Buna baxmayaraq, qol.az saytının əməkdaşı onunla danışmağa nail olub. Ələkbərovun dedikləri ilə tanış olun: “Kişi özü (Böyükağa Hacıyevi nəzərdə tutur – H.) hər şeyi deyib də (gülür). AFFA-nın baş katibi Elxan Məmmədov köməkçilərimi mənə təqdim edəndə Aslanı görüb sevindim. Heç baş məşqçi təyin olunmağıma bu qədər sevinməmişdim. Mən problemli adam deyiləm. Heç bir çəkişmə olmadı. Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim. Çünki məni vitrindəki cansız maniken kimi istifadə edirdilər. Demək olar ki, işimi tam əllərinə almışdılar. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Aslan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm. Dedilər ki, səhvimizi başa düşdük. Həmin ərəfədə çox əsəbi idim. Hələ də özümə gələ bilməmişəm. İndi onlarla mətbuat vasitəsilə danışmaq istəmirəm. Hər şeyi üzlərinə də deyərəm. Məni tanıyan tanıyır. Aslan Kərimovla Cahangir Həsənzadənin köməkçi təyin olunmalarında mənim də istəyim var idi. Sadəcə, mən onlara sərbəstlik verdim. Ancaq gərək çərçivədən çıxmayasan. Hər şeyin bir həddi var. Bütün məğlubiyyətlərə cavabdeh mən idim. Hamı gedir işinə, cavab verən mən oluram. Mətbuatla da üz-üzə qalıram, azarkeşlərlə də”.
Bu iki şəxsin dediklərinə təəccüblənməmək olmur. Bu bir daha onu göstərir ki, U-21-in daxilində işlər heç də qaydasında getmirmiş. Məşqçilər koprusunda çəkişmələr, qruplaşmalar varsa, vay o komandanın, o futbolçuların hayına. Təcrübəli mütəxəssisin dediklərinə münasibət öyrənmək üçün öncə məsələdə adı çəkilən şəxs – Aslan Kərimovla əlaqə saxadıq. Kərimovun iradlara cavabı konkret oldu: “Hər ikisinin müsahibəsini oxudum, amma heç nə başa düşmədim. Böyükağa Hacıyevin sözlərindən belə çıxır ki, Qurban Qurbanov, Pep Qvardiola, Antonio Konte yanında köməkçi saxlamasın. Çünki bəzən köməkçilər ayağa qalxıb futbolçuya nəsə deyir, ya da baş məşqçiylə söhbətdə fikirlərini bildirirlər. Samir Ələkbərovun sözlərində məna görmədim. Bazada yanbayan otaqlarda qalırdıq. Hansısa sözü, narazılığı, iradı olsaydı, üzümə deyərdi. Hətta Kosovo ilə oyundan sonra da hamıyla görüşüb getdi. Bu müddət ərzində baş məşqçidən özümə qarşı hansısa küskünlük hiss etmədim. Deyib-gülürdük, zarafatlaşırdıq. İndi ortaya niyə belə söhbət atıblar, özüm də başa düşə bilmirəm. “İşimə qarışır” deməsi mənə çox qaranlıq qalıb. İşinə qarışıb nə etmişəm? Mən milliyə “fişka” düzməyə gəlməmişdim. Bütün komandalarda, millilərdə məşqçilər heyəti birgə müzakirələr edir, fikir bildirirlər. Hətta heyət seçimi zamanı da köməkçilərin fikirləri dinlənilir. Bu və digər oyunçularla bağlı hər məşqçinin öz dəlili olur. Müzakirə etmişik, ancaq konkret “filankəs oynamalıdı” deməmişəm. Öz fikrimi, bilib-gördüyümü demişəm. Samir Ələkbərovla mətbuat vasitəsiylə danışmaq fikrim yoxdu. Sözü var idisə, orda deyərdi. Samir müəllimə sual verin ki, niyə bu məsələni Aslanın özüylə aydınlaşdırmırsız? Məşq vaxtı səsim kiminsə səsindən gur çıxırsa, hansısa futbolçuya irad bildirib, yaxud tərif yağdırıramsa, bu normaldı. Ya da kimsə özünü maniken kimi görürüsə, bu mənim problemim deyil. Dediyim kimi, mən ora “fişka” düzməyə getməmişdim. Mən də məşqçiyəm, məşq prosesində iştirak edirəm. Böyükağa Hacıyev Aslanın artıq hərəkətini harda görüb ki? Almaniyada olanda məşqlərə baxmırdı heç. Belədə orda nə baş verdiyini hardan bilir? Pis çıxmasın, iki metrdən deyiləni eşitmir, mənim kimə nə dediyimi hardan eşidib? Vallah, adam bilmir nə desin”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar