15 noy 18:30gundem

“Qarabağ” - “Çelsi” oyununun biletləri tükənmək üzrədi

“Qarabağ” - “Çelsi” oyununun biletləri tükənmək üzrədi
London klubu təklif olunan 2300 biletdən 1000-ni alıb
“Qarabağ”ı noyabrın 22-də olduqca önəmli bir qarşılaşma gözləyir. “Köhlən atlar” ÇL-in qrupunda son ev oyununa çıxacaq. Rəqib isə Avropa nəhənglərindən “Çelsi”di. Tərəflərin ilk duelində London təmsilçisi 6 cavabsız qolla qalib gəlmişdi. Doğrudu, Qurban Qurbanovun yetirmələrinin qisas alacağı asan görünmür. Lakin “Qarabağ”ın “Atletiko” ilə görüşlərdə ortaya qoyduğu əzmkarlıq, mübarizə və bunun da məntiqi nəticəsi kimi qazanılan xallar azarkeşləri ümidləndirib. Hər halda, madridlilərdən evdə və səfərdə xal almaq hər komandaya nəsib olmur. Odu ki, azərbaycanlı futbolsevərlər “köhlən atlar”ın bu dəfə də sensasiya edəcəyinə ümid edir, inanır. Bir sözlə, noyabrın 22-də Olimpiya stadionunda unudulmaz gecə yaşanacaq.
Artıq neçə gündü biletlərin sürətlə satılması müşahidə olunur. Bu isə “Qarabağ” – “Çelsi” görüşündə anşlaq yaşanacağından xəbər verir. Oyuna bir həftə qalsa da, biletlər tükənmək üzrədi. Onu da qeyd edək ki, satış bir neçə məntəqədə həyata keçirilir: “Gənclik mall” və “28 mall”, “Park Bulvar” (“Qarabağ”ın fanşopu), M.Rəsulzadə, 3 (“Azərbaycan” kinoteatrının yaxınlığı) Bülbül prospekti, Heydər Əliyev Sarayının kassası, Asan Xidmət mərkəzləri, Nizami küç. (“Nizami” kinoteatrının yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası). Ancaq sosial şəbəkələrdəki müzakirələrdən belə qənaətə gəlmək olar ki, bəzi azarkeşlər bilet almaqda çətinlik çəkir. Bəzilərinin hətta 10-dan çox şəxsiyyət vəsiqəsi təqdim etməklə bilet alması narazılıq doğurub.
Dünən “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb, bilet satışındakı durumla bağlı fikirlərini öyrəndik: “Biletlə bağlı ciddi problem yoxdu. Narazılıq olduğunu sizdən eşidirəm. Oyuna gəlmək istəyənlər göstərilən məntəqələrə yaxınlaşıb, bilet əldə edirlər. Kimsə 10 pasport verib bilet alsa belə, stadiona girişdə ad-soyad uyğun gəlməsə, içəri buraxılmayacaq. Təbii ki, girişdə yoxlayırlar. Kluba da hansısa şikayət daxil olmayıb. Artıq biletlər bitmək üzrədi. Müəyyən sektorlar qalıb. “Çelsi” üçün 2300 bilet ayrılmışdı. Onlar 1000-ni aldı, qalanını qaytaracaq. Həmin qayıdan biletləri də satışa çıxaracağıq. “Topaz” da daxil olmaqla heç kimə havayı bilet verməmişik. Kim istəyir, gedib biletini alır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar