15 noy 18:13gundem

Vaqif Sadıqovla İsgəndər Cavadov bölgələrə səfərə çıxır

Vaqif Sadıqovla İsgəndər Cavadov bölgələrə səfərə çıxır
Məşqçilər Komitəsinin üzvləri Qurban Qurbanovla dekabrda görüşəcək
Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan Region Liqası ilə bağlı müəmma davam edir. Ötən saylarımızın birinə açıqlama verən, yeni liqanın təşkilati işləri ilə məşğul olan Cahangir Həsənzadə son toplantıda cəmi 7 komandanın turnirə qatılmaq istyində olduğunu bildirmiş, yetərsay olmayacağı halda Region Liqasının keçirilməmək ehtimalının olduğunu bildirmişdi. Ancaq son günlər mətbuatda yayılan söz-söhbətə görə, iştirakçıların sayından asılı olmayaraq, baş katibin yeni ideyası reallaşacaq.
Məsələyə aydınlıq gətirmək üçün işçi qrupun üzvü Vaqif Sadıqovla əlaqə saxladıq. İcraiyyə Komitəsində də təmsil olunan Vaqif bəy Cahangir Həsənzadənin son iclasda iştirak etmədiyini qabardaraq, yaşanan proseslərdən xəbərsiz olduğunu bildirdi: “Başa düşmürəm, Cahangir nəyə əsasən belə fikirlər səsləndirib? Turnirin keçirilməməsindən söhbət gedə bilməz. Hətta onu sizə deyim ki, biz iclasa girəndə 7 komandanın turnirə qatılacağı dəqiqləşmişdisə, toplantı zamanı Yusif Vəliyev daha bir komandanın Region Liqasında iştirak üçün müraciət etdiyini bildirdi. Artıq 10-dan artıq komandanın yarışda iştirak edəcəyi təsdiqlənib.Son iclasda Regional Futbol Federasiyasının rəhbərləri iştirak edirdi. Onlar da rəhbərlik etdikləri bölgələrdə təbliğat işləri aparacaqlarını, Region Liqasında iştirakçı sayını təmin etmək üçün çalışacaqlarını bildirdilər. Hamısına deyildi ki, zonalardakı klublarla görüşlər təşkil edilsin, onların iştirakı üçün lazımi dəstək verilsin. Həmçinin rayon İcra Hakimiyyəti başçıları ilə görüşüb klubların maddi baxımdan dəstək alması üçün müraciətlər edilsin. Noyabrın sonunda və ya dekabrın əvvəlində yarışa başlayacağıq. Onu da qeyd edim ki, növbəti həftədən başlayaraq, mən və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov bölgələrə səfərə çıxıb, yerli icra başçıları ilə görüşəcəyik. İlk belə səfər şimal zonasına nəzərdə tutulub. Bəzi komandaların maddi baxımdan problemlə üzləşdiyindən xəbərdarıq. Ola bilsin, reqlamentdə bir qədər dəyişiklik etdik. Belə ki, əvvəlcə nəzərdə tutlmuşdu ki, cənub zonası ilə Mərkəzi Aranı təmsil edəcək komandalar bir qrupda çıxış etsin. Ancaq məsafənin uzaqlığını nəzərə alaraq, düşünürük ki, ilkin mərhələdə cənubu və Mərkəzi Aranı təmsil edənlər öz aralarında oynasınlar. Orda qalib gələnlər isə bir-biri ilə üz-üzə gəlsin. Eyni sxem qərb və şimal-qərb zonalarına da aid ediləcək. Bundan başqa, Region Liqasının qalibinin növbəti mövsümdə birinci diviziona yüksələcəyi şifahi formada onların diqqətinə çatdırılıb. Sual oluna bilər ki, niyə bu məsələ Əsasnamədə əksini tapmayıb? Ona görə ki, bu məsələ ilk növbədə PFL-in Əsasnaməsində göstərilməlidi. PFL isə yeni Əsasnaməni hazırlayanda Region Liqası ideyası hələ yox idi. Ümumiyyətlə, hər işin başlanğıcı çətin olur. Çalışacağıq bu çətin, məsuliyyətli işin öhdəsindən gələk və bu yöndə olan boşluqları aradan qaldıraq”.
Vaqif bəy eyni zamanda Məşqçilər Komitəsinin sədri vəzifəsini icra edir. Komitə isə yarandığı gündən istər ölkənin əsas komandasının, istərsə də müxtəlif yaş qrupları üzrə millilərin çalışdırıcıları ilə tez-tez təmas qurur, baş məşqçilərin iş planları ilə tanış olmaqla yanaşı, müəyyən tövsiyələrini verir. Ancaq nədənsə Məşqçilər Komitəsi hələ də yığmanın yeni baş məşqçisi Qurban Qurbanpvla görüşməyib. Sadıqov bizimlə söhbətdə bu məsələyə belə reaksiya verdi: “Fikirləşdik ki, Qurban müəllim yeni işinə başlayandan sonra onunla görüşüb, yeni işində uğurlar arzulayaq. Onunla indi görüşməyimiz bir qədər düzgün çıxmaz. Çünki Robert Prosineçki ilə müqavilə dekabrda qüvvədən düşür. Böyük ehtimalla, gələn ay millinin yeni çalışdırıcısı ilə komitə üzvləri arasında görüş baş tutacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar