13 noy 19:48gundem

“Zirə” yoldaşlıq oyununda da “Qəbələ”dən güclü oldu

“Zirə” yoldaşlıq oyununda da “Qəbələ”dən güclü oldu
Qriqorçuk qvineyalı və kolumbiyalı futbolçunu sınayır
Şənbə günü “Qəbələ” ilə “Zirə” yoldaşlıq oyununda üz-üzə gəldi. Qarşılaşma “Bakı”nın təlim-məşq bazasının təbii örtüklü meydanında gerçəkləşdi. Yoxlama matçı saat 15.00-da start götürdü və oyunu cari mövsüm premyer-liqada heç bir qarşılaşmada iş başında olmayan Elvin Əsgərov idarə etdi. Matça keçməmiş bəzi maraqlı məqamları sizinlə bölüşüm.
Həmin gün “Bakı”nın bazasında 15 dəqiqəlik fərqlə daha bir oyun start götürdü. Söhbət birinci divizionun 8-ci turu çərçivəsində keçirilən MOİK - “Sabah” qarşılaşmasından (3:1) gedir. Həmin matç isə süni örtüklü meydanda reallaşdı. Tribunada “Viləş”in 15 yaşlılardan ibarət komandası gözümə sataşdı. Sən demə, şənbə günü cənublular da paytaxta səfər edibmiş. Onlar “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” ilə qarşılaşıb. Bu oyunda “Viləş” 34-cü dəqiqədə hesabda önə keçsə də, sona 2 dəqiqə qalmış penaltidən qol buraxıb. Ancaq komanda dərhal cənuba üz tutmayıb. Belə ki, onlar “Qəbələ” - “Zirə” matçını izləmək istəyiblər. Klubun rəsmisi Çingiz Abbasov da onların arzusuna qarşı çıxmayıb. Maraq üçün qeyd edək ki, “Viləş” növbəti oyuna doğma meydanda çıxacaq. Halbuki buna qədər komanda rəqiblərlə razılığa əsasən bütün oyunlarını səfərdə keçirib. Buna səbəb Anatoli Banişevski adına Masallı şəhər stadionunun yaxşı vəziyyətdə olmamasıdı. Artıq arena normal duruma gətirilib və Çingiz bəydən aldığımız bilgiyə görə, oyunun günü və vaxtı açıqlanan kimi Masallıda afişalar vurulacaq. Bu öz yerində.
Qayıdaq “Qəbələ” – “Zirə” görüşünə. Öncə təbii örtüklü meydanın qazonunun yaxşı vəziyyətdə olduğunu qeyd edək. Hər iki komandanın heyətində zədəlilərin olduğunu bilirsiz. “Qırmızı-qaralar”dan Ruslan Qurbanov, Baqali Dabo, Filip Ozobiç, “qartallar”dan isə Jozef Bumla Qabriel Matey mülki geyimdə oyunu izləyirdi. Qəsəbə təmsilçisinin daha üç üzvü meydana çıxamasa da, oyundan öncə yüngül qaçışla stadionda bir neçə dövrə vurdular. Söhbət Anar Nəzirov, Yovan Krneta və Orxan Əliyevdən gedir.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da matçı izləyənlər arasındaydı. Ev sahibi kimi bütün qonaqlara isti münasibət göstərən “Bakı”nın icraçı direktoru Yaşar Seyidov ona da yaxınlaşıb, VİP-ə dəvət etdi. Lakin Nəcəfov təşəkkür edib, matçı şüşə arxasından izləmək istəmədiyini bildirdi. İndi isə hər iki komandanın start heyətini diqqətinizə çatdıraq.
Qəbələ: Dmitri Bezotosnı, Tellur Mütəllimov, Voislav Stankoviç, Deyv Bultuis, Ürfan Abbasov, Cavid Hüseynov, Elvin Məmmədov, Asif Məmmədov, Famussa Kone, Ekiqo Ehiosun, Roman Hüseynov.
Zirə: Kamal Bayramov, Aleksandr Şemonayev, Adil Nağıyev, Sadiq Quliyev, Sadio Tounkara, Viktor İbokoyi, Vüqar Mustafayev, Elgün Nəbiyev, Milan Duriç, Vüsal İsgəndərli, Nicat Qurbanov.
İlk yarıda daha çox təhlükəli vəziyyətlər “Zirə”nin qapısı qarşısında yarandı. Lakin iki epizodda Kamal komandasını real qoldan xilas etdi. Ümumiyyətlə, çempionat oyunlarında olduğu kimi, Bayramov bu dəfə də “çərçivə”də etibarlı oyun nümayiş etdirdi. Bir vəziyyətdə isə Konenin qüvvətli vuruşundan sonra top tiri titrətdi. “Qartallar”dan Şemonayevin təhlükəli zərbəsi yaddaqalan oldu. Bununla belə, ilk yarıda hesab açılmadı.
Qırmızı-qara formada məşq edən iki futbolçu diqqətimizi çəkmişdi. Öyrəndik ki, hər ikisi “Qəbələ”də baxışdadı. Onlardan biri kolumbiyalı yarımmüdafiəçi Kevin Penadı, 21 yaşı var. Digəri isə qvineyalı Abdul Kərim Kontedi. O da yarımmüdafiəçidi, 18 yaşı var. Konte Qvineyanın U-17 millisində çıxış edib. Hər iki futbolçu ilə bağlı qərarı məşqçilər korpusu verəcək. Həm Pena, həm də Konte ikinci hissədə şans qazandı. Kevin daha çox meydanda oldu. İkinci hissədə şans qazanan bu iki futbolçunun yaxşı təsir bağışladığını qeyd etməliyik. Baxmayaraq ki, “qırmızı-qaralar” fasilədən sonra qapısında gördüyü qolla məğlub oldu.
Yeri gəlmişkən, ikinci hissədə baş məşqçilər heyətlə bağlı xeyli rotasiyaya əl atdı. Çempionatın 2-ci turunda “Sumqayıt”la oyunda barmağı qırılan və bu üzdən uzun müddət yaşıl meydanlardan uzaq qalan İlqar Qurbanov da fasilədən sonra şans qazandı. Maraqlıdı ki, onun cinahı daha fəal idi və bir epizodda fərqlənmək imkanı yaxalasa da, dəyərləndirə bilmədi. Nəhayət, 77-ci dəqiqədə Riçard Qadze “Qəbələ”nin qapısına yolı tapdı. Az sonra “Zirə”lilər yenidən fərqlənmək imkanı qazandı. Ancaq Təmkin Xəlilzadə özünə qarşı qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirmədi. Yoxlama oyunu olsa belə, qəsəbə təmsilçisi bir daha “qırmızı-qaralar” üçün arzuolunmaz rəqib olduğunu göstərdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar