05 noy 18:32gundem

Rövnəq Abdullayev: “Qurbanov ən azı üç tsikl millinin başında olacaq”

Rövnəq Abdullayev: “Qurbanov ən azı üç tsikl millinin başında olacaq”
Qurban Qurbanov: “Mənə olan sevgini və etimadı artıqlamasıyla doğrultmağa çalışacam”
İcraiyyə Komitəsinin iclası başa çatandan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə yığmanın yeni baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabladı. Brifinqdən öncə isə Rövnəq bəy millinin yeni çalışdırıcısının Qurbanov olacağını qələm əhlinin diqqətinə çatdırdı və ardınca yığmanın 13 nömrəli formasını ona təqdim etdi.
- R.A.: İcraiyyə Komitəsi üzvlərinin yekdil qərarı ilə Qurban Qurbanov yığmanın baş məşqçisi təyin olundu. Mən Qurban müəllimi təbrik edirəm və yeni işində uğurlar arzulayıram.
- Q.Q.: Hər kəsi salamlayıram. Rövnəq müəllim, sizə və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm ki, məni bu posta layiq bildiz. İstər futbolçu, istərsə də məşqçi kimi çalışırsan, əziyyət çəkirsən ki, yığmaya dəvət alasan. Hər bir mütəxəssisin arzusudu ki, yığmada baş məşqçi olsun. Bilirəm, çox məsuliyyətli işdi. Onu da başa düşürəm ki, hamının – azarkeşlərin, futbol ictimaiyyətinin diqqəti milliyə yönəlib. Özüm də yığmanın oyunlarında azarkeş kimi iştirak etdiyimdən, futbolsevərlərin həmin an hansı hissləri keçirdiyini, nələr söylədiyini eşitmişəm. Çalışacağıq federasiya rəhbərliyi ilə birlikdə daha uğurlu nəticələrə imza ataq. Onu da qeyd edim ki, bu bir günün, bir ayın işi deyil. Əlbəttə, müəyyən planlarımız var ki, onları da bu gün müzakirə etdik. Uzunmüddətli proqramımız olmalıdı və pillə-pillə məqsədə doğru irəliləməliyik. Yığmanın daha peşəkar olması və azarkeşləri sevindirməsi üçün əlimdən gələni etməyə çalışacam. Həm mediaya, həm də azarkeşlərə “çox sağ ol” deyirəm ki, son günlər mənə bu qədər dəstək verdiz. Mətbuatda gedən bəzi yazıları oxuyurdum. Mənə olan sevgini və etimadı artıqlaması ilə doğrultmağa çalışacam.
- Qurban bəy “Qarabağ”da işini davam etdirəcək? Bir neçə gün öncə mətbuata açıqlama verən klubun vitse-prezidenti Tahir Gözəl müəyyən şərtlərinin olduğunu bildirmişdi.
- R.A.: Bəli, Qurban müəllim milli ilə yanaşı, “Qarabağ”ı da çalışdıracaq. Millinin baza komandası da “Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları bu klubun şərəfini qoruduğundan, baş məşqçi həm klubda, həm də millidə eyni vəzifəni icra edəcək. Bu məsələ İcraiyyə Komitəsinin toplantısında çox müzakirə olundu. Sonda hamı bir nəfər kimi Qurban müəllimin yığma ilə yanaşı, klubda da işini davam etdirməsinə səs verdi.
- Müqavilə müddəti nə qədərdi?
- R.A.: Biz artıq proqram şəklində iş qurmağa çalışacağıq. Qurbanov ən azı 3 tsikl millinin başında olacaq. Bu böyük prosesdi və yeni baş məşqçinin qarşısına məqsəd qoymuşuq ki, bütün oyunçuların hazırlığı bir mərkəzdən idarə olunsun.
- Baş məşqçinin köməkçiləri kimlər olacaq? Son günlər Rəşad Sadıqovun yığmanın məşqçilər korpusunda yer alacağı ilə bağlı söz-söhbət dolaşır.
- R.A.: Hələ baş məşqçi işə başlamayıb. İmkan verin bir müddət keçsin, fikirləşsin, sonra bu məsələni qaldırın (gülür).
- Q.Q.: Rövnəq müəllim çox düzgün qeyd etdi ki, bu haqda düşünmək hələ tezdi. Tək məşqçilərlə bağlı yox, bəzi detallar var ki, bu yöndə sualları bu gün cavablaya bilməyəcəm. Çünki onlar hissə-hissə həya keçiriləcək bir prosesdi. Hələ ki bu barədə düşünməmişik. Buna hələ vaxtımız var. Bəlkə də 1 aya, ayyarıma ətraflı məlumat verəcəyik.
- Heç kimə sirr deyil ki, yığmanın qarşısına qoyulan əsas hədəf Bakının da evsahibliyi edəcəyi AÇ-2020-yə vəsiqə qazanmaqdı. UEFA-nın yeni layihəsi olan Millətlər Liqası bu yöndə işinizə yaraya bilərmi? Artıq millinin yer aldığı divizionda rəqiblər və səbətlər də məlumdu.
- Q.Q.: Dəfələrlə birdən-birə hər şeyi həll etməyin mümkün olmadığını vurğulamışam. Futbol elə bir oyundu ki, burda hər şey mərhələ-mərhələ olur. Həmişə də futbolçularımdan tələb etmişəm ki, əlinizə düşən şansdan maksimum istifadə olunmalıdı. Bizim əlimizdə bu imkan, şans varsa, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsüz ki, Madrid “Atletiko”su bizdən qat-qat güclüdü, amma “Qarabağ” səfərdə heç-heçə etdi. Çempionatda da düşünürük ki, bizdən zəif komandadı, amma gəlib bizi məğlub edir. Yəni futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Bu üzdən hazır olmalıyıq. Amma kiçik bir şansımız varsa, bundan maksimum istifadə etməyə çalışacağıq.
- AFFA sizin qarşınıza, siz qurum qarşısına hansı şərtləri qoymusuz?
- R.A.: Şərtimiz vətənə qulluq etməkdi. Qurban müəllim də vətənpərvər insandı.
- Q.Q.: Məndə belə bir xarakter yoxdu. Biz, sadəcə, doğru yol axtarırıq. Tapdığımız, düşündüyümüz yolu müzakirə edirik və bunu ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi tanıyırıq. Neçə illərdi bizim federasiya rəhbərliyi ilə münasibətlərimizdən də xəbərdarsız. Ona görə də şərt qoymağa ehtiyac yoxdu. Bir-birimizə inanaraq, güvənərək bu yolu gedəcəyik. İnşallah, birlikdə daha güclü olmağa çalışacağıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar