05 noy 18:06gundem

Zirvəyə gedən yol

Zirvəyə gedən yol
Dəyişikliklərə hazır olun!
Nəhayət, AFFA rəhbərliyi yığmanı yerli mütəxəssisə həvalə etdi. İcraiyyə Komitəsinin (İK) dünənki toplantısında əsas komandanın Qurban Qurbanova tapşırılmasına qərar verildi. Hər halda, qarşıdakı 6 ildə millinin uğurları üçün çalışacaq mütəxəssisi heç də asan iş gözləmir. Özü də Qurbanov yığma ilə yanaşı, “Qarabağ”da da işini davam etdirəcək. Ümumiyyətlə, Qurban bəyin millini çalışdırmaq perspektivi müzakirə olunanda ikili yanaşma ortaya çıxırdı. Bəziləri onun yığmaya gəlişindən sonra “Qarabağ”ın zəifləyəcəyini, futbol azarkeşlərinin ümid yerinə çevrilən komandanın da əldən çıxacağını, millidə “yanacağını” israr edirdi. Bəziləri isə Qurbanovun klubda əldə etdiklərini yığmada da təkrarlayacağı fikrində idi. Sonda 45 yaşlı mütəxəssis hər iki komandanın yükünü çiyninə götürdü.
O gördüyü işlərlə bunu haqq edirdi
Dəfələrlə qeyd etmişdik ki, Qurbanov yığmada işləməyi haqq edir. Hətta Berti Foqtsun gedişindən sonra millinin “sükanı”nın ona tapşırılacağını gözləyirdik. Lakin AFFA rəhbərliyi fərqli qərar verdi və yenidən əcnəbi mütəxəssisə güvəndi. Robert Prosineçkinin gedişindən sonra isə ciddi qınaqdan çəkinən, reallıqlarla barışmalı olan assosiasiya başbilənləri Qurban bəyin xeyrinə seçim etdi. O aydın məsələdi ki, yığma istənilən baş məşqçi üçün zirvə sayılır. Qurbanovun belə bir təklifə isti yanaşacağı gözlənilən idi. Hər halda, özü də qeyd edib, istənilən baş məşqçi üçün yığmada işləmək şərəfdi. Əksəriyyətin 45 yaşlı mütəxəssisi yığmanın baş məşqçisi kimi görmək istəməsi isə boşuna deyildi. “Qarabağ”da gördüyü işlər Qurbanovu əsas və vazkeçilməz namizədə çevirmişdi. Ölkədəki ardıcıl çempionluqlar və kuboklar, Avroliqanın qrupunda davamlı olaraq 3 il iştirak və ən nəhayət, bu il rəhbərlik etdiyi komandanı Çempionlar Liqasının qrupuna daşıması Qurbanov üçün yığma yolundakı bütün əngəlləri aradan qaldırdı. Təbii, “Qarabağ”da yaratdığı mühit, sistem də əvəzolunmazdı. Elə bunun nəticəsidi ki, komandası ən güclülərin mübarizə apardığı yarışın qrupunda Avropanı təəccübləndirir, qitənin top-klublarına gücünü göstərir. Bir sözlə, Qurbanov “Qarabağ”da gördüyü işlərlə yığmanı haqq edirdi.
Ölkə futbolunu əlinin içi kimi bilir
Qurbanovun ən üstün cəhətlərindən biri ölkə futbolunu əlinin içi kimi bilməsidi. Futbolçuların psixologiyasını hansısa əcnəbinin öyrənməsi elə də asan məsələ deyil. Ancaq Qurbanov mentallığı, oyunçuların nə istədiyini, kimin hansı yükü qaldıra biləcəyini daha yaxşı bilir. Hər halda, daim futbolun içindədi, futbolçuların durumu gözünün qabağındadı. Yenə də Berti Foqtsun dönəmini xatırlayaq. Alman çalışdırıcı ayda-ildə bir dəfə ölkəmizə təşrif buyurur, yığmanın heyəti ilə bağlı kor-koranə qərar verirdi. Düzdü, Prosineçki alman mütəxəssislə müqayisədə daha çox Bakıda olurdu. Lakin o da son zamanlar müqaviləsində nəzərdə tutulandan artıq ölkəsində vaxt keçirməyə üstünlük verir, oyunları lazımi səviyyədə izləmirdi. Ancaq Qurbanovda bu problem olmayacaq. Hansısa yaxşı formada olan futbolçu haqda “niyə yığmaya çağırılmır” sualını verməyəcəyik. Həmçinin milliyə əsli-nəcabəti Azərbaycana bağlı olmayanların calaq edilməsi prosesini də bitmiş saymaq olar. Qurbanovun xarakterinə bələd olan hər bir adam bilir ki, işinə kənardan müdaxilə olunmasına imkan verməz. Bundan başqa, millidə “Qarabağ”lılar üstünlük təşkil edir. Odu ki, Qurban bəy üçün yığmada çalışmaq daha asandı. Çünki klubda daim gözünün önündə olan oyunçular haqda düzgün qərar verəcək. Həmçinin “Qarabağ”ın futbolçuları, eləcə də başqa oyunçular Qurbanova görə daha məsuliyyətli olacaq, əlindən gələnin artığını ortaya qoyacaq. Mütəxəssin nizam-intizama necə diqqət yetirdiyi, baş məşqçi xarizmasının hansı səviyyədə olduğunu hər kəs yaxşı bilir.
Nə gözləyək?
Əlbəttə, bu dəqiqə çoxları Qurbanova xilaskar gözü ilə baxır. Azarkeşlər “Qarabağ”ın ciddi rəqiblərlə duellərdə göstərdiyi əzmkarlığı, qarşı tərəfin kimliyindən asılı olmayaraq, qorxunu yaxın buraxmamasını yığmada da görmək istəyir. Qurban bəyin bunu bacarıb-bacarmayacağını zaman göstərcək. Düzdü, klubla millini eyniləşdirmək olmaz. Hər nə qədər yığmada “Qarabağ”lılar üstünlük təşkil edirsə. O da həqiqətdi ki, bu gün millidə İbrahim Şehiç, Ansi Aqolli, Pedro Enrike, Miçel, Dino Ndlovu yoxdu. Bəziləri isə 1-2 məğlubiyyətdən sonra azarkeşlərin Qurbanovdan üz döndərəcəyini düşünür. Ancaq bu belə deyil. Üzücü məğlubiyyətlər “Qarabağ”da da olur. Lakin həmin an kiminsə üz döndərməsinin, yaxud da istefa istəməsinin şahidi olmamışıq. Ümumiyyətlə, Qurban bəyin rəhbərliyi altında ardıcıl yenilgilərin, ortabab yığmalara böyük hesablarla məğlubiyyətlərin olmayacağını əminliklə söyləmək olar. Hər halda, hansısa uğursuzluq da dünyanın sonu deyil. Məgər bu günə kimi əcnəbilərə verilən milyonların bəhrəsini görmüşük? Elə AFFA rəhbərliyinin də məhz bu cür düşündüyünü 6 illik razılıqdan anlamaq olar. AÇ-2020-nin final mərhələsinə vəsiqə çətin görünsə də, Qurbanov amilinin azarkeşləri ümidləndirəcəyi birmənalıdı. Bu isə yığma ətrafında birləşməkdən xəbər verir. Sözügedən yarışa Millətlər Liqasından da yollanmaq variantımız var. Odu ki, Qurbanovun baş məşqçisi olduğu yığmanın Bakının da evsahibliyi edəcəyi AÇ-nin final mərhələsinə vəsiqə qazanacağına ümid etmək, daha doğrusu, inanmaq olar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar