03 noy 23:34gundem

Ən operativ jurnalist 40-ı geridə qoydu

Ən operativ jurnalist 40-ı geridə qoydu
Elşən Məmmədov: “Hansısa özəl xəbəri oxuculara çatdıranda işimdən ləzzət alıram”
İdman Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda report.az saytının İdman Departamentinə rəhbərlik edən, 2016-da AGİN tərəfindən ilin ən yaxşı jurnalisti seçilən dəyərli həmkarımız Elşən Məmmədov dünən 40 yaşını qeyd etdi. Uzun illər idman mətbuatında külüng döyən, hamının operativ jurnalist kimi tanıdığı Məmmədovla yubiley günündə görüşüb-söhbətləşməyi lazım bildik. Səmimiyyəti, sadəliyi və işgüzarlığı ilə çoxlarına örnək ola biləcək Elşən bəylə söhbətə jurnalistikaya gəlişindən başladıq.
- Dövlət İdarəçilik Akademiyasının sonuncu kursunda oxuyanda “Futbol+”də reportyor müsabiqəsi elan olunduğunu eşitdim. Buna qədər qardaşım Vüqar Məmmədov artıq bu qəzetdə çalışırdı. Ümumiyyətlə, bizim ailədə gündəlik dövri mətbuata xüsusi önəm verilirdi. Uşaq yaşlarımdan idmanla maraqlandığımı nəzərə alan evdəkilər sovet dönəmində “Sovetski sport” qəzetini daim alırdılar. Eşidəndə ki, artıq Azərbaycanda da idmanla bağlı yeni qəzet çap olunmağa başlayıb, çox sevindik. Müsabiqəyə qatıldım və sınaqlardan uğurla keçdim. Bir müddət “Futbol+”də çalışdıqdan sonra “Şərq”ə üz tutdum. Qəzetin idman səhifəsini mənə tapşırmışdılar. Ordan sonra apasport.az və lent.az saytlarında da işlədim. Ordan ayrılandan sonra bir müddət yaradıcısı olduğum sportnet.az portalında çalışdıqdan sonra report.az saytından iş təklifi aldım. Hazırda da adını çəkdiyim saytın İdman Departamentinin rəhbəriyəm. Bir sözlə, artıq 20 ilə yaxındı mətbuatdayam.
- Sən həm də İdman Araşdırmalar Mərkəzinin rəhbərisən. Belə bir təşkilat yaratmaq hansı zərurətdən irəli gəldi?
- İdman Araşdırmalar Mərkəzi 2012-ci ildə yaranıb. Bu il artıq 5 yaşını qeyd etdi. Bu təşkilat ölkədə idmana və Olimpiya hərəkatına dəstək vermək üçün yaradılıb. O vaxt hər sahədə qeyri-hökümət təşkilatları fəaliyyət göstərsə də, idmanda federasiyalardan başqa heç bir qurum yox idi. Bu yöndə boşluq var idi. Dostlarla məsləhətləşmələrdən sonra qərara aldıq ki, bu təşkilatı təsis edək. Mərkəzin bu günə kimi ayaqüstə qalmasında idman mətbuatının, həmkarlarımızın da böyük xidmətləri var ki, buna görə onlara təşəkkür edirəm.
- Mərkəz artıq 5 yaşını qeyd etsə də, hələ də dövlət qeydiyyatından keçməyib. Səbəbini bilmək istərdik.
- İlk vaxtlar sənədləri hazırlayıb aidiyyatı orqanlara təqdim etsək də, hər dəfə xırda çatışmazlıqlar ortaya çıxdığından sənədləri geri qaytardılar. Sənədləri yenidən təqdim etmək üçün isə 21 gün vaxt tələb olunur. Hər dəfə sənbədləri qaydasına salmaq xeyli vaxt aparır, mənim isə başqa işlərim də var. Bu səbəbdən bir qədər bu məsələ ləngiyir. Onu da bildirim ki, İdman Araşdırmalar Mərkəzi dövlət qeydiyyatından keçməsə də, müəyyən layihələri reallaşdırmağı bacarmışıq. Yəqin ki, bu ilin sonuna kimi çatışmazlığı aradan qaldırıb, sənədləri qaydasına salacağıq.
- Sən hətta bir müddət Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin rəhbəri də olmusan. Ancaq deyəsən, artıq federasiyadan uzaqlaşmısan...
- Əvvəlcə onu bildirim ki, Milli Avarçəkmə Federasiyası 2007-ci ildə yaranmasına baxmayaraq, qısa vaxtda çox böyük işlər görə bildi. Avarçəkənlərimiz dünya və Avropa çempionları oldular, son Olimpiadada iki idmançımız mükafatçılar sırasında yer aldı. Həmin idmançılar karyeralarını başa vurduqdan sonra federasiya daha çox yerli idmançıların yetişməsinə diqqət ayırmağa başladı ki, belə durumda federasiyada çalışmağa ehtiyac görmədim. Buna baxmayaraq, yenə də federasiya rəhbərliyi ilə əlaqə saxlayır, lazım olanda müəyyən məsələlərdə köməyimi əsirgəmirəm.
- İdman mətbuatında çalışanlar Elşən Məmmədovu ən operativ jurnalist kimi tanıyır. Bəzən deyirlər ki, Elşən günün 24 saatını kompüter araxasında keçirir. Bu qədər enerjini hardan alırsan?
- Yaxın həmkarlarımızdan birinin yaxşı bir sözü var: “mən işdə istirahət edirəm”. İndi mən də işləyəndə, hansısa özəl xəbəri oxuculara çatdıranda işimdən ləzzət alıram. İdman elə bir sahədi ki, burda nə gecən var, nə də gündüzün. Şənbə, bazar günləri də çalışmalısan ki, bütün xəbərləri operativ şəkildə işıqlandırasan. İdman mediasında çalışmaq jurnalistdən həm məsuliyyət tələb edir, həm də ayıq olmağı.
- Bu gün 40 yaşın olur. Bəzən deyirlər ki, 40-ı qeyd etməyin düşər-düşməzi olur. Sən necə, bu deyimə inananlardansan? Bir də səni ilk təbrik edən kim oldu?
- Sözün düzü, doğum günümü xüsusi qeyd etmək planlarıma daxil deyil. Ötən il “feysbuk”da yazmışdım ki, 40 mənim doğulub boya-başa çatdığım Qubanın maşın nömrəsi olduğundan dostlardan kim istəsə, Qubaya gedib orda dincələ bilərik. Hələ ki dostlardan bir xəbər yoxdu. Bəlkə də havaların soyuq keçməsi onların gözünü bir qədər qorxudub. Təbrikə gəlincə, təbii ki, ilk təbrik ailə üzvlərmdən gəldi. Onların da çiyninə böyük yük düşür. Hər halda, ailə qayğılarının böyük hissəsini üzərlərinə götürməklə yaradıcı insan kimi çalışmağıma şərait yaradırlar. Fürsətdən istifadə edib məni təbrik edən, belə gündə xoş arzular çatdıran bütün insanlara minnətdaram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar