12 okt 18:14gundem

Rahidin himni oxumamasına sərt münasibət

Rahidin himni oxumamasına sərt münasibət
Aqil Abbas: “Mənin dövlətimin himnini oxumayan adam yığmanın kapitan sarğısını daşıya bilməz”
Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Çexiya matçında sonuncu dəfə milli formanı geydi. Yeni kapitan isə Rahid Əmirquliyev oldu. Uzun illər “Xəzər Lənkəran”da kapitan olmuş, indi isə “Qarabağ”ın formasını geyən Rahidin yığmada kapitan olması heç də birmənalı qarşılanmadı. Düzdü, Əmirquliyevin təcrübəsi, yığmada imici yetərincə yüksəkdi. Lakin onun “köhlən atlar”ın heyətində oyunlara az çıxması kapitanlıq məsələsində müzakirələrə yol açdı. Kapitan olan şəxs klubunda müntəzəm oynamalıdı. Bundan başqa, yarımmüdafiəçi komandanı seçmə mərhələsinin son oyununda, Almaniya ilə qarşılaşmaya (1:5) kapitan kimi çıxardı. Həmin görüşdən əvvəl dövlət himnləri səsləndirilərkən, Rahid himni oxumadı. Bu da əlavə qalmaqal mövzusudu. Futbolçuya tənqidlər birə-beş artdı. Həqiqətən də millinin kapitanı himni bilmirsə və ya bilib oxumursa, bu əməlli-başlı fəlakətdi. Nəinki kapitan, sıravi futbolçu dövlət himnini ifa etmirsə, bu artıq komanda üçün mənfi xüsusiyyətdi. Buna ad vermək belə çətindi. Rahid milliyyətcə ləzgi olsa da, bu ölkənin – Azərbaycanın vətəndaşıdı. Onun vətəni Azərbaycandı, bu ölkənin millisini təmsil edir, atributlarını təbliğ edir. O, Bədavi Hüseynov və Məhəmməd Mirzəbəyov kimi Dağıstan futbolunun yox, “Şahdağ”ın yetirməsidi. Odu ki, himni oxumağa məcburdu. Özü də bunu xüsusi istək və sevgi ilə etməlidi. Əmirquliyevdən bu haqda açıqlama almaq istəsək də, mümkün olmadı. Onunla əlaqə yarada bilmədik.
Rahid Əmirquliyev kapitan sarğısına layiqdimi? Millinin kapitanının himni oxumaması nə deməkdi? Bu suala cavab tapmaq üçün siyasətçi, futbol mütəxəssisi və idman jurnalistinin fikirlərini öyrənməyi lazım bildik. Görək, onlar nə düşünür?!
Aqil Abbas, millət vəkili: “Rahid Əmirquliyev yaxşı oyunçu olsa da, millinin kapitanı olmağa layiq deyil. Çünki mənin dövlətimin himnini oxumayan adam yığmanın kapitan sarğısını daşıya bilməz. Bu haqsızlıq və hörmətsizlikdi. Şəxsi fikrimdi, razılaşmaya da bilərsiz. Sözüm Peyğəmbər sözü deyil ki. Lakin mən bunu müsbət qarşılaya bilmərəm”.
Şahin Diniyev, millinin sabiq kapitanı: “Rahidin kapitan olması haqda xüsusi bir şey deyə bilmərəm. Çünki yığmanın içində deyiləm. Orda baş verən proseslərdən xəbərsizəm. Bu, baş məşqçinin qərarıdı. O nəyisə bilir ki, belə qərar verib. İndi yığmanı Robert Prosineçki çalışdırır. Ola bilər ki, növbəti baş məşqçi fərqli adamı kapitan seçsin. Əmirquliyev həm yaxşı insandı, həm də təcrübəli və bacarıqlı futbolçu. Buna bir söz deyə bilmərəm. Onu yaxşı tanıyıram. Uzun illər “Xəzər Lənkəran”da kapitan olub, uğurlar qazanıb. Həmçinin xeyli müddətdi millidə oynayır. İndiki halda yaxşı seçimdi desək, doğru olar. Lakin Rahidin himni oxumamasına göz yuma bilmərəm. Bu, doğru deyil. Nəinki Rahid, millinin hər bir üzvü himni bilməli və oxumalıdı. Bir neçə gün öncə keçirilən Albaniya – İtaliya matçına baxın. Görün 40 yaşlı, dünyaca məşhur qapıçı Canluici Buffon himni necə oxuyur? O adam himnlə, ölkənin rəmzləri ilə yaşayır. Bizdə də belə olmalıdı”.
Rüstəm Piriyev, extratime.az saytının baş redaktoru: “Əslində Rahidin seçilməsi mənim üçün bir az qəribə oldu. Kamran Ağayevin kapitan olacağını gözləyirdim. Düzdü, Rahiddən fərqli, Kamran, ümumiyyətlə, oynamır. Qurbanov Əmirquliyevə arada şans verir. Lakin Ağayev belə deyil. O ya klubsuz qalır, ya da kluba keçəndən sonra hər oyunda üç-dörd qol buraxır, biabırçı səhvlərlə yadda qalır. Belə bir məqamda onun da kapitan olması şübhə doğurardı, söz-söhbətə səbəb olardı. Amma Kamran daha təcrübəlidi, liderlik və motivasiya etmək keyfiyyətləri yüksəkdi. Rəşaddan sonra yığmanın əsas ulduzu odu. Mən belə düşünürəm. Rahidin himn oxumaması isə biabırçı haldı. Rahid Arif və Bədavi kimi kənardan milliyə cəlb olunmayıb. O, bizim uşağımızdı, qusarlıdı, azərbaycanlıdı. Futbolu “Şahdağ”da öyrənib, ardınca da “Xəzər Lənkəran”da uğurlar qazanıb. Futbolçu vətəndaş olaraq himni bilməlidi. Uzun illər millidə oynayan, həm də bəzi matçlarda kapitan olan Rahid üçün çox pis haldı. Kapitan məsələsi baş məşqçinin qərarıdı. Daxildəki işləri o çox yaxşı bilir. Amma himnin oxunmaması tənqidə layiqdi. Növbəti oyunlarda Rahid himni öyrənməli və oxumalıdı. İstəməzdim belə söz-söhbət yaransın. Bu mövzunun çox böyüdülməsini istəmirəm. Azarkeşlərin də tənqidi çoxalır. Bu da Rahidin psixologiyasına mənfi təsir edə bilər. Ona uğurlar arzulamaq, dəstək olmaq lazımdı. Kapitan sarğısını almaqla onun məsuliyyəti ikiqat artıb. Himn məsələsinə həssas yanaşmalı, hər zaman formada olmalı, özündə liderlik bacarıqlarını inkişaf etdirməlidi. Yalnız bu halda Əmirquliyev kifayət qədər uğurlu futbolçu və kapitan olacaq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar