08 okt 12:46gundem

Mütəxəssislər inqilabi dəyişikliyə ehtiyac görmür

Mütəxəssislər inqilabi dəyişikliyə ehtiyac görmür
Yunis Hüseynov: “Hər şey yığmanın qarşısına qoyulacaq hədəfdən asılıdı”
“Doğma divarlar” arasında Çexiyaya boyun əyən yığma tarixində ilk dəfə seçmə mərhələni 3-cü yerdə başa vurmaq şansını əldən verərək, böyük ehtimalla, qrupu 5-ci pillədə bitirəcək. Seçmə mərhələnin sonuncu turunda Almaniya ilə üz-üzə gələcək yığmanın Yoahim Lövün komandasından xal və xallar alacağına heç kim inanmır. Halbuki Robert Prosineçkinin komandası tsiklə inamlı start vermiş, 3 oyundan sonra hesabına 7 xal yazdırmışdı. Millinin uğurlu oyunları və AFFA-nın “niyə də yox?!” şüarı 3 qarşılamadan sonra bir çoxlarında sabaha ümid yaratmış, hətta bəziləri Rusiyada keçiriləcək mundialla bağlı planlar çızmağa başlamışdı. Lakin zaman göstərdi ki, Azərbaycan yığması hələ dünya çempionatı kimi mötəbər turnirdə iştirak edəcək səviyyədə böyüməyib. Geridə qalan 9 oyun bir daha sübut etdi ki, 2-3 uğurlu nəticəyə baxmayaraq, hazırda heyətdə yer alan futbolçularla yalnız “şimşək effekti” kimi ani gurultaya nail olmaq olar. Qarşıda isə bizi daha bir seşmə mərhələ, Bakının da ev sahibi olacağı Avropa çempionatının yeni tsikli gözləyir.
2018-in sentyabrında start götürəcək yeni seçmə mərhələ ərəfəsində futbol ictimaiyyəti, media, azarkeşlər bir sualla bağlı baş sındırır. Millidə nə dəyişməlidi? Növbəti ildə “sükan arxasında” olacaq baş məşqçi heyətlə bağlı yüngülvari islahatlar aparıb yola davam etməlidi, yoxsa millinin inqilabi dəyişikliklərə ehtiyacı var?
İctimaiyyəti narahat edən bu məsələ ilə bağlı ölkənin tanınmış mütəxəssiləri ilə danışmağı lazım bildik. Öncə Arif Əsədovun fikirlərini öyrəndik: “İndidən bu haqda nəsə demək bir qədər çətindi. Hər şey AFFA rəhbərliyinin növbəti tsikldə yığmanın baş məşqçisinin qarşısına qoyacağı hədəfdən asılıdı. Məqsəd Bakının da ev sahiblərindən biri olacağı AÇ-2020-yə vəsiqə qazanmaq olsa, çətin ki, “sükan arxasında” olacaq çalışdırıcı riskə gedib, köklü dəyişikliklərə əl atsın. Yenə “millilləşdirmə” davam edəcək, bu seçmə mərhələdə yığmanın şərəfini qoruyan futbolçular yenə düşərgəyə dəvət olunacaq. Onsuz da bu gün üzdə olan, səviyyə baxımından o birilərdən fərqlənən yerlilərin, demək olar ki, hamısı yığmaya dəvət olunur. Yox, baş məqşçinin qarşısına gələcək üçün perspektivli komanda qurmaq vəzifəsi qoyulsa, onda yeni kadrlara güvənmək olar. Lakin indiki vaxtda bu o qədər inandırıcı görünmür. Yenə deyirəm, hər şey assosiasiya rəhbərliyindən asılıdı”.
Aqil Məmmədov isə radikal dəyişikliyə ehtiyac duyulmadığını bildirdi: “Məncə, yığmada böyük dəyişikliyə ehtiyac yoxdu. Növbəti seçmə mərhələdə iş başında olacaq baş məşqçi bəzi mövqelərə əl gəzdirsə, kifayətdi. Bu gün hamı Rəşad Sadıqovun gedişindən sonra “müdafiənin mərkəzində onu kim əvəzləyəcək” sualına cavab tapmağa çalışır. Sadıqov Azərbaycan futbolu üçün çox şey edib, o həm futbolçu, həm də insan kimi ictimaiyyətin hörmətini qazanıb. Lakin idmanda, xüsusilə futbolda əvəzolunmaz şəxs yoxdu. Yeri görünən isə daim olub. Ümid edirəm ki, yerli müdafiəçilərdən kimsə kapitanın yoxluğunda özünü yaxşı tərəfdən göstərməyi bacaracaq. Hazırda milliyə cəlb olunanların əksəriyyətinin yaşı o qədər də çox olmadığından növbəti tskildə də onlara güvənmək olar. Artıq həmin uşaqlar müəyyən təcrübəyə sahibdilər ki, AÇ-2020-nin seçmə mərhələsində bu amildən yararlanmaq lazımdı. Bir də inanmıram ki, milliyə rəhbərlik edəcək baş məşqçi və ya AFFA rəhbərliyi Bakının da evsahibliyi edəcəyi qitə çempionatı ərəfəsində ciddi nəsildəyişmə prosesinə start versin. Adətən, bir-iki ölkəni istisna etsək, belə addımlar atan yığmalar həmin seçmə mərhələni bərbad başa vururlar”.
Yunis Hüseynov da, demək olar ki, Arif Əsədovun söylədiyi fikirləri səsləndirdi: “Hər şey yığmanın qarşısına qoyulacaq hədəfdən asılıdı. Komandanın qarşısına Avropa çempionatının final mərhələsinə qatılmaq məqsədi qoyulsa, heç bir ağlı başında olan məşqçi heyətlə bağlı radikal dəyişikliyə yol verməz. Gənclərlə ali məqsədlər uğrunda mübarizə aparmaq qeyri-mümkündü. Uzağı onların arasından 3-4 istedadlısını düşərgəyə cəlb etmək mümkündü. Belə götürəndə, onsuz da hər seçmə mərhələdə yığmanın heyətində 2-3 yeni sima görmək mümkündü. Məncə, hazırkı durumda millidə inqilabi dəyişikliyə ehtiyac yoxdu. Sadəcə, axsayan mövqeləri gücləndirmək lazımdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar