06 okt 22:59gundem

UEFA-nın media nümayəndəsi “maskalı fləşmob”la bağlı “Futbol+”ə danışdı

UEFA-nın media nümayəndəsi “maskalı fləşmob”la bağlı “Futbol+”ə danışdı
Mamuka Kvaratsxeliya: “Qitə futbol qurumu ardıcıl iki gün tədbir keçirilməsinə icazə verməyib”
Ötən sayımızda AFFA-nın Rəşad Sadıqovla bağlı keçirmək istədiyi “maskalı fləşmob”un baş tutmadığını xəbər vermişdik. Xatırladaq ki, dünən yığmada sonuncu oyununa çıxan kapitana sürpriz etmək üçün assosiasiya rəsmiləri oyunöncəsi mətbuat konfransında jurnalistlərə Rəşadın sifəti təsvir olunmuş maskalar paylayıb. Lakin FİFA-nın bu oyuna təyin etdiyi isveçrəli komissarı Romano Klavedetşer aksiyanın keçirilməsinə imkan verməyib. Fləşmobun alınmaması futbol ictimaiyyəti arasında, mətbuatda heç də bir mənalı qarşılanmayıb. Bəzilərinin fikrincə, AFFA UEFA ilə razılaşmadan, ali futbol qurumundan razılıq almadan bu addımı atmamalı, kapitana xoş sürpriz etmək istəyənlər mütləq əvvəlcədən aidiyyatı qurumları xəbərdar etməliydilər. Belə də nə fləşmob pozulardı, nə də Rəşad pərt olardı.
Ancaq report.az saytına açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu keçirmək istədikləri aksiya ilə bağlı əvvəlcədən lazımi adamlardan icazə alındığını bildirib: “Biz bu fləşmobla bağlı oyunun İsveçrədən olan komissarı ilə ötən gün səhər saatlarında danışmışdıq. Həmin vaxt o, etiraz etmədiyi üçün üzərində Rəşad Sadıqovun şəkli olan maskaları hazırlatmışdıq. Mətbuat konfransından əvvəl isə jurnalistlərə 20 saniyəlik fləşmob keçirmək istəyimizi bildirdik. Bu vaxt heç bir həmkarımız etiraz etmədi. Hətta çexiyalı jurnalistlər də razılaşdılar. İştirakçılardan kimsə narazı olsaydı, özümüz fləşmoba cəhd belə etməyəcəkdik. Lakin FİFA komissarı mətbuat konfransının özləri tərəfindən lentə alınaraq yayınlandığını əsas gətirərək, razı olmadı. Bununla belə, jurnalistlər tədbirin sonunadək maskaları əllərində tutdular. Mətbuat konfransından sonra isə maskada Rəşad Sadıqovla şəkil çəkdirməyi düşünürdük. Amma buna Sadıqov özü razı olmadı".
Məsələ ilə bağlı UEFA-nın media nümayəndəsi, gürcü Mamuka Kvaratsxeliya ilə əlaqə saxladıq: “UEFA sözügedən məsələdən xəbərdardı. Qitə futbol qurumu Azərbaycan – Çexiya oyunundan əvvəl Rəşad Sadıqovun vida tədbirinin keçirilməsi üçün 1 dəqiqə vaxt ayırdığını nəzərə alıb, mətbuat konfransında fləşmobun keçirilməsini artıq hesab etdi. Burda nə AFFA-nın, nə də komissarın günahı var. Assosiasiya rəsmiləri əvvəlcədən mətbuat konfransında “maskalı fləşmob” keçirmək istədiklərini isveçərli nümayəndənin diqqətinə çatdırıblar. O öncə razılıq versə də, sonradan UEFA-ya bununla bağlı xəbər verdikdə, qitə futbol qurumundan ardıcıl iki gün tədbir keçirilməsinə icazə verilməyib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar