05 okt 17:42gundem

“Yasamal” – “Araz” oyunu canlı yayında!

“Yasamal” – “Araz” oyunu canlı yayında!
Yaponiya çempionatında oynayan Fineo Alesiodan dəvət gözləyir
Futzal üzrə ölkə çempionatında 2-ci turun oyun cədvəli açıqlanıb. Turun oyunları oktyabrın 7-də baş tutacaq. İlk turdan fərqli, bu dəfə oyunlar Bakı İdman Sarayında keçiriləcək. Əslində turun təqvimi bazar ertəsindən məlum idi. Ancaq oyunların vaxtında dəyişiklik edilib. Daha doğrusu, turun açılış matçının saatı dəyişdirilib. Bu da yayınla bağlıdı. “Yasamal” – “Araz” oyunu saat 15.00-a salınmışdı. Ancaq Futzal Federasiyası ilə “CBC Sport” arasında görüş olub və çempionat oyunlarının göstərilməsi ilə bağlı razılıq əldə olunub. Hələ ilk turdan sonra "CBC Sport" görüşlərin icmalını təqdim etmiş, həftəsonu idman xəbərlərində nəticələr haqda məlumat çatdırmışdı. 2-ci tur isə ayın 7-nə təsadüf edəcək ki, şənbə günü telekanalda "boş gün"dü. Odu ki, "CBC Sport"un həftəsonu canlı yayın təşkil edəcəyi gözlənilən idi. Baxmayaraq ki, telekanalın baş redaktoru bu barədə bazar ertəsi ona ünvanladığımız sorğunu "hələ dəqiq deyil" deyə cavablamışdı. Nəhayət, dünən məsələ razılaşdırılıb. O şərtlə ki, “Yasamal” – “Araz” qarşılaşması 14.30-da başlasın. Beləliklə, turun açılış oyunu yarım saat tez başlayacaq. Əslində yayın 15-20 dəqiqə tez başlayacaq. Rüstəm Əfsərlinin aparıcısı olacağı verilişə qonaq qismində Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov dəvət olunub.
Günün ikinci oyunu saat 16.30-da FK.İD ilə “Ekol” arasında baş tutacaq. Nəhayət, turun son qarşılaşması saat 18.00-da başlayacaq ki, debütant “Marafon” ilk turda məcburi istirahət edən “Xəmsə” ilə gücünü sınayacaq.
Bu arada yayda “Araz”dan ayrılan Fineo Avropa çempionatının püşkünün nəticələri ilə bağlı açıqlama verib. Hazırda karyerasını Yaponiyanın güclülər dəstəsində (F Liqasında) mübarizə aparan “Agleymina Hamamatsu” klubunda davam etdirən millimizin üzvü Futzal Federasiyasının “feysbuk” səhifəsinə verdiyi açıqlamada onları çətin sınaq gözlədiyini deyib: “Həqiqətən çox çətin qrupda yer almışıq. İspaniya 7 dəfə Avropanın ən güclüsü olub. Son illərdə onları ancaq İtaliya kürsüdən salıb. Fransa isə bura qədər irəliləyə bilibsə, deməli, ciddiyə alınası rəqibdi. Final mərhələsində iştirak etməyim üçün ilk növbədə baş məşqçi məni komandaya dəvət etməlidi. Çempionatda müntəzəm oyunlar keçiririk, yaxşı formadayam. Amma qərarı Alesio verəcək. Üzərimə düşən məsuliyyəti dərk edir, hansı işləri görəcəyimi bilirəm. Nəzərə alın ki, Sloveniyada həlledici mərhələnin oyunları keçiriləcək. Birinci mərhələ deyil ki, rəqiblər nisbətən zəif olsun. Ona görə də düzgün seçim etmək vacibdi”.
"Ekol"un gənc oyunçusu Fərid Ələkbərov isə müsahibə verib. Futzalçı "Araz"la rəqabətdən və çempionatın səviyyəsindən danışıb.
- Yeni mövsümün startı və ilk oyununuz barədə təəssüratın necədi?
- İlk oyunda “Araz”la qarşılaşdıq. Bu komandaya qarşı oynamaq çox çətindi. Mümkün qədər çox mübarizə aparmalısan. Çünki topla oynamaq şansımız, imkanımız az olur. Məşqçimiz çempionata hazırlıq prosesini yaxşı keçdiyinə görə sona qədər mübarizə apardıq, dözdük, rəqibi son saniyəyə qədər gərginlikdə saxladıq. Etiraf edim ki, hələ “Araz”ı udacaq gücdə deyilik.
- Startda bu cür güclü rəqiblə qarşılaşmaq sonrakı oyunlara necə təsir edəcək?
- “Araz”la qarşılaşmaq bizim üçün yaxşı oldu. Çünki hazırlıq dövründə az yoldaşlıq oyunu keçirmişdik. Həm də çempionatda əsas rəqqibimiz bu komanda deyil. “Araz”la oyun bizim üçün bir növ təcrübə oldu. Hansı çatışmazlıqların olduğunu gördük. Növbəti qarşılaşmalara daha yaxşı və fərqli hazırlaşacağıq.
- Belə çıxır ki, yeni mövsümdə də “Araz”ın çempion olacağı fikri ilə barışmısız?
- Barışmamışıq, sadəcə, bu komanda millinin bazasıdı. Üstəlik, heyətində legionerlərin sayı çoxdu. Onlarla rəqabət aparmaq üçün daha çox işləməliyik. Bu gün üçün bu mümkün deyil.
- Birinci tur çərçivəsində keçirilən digər oyunları da izlədiz. Komandaların səviyyəsi maraqlı mövsüm izləməyə ümid verirmi?
- Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək. Komandaların bir-birindən xal almaq şansı çoxdu. Hətta “Araz”la oyunda biz bunu etməyə yaxın olduq.
- Deməli, “Araz” istisna olmaqla digər komandaların gücü bir-birinə yaxındı?
- Demək olar, eyni səviyyəli komandalardı. İndi heç kim düşünməsin ki, debütant komanda "Ekol"u uda bilməz. Necə biz “Araz”la başabaş mübarizə apardıq, onlar da bizimlə oyunları o cür keçirəcəklər.
- Bu rəqabət nə vəd edir?
- Əlbəttə, ən rəqabətli çeempionat izləyəcəksiz. Sözsüz, bu rəqabətdən qazanan futzalımız olacaq. İnkişaf mütləq hiss olunacaq.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar