02 okt 20:39gundem

Rüfət Dadaşov bu dəfə dubla imza atdı

Rüfət Dadaşov bu dəfə dubla imza atdı
Nazarovun məhsuldar ötürməsi fayda vermədi
Türkiyə superliqasında 7-ci turun oyunları keçirilib. “Bursaspor” səfərdə “Kayserispor”a boyun əyib – 1:3. Dəniz Yılmaz 90 dəqiqə oynayıb. 9 xalda qalan “timsahlar” 8-ci yerə geriləyib. “Ağ-yaşıllar” növbəti turda “Osmanlıspor”u qəbul edəcək.
Qardaş ölkənin 1-ci dəstəsində isə “Samsunspor” evdə “Balıkəsirspor”a qalib gəlib – 2:1. Birincilərin heyətində Ufuk Budak oyunu əvəzlənmədən keçirib. 8 xalla 12-ci pillədə qərarlaşan “ağ-qırmızılar” növbəti turda səfərdə “Rizəspor”la qarşılaşacaq.
İkinci bundesliqanın 9-cu turunda “Ertsgebirge” Auedə “Union”la bacarmayıb – 1:2. Dmitri Nazarov görüşü əvəzlənmədən keçirib və 73-cü dəqiqədə Sören Bertrama məhsuldar ötürmə verib. Bu, Nazarovun cari mövsüm ilk assisti olub. Dmitrinin hesabında 2 qol olduğunu da nəzərinizə çatdıraq. 13 xalla 8-ci olan “bənövşəyilər” növbəti turda səfərdə “Qroyter”lə üz-üzə gələcək.
Almaniya regional liqasının Şimal-Şərq zonasında 9-cu tura start verilib. "Dinamo" səfərdə "Auerbax"ı üstələyib – 3:1. Rüfət Dadaşov bu dəfə dubla imza atıb. Həmyerlimiz 20-ci dəqiqədə penaltidən hesabı açıbsa, 50-ci dəqiqədə komandasının sonuncu qolunun müəllifi olub. Bununla da hücumçu cari mövsüm qollarının sayını 9-a çatdırıb. 19 xalla 2-ci pillədə möhkəmlənən "ayılar" növbəti turda Berlində Dadaşovun sabiq komandası "Möyzelvits"i sınağa çəkəcək.
Bu ölkənin U-19 çempionatında “Ayntraxt” Mehlingendə “Kayzerslautern”i yenib – 2:1. Renad Dadaşovun adı “18-lik”də yer almasa da, Murad Mahmudov startda meydana çıxıb. 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılan həmyerlimiz matça artırılmış 2-ci dəqiqədə əvəzlənib. 10 xalla 6-cı pillədə qərarlaşan “qırmızılar” 8-ci turda Frankfurtda “Maynts-05”i sınağa çəkəcək.
Hollandiyanın 1-ci divizionunda isə 7-ci turun oyunları keçirilib. "Den Boş" doğma meydanda PSV-nin gənclərdən ibarət komandasını darmadağın edib – 5:0. Ziya Əzizovun adı “18-liy”ə salınmayıb. 10 xalla 7-ci sıraya yüksələn "əjdahalar" növbəti turda "Vaalviyk"in qonağı olacaq.
Portuqaliyanın 1-ci divizionunda “Sportinq”in əvəzediciləri evdə “Santa Klara”nı üstələyib – 4:3. Budaq Nəsirov start heyətində yer alıb. 13 xalla 7-ci pillədə qərarlaşan “ağ-yaşıllar” 10-cu turda “Penafyel”in qonağı olacaq.
Ukrayna çempionatında 11-ci tur geridə qalıb. “Aleksandriya” evdə “Zvyozda” ilə qolsuz “sülh”ə razılaşıb. Pavel Paşayev 90 dəqiqə oynayıb. 9 xalla 8-ci yerdə gedən “sarı-qaralar” növbəti turda səfərdə “Olimpik”lə münasibətləri aydınlaşdıracaq.
Makedoniya çempionatının 9-cu turunda “Pobeda” səfərdə “Renova”yla heç-heçə edib – 0:0. Tural Hümbətov bu oyunda ilk dəqiqələrdən meydanda olub. Xalını 9-a çatdıran “Pobeda” səkkizincidi. Hümbətovun komandası növbəti turda “Pelister”in qonağı olacaq.
Çexiya çempionatında 9-cı tur geridə qalıb. “Mlada Boleslav” səfərdə “Yablonets”ə uduzub – 1:3. Kamran Ağayev məğlubiyyəti ehtiyat oyunçular skamyasından seyr edib. 7 xalla 14-cü sırada yer alan “ağ-göylər” növbəti turda “Teplitse”ni qəbul edəcək.
Cənubi Kipr çempionatının 6-cı turu çərçivəsində “Anortosis” Larnakada AEK-in müqavimətini qıra bilməyib – 1:1. Araz Abdullayev zədələndiyindən “18-lik”də yer almayıb. 14 xalla liderliyini davam etdirən “Anortosis” növbəti turda azarkeşləri önündə “Apollon”u sınağa çəkəcək.
Rusiyanın 1-ci dəstəsinin 16-cı turunun oyunları keçirilib. “Fakel” Dzerjinskdə “Olimpiyets”ə yenilib – 1:2. Samir Məsimovun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 13 xalda qalan “ağ-göylər” sonuncu – 20-ci yerdədi. “Fakel” növbəti turda Voronejdə “Krılya Sovetov”la qarşılaşacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar